Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qısqanclıq
Qısqanclıq — bir adamın və ya bir əlaqənin itirilməsinə qorxulan, kompleks bir ruhi həyat və mənfi münasibət. Bunun xaricində başqasının sahib olduğuna özünün də sahib olma vacibliyini hiss etdirən bir duyğudur.
Qıyqac (Puldəşt)
Qıyqac (fars. قيقاج‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (27 ailə).
Quşqana
Quşqana — Şamaxının Şimal Qərbində, Əsgəran kəndi yaxınlığında XI–XIII əsrlrə aid yaşayış yeri. Sahəsi 3–4 hektardır. Quşqanada arxeoloji tədqiqat aparılmamışdır. Təsərüfat işləri zamanı bir neçə bina qalığı aşkar edilmişdir. Binalar əhəng və kirəcdən istifadə etməklə daşdan tikilib. Quşqanadan şirli və şirsiz qab qırıqları və tünk qalıqları tapılıb. Yaşayış yerinin ətrafında bir neçə Orta Əsrlər abidəsi də var.
Giqant-hüceyrəli arteriit
Giqant-hüceyrəli arteriit və ya Xorton xəstəliyi – 50 yaşdan yuxarı, xüsusi ilə qadınlarda rast gələn iri damar vaskulitidir, çox vaxt revmatik polimialgiya ilə birgə təsadüf edir. Klinik yeni tip baş ağrıları, çənənin "fasiləli" axsaması (kladikasyon), görmənin pozulması (korluq birdən və ağrısız yaranır və biopsiyanın cavabını gözləmədən yüksək doza QK tələb olunan haldır), EÇS 50 mm/saat yuxarı olması, temporal arteriyada nəbzin zəifləməsi və ya olmaması, sistem əlamətlərlə özünü göstərir. Seroloji analizlər (RF, anti-CCP, ANA) mənfidir. Aortanın zədələnməsi anevrizmaya gətirir və IgG 4-assosiasiyalı xəstəliyi inkar etmək lazımdır. Gicgah arteriyasının dəyişilmiş hissəsinin biopsiyası önəmlidir.