QISQANC

sif.
1. Çox qısqanan. Qısqanc ər. Qısqanc qadın.
– Bir-birinə rəqib kəsilən və sönük piltənin bozumtraq alovunu qucaqlamaq istəyən qısqanc pərvanələrin son dəstələri qırılır və dəli bir sevgiyə qurban verilirdi. M.S.Ordubadi.

2. Paxıl, qibtə edən.
3. Xəsis, bir şeyi başqasına əsirgəyən, acgöz.
// Məc. mənada.
[Qəhrəman] baharın təravətli qoxusunu qısqanc bir həvəslə qoxulayıb, sinəsi qabarırdı. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QISQANC paxıl
  • QISQANC xəsis — acgöz
  • QISQANC şübhəli

Antonimlər (əks mənalı sözlər)

  • QISQANC QISQANC – ÜRƏYİAÇIQ Qaynana bu səadətə qarşı qısqanc və zidd vəziyyət almışdı (Çəmənzəminli); Ürəyiaçıq adamdır (“Azərbaycan”)
QISQANAN
QISQANCLIQ
OBASTAN VİKİ
Qısqanclıq
Qısqanclıq — bir adamın və ya bir əlaqənin itirilməsinə qorxulan, kompleks bir ruhi həyat və mənfi münasibət. Bunun xaricində başqasının sahib olduğuna özünün də sahib olma vacibliyini hiss etdirən bir duyğudur.

Digər lüğətlərdə