Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəddarə
Qəddarə —Hər iki tərəfi kəsən ağır qılınc. == Tarixi == Şərq aləmində qəddarədən istifadə edilib. Həm döyüş silahı kimi, həm də cəllad silahı kimi.
Büzəqza-Qəddara
Büzəqza-Qəddara (ərəb. بوزقزة قدارة‎ة, ‎ fr. Bouzegza Keddara) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 373 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 50 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 22 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8,511 nəfər idi.
Cənab Qəddar
1980–90-cı illər ərzində Avstraliyanın Melburn şəhəri Viktoriya əyalətində xüsusi ilə seçilmiş evlərə girib qız uşaqlarını oğurlayıb, sonradan ya əvəzində pul almaqla və yaxud da zorlamaqla istismar edən, bir qəzetçinin adlandırdığı kimi təxəllüs qazanan Cənab Qəddar(ing. Mr. Cruel), Viktoriya polisinin və təhlükəsizlik orqanlarının səyinə və ələ keçirilməyi müqabilində 300.000 dollar mükafat veriləcəyinə baxmayaraq hal-hazırdada azadlıqdadır.
IV Qəddar Eoxayd
IV Qəddar Eoxayd və ya Eoxayd mak Ayda (şot.kelt Eochaid mac Áeda; VIII əsr – 819) — Dal Riada kralı (811–819). == Həyatı == IV Eoxayd Ağ Edin və onun pikt əsilli həyat yoldaşının oğlu idi. Beləliklə, IV Eoxayd Piktaviya kralı Konstantinin bacısı oğlu idi. IV Eoxayd kral Konstantinin dəstəyi ilə taxta çıxmışdır. Buna baxmayaraq, onun hakimiyyət şəriki var idi – əmisi Konstantinin oğlu III Domnall. IV Eoxayd 819-cu ildə vəfat etmiş, taxtı III Domnalla buraxmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Braun, Deyvid. The Irish Identity of the Kingdom of the Scots in the Twelfth and Thirteenth Centuries. Vudbric: Boydell,. 1999.
Qəddar (film, 2014)
Qəddar (hind dilində orijinal adı: Ek Villain) — sevgi və qisas haqqında çəkilmiş hind filmidir. Film 27 iyun 2014-cü ildə Hindistan, Pakistan və ABŞ-də nümayiş olunmuşdur. == Süjet xətti == Hindistanın Qoa şəhərində yaşayan Quru Prahlad adlı siyasətçinin yanında işləyərək ömür sürür. Sakit bir yeniyetmə olan Quru əslində keçmişindən qaçmağa çalışır. Lakin Aişə ilə tanış olduqdan sonra onun həyatı dəyişir. Aişə ilə evlənmək istəyən Quru onunla birlikdə Mumbaya köçür. Amma bir gün Aişə seriyalı qatil tərəfindən öldürülür. Bundan olduqca kədərlənən Quru sevgilisinin qisasını almaq üçün qatili təqib etməyə başlayır. == Personajlar == Quru (Guru) (Sidhart Malhotra): O, çox gülümsəməyən, qaranlıqlarda ilişib qalan biridir. Aişə (Aisha) (Şraddha Kapur): O xərçəngdir.
Qəddafi
Muəmmər Qəddafi və ya Müəmmər əl-Qəddafi audio ərəb. معمر القذافي‎ [muˈʕamːar alqaðˈðaːfiː]; ən tezi 7 iyun 1939 və ən geci 7 iyun 1943[…], Qəsr Əbu-Hadi[d], İtaliya Liviyası[d] – 20 oktyabr 2011[…], Sirt[…]) — Liviya dövlət və hərbi xadimi. İnqilab lideri və faktiki olaraq Liviyanın dövlət başçısı (1969–2011), Ümumi Xalq Konqresinin Baş katibi (1977–1979), Liviya İnqilabi Komandanlıq Şurasının Sədri (1969–1977), Liviyanın Baş naziri və Müdafiə naziri (1970–1972). 1969-cu ildə monarxiya quruluşunu devirərək "Üçüncü dünya nəzəriyyəsini" (Cəmahiriyyə) irəli sürmüş və fikirlərini üç hissədən ibarət "Yaşıl kitab"da ifadə etmişdir. Onun hakimiyyəti dövründə Liviya bir neçə hərbi münaqişəyə cəlb olunmuşdur. 1977-ci ildə Misirlə sərhəd müharibəsi, 1980-ci illərdə Çadda hərbi münaqişə, həmçinin bir sıra terror təşkilatlarına, inqilabçılara və milli azadlıq hərəkatlarına dəstək verməsi səbəbindən 1986-cı ildə ABŞ tərəfindən ölkənin bombalanması və 1990-cı illərdə Liviyanın atom proqramı ilə əlaqədar yeridilən sanksiyalar Qəddafinin hakimiyyət illərinə təsadüf edir. == İlk illəri == 1965-ci ildə Muəmmər Qəddafi leytenant rütbəsində Benqazidəki hərbi kolleci bitirdi və 1966-cı ildə hazırlıq səviyyəsinin artırılması üçün Böyük Britaniyaya göndərildi. Burada olduğu dövrdə kapitan rütbəsi aldı. 1967-ci ildəki Altı günlük müharibə zamanı öz tabeliyindəki hərbi birlikləri Liviya kralı I İdrisdən xəbərsiz Camal Əbdül Nasirə kömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurluq qazanmışdı. == Əl-Fateh İnqilabı == Zabitlərin dövlət çevrilişi planı olan "Əl-Qüds" planının icrası 1969-cu ilin yanvarında hazır olsa da, 3 dəfə — 12 və 24 mart, habelə 13 avqust tarixlərində təxirə salınmışdı.
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya — hər vəziyyətdə işgəncə qadağan edilməsi, şəxslərin ciddi işgəncə riski altında olduqları ölkələrə təhvil verilməsini qadağan etmək və işgəncə vermə məcburiyyətinin müəyyənləşdirilməsi 1984-cü ildə qəbul edilmiş və 1987-ci ildə qüvvəyə minmiş BMT konvensiyasıdır. Konvensiyanın icrasına on mütəxəssisdən ibarət İşgəncələrə Qarşı Komitə nəzarət edir; Konvensiyanın iştirakçı dövlətlərinin hesabatlarını şərh edir və konvensiyanın 21 və 22-ci maddələrinə əsasən bəyanat verərək komitənin müvafiq səlahiyyətlərini tanıyan iştirakçı dövlətlərə qarşı şikayətləri araşdırır. 1992-ci ildə konvensiyaya 2020-ci ildən etibarən qüvvəyə minməyən dəyişikliklər qəbul edildi. 2002-ci ildə Konvensiyanın isteğe bağlı protokolu qəbul edildi və 2006-cı ildə qüvvəyə mindi, İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası modelləşdirilmiş səfərlər mexanizmi yaradıldı. Bu funksiyalar İşgəncələrə Qarşı Komitənin İşgəncələrə Qarşı Mübarizə və İşgəncə Əleyhinə Komitənin digər qəddar, qeyri-insani və ya ləyaqətini alçaldan rəftar və ya cəza qarşısının alınması üzrə Alt Komitə tərəfindən həyata keçirilir. Həmçinin, protokol iştirakçı dövlətlər üçün milli bir qoruyucu mexanizm qurma öhdəliyini müəyyənləşdirir.
Muəmmər Qəddafi
Muəmmər Qəddafi və ya Müəmmər əl-Qəddafi audio ərəb. معمر القذافي‎ [muˈʕamːar alqaðˈðaːfiː]; ən tezi 7 iyun 1939 və ən geci 7 iyun 1943[…], Qəsr Əbu-Hadi[d], İtaliya Liviyası[d] – 20 oktyabr 2011[…], Sirt[…]) — Liviya dövlət və hərbi xadimi. İnqilab lideri və faktiki olaraq Liviyanın dövlət başçısı (1969–2011), Ümumi Xalq Konqresinin Baş katibi (1977–1979), Liviya İnqilabi Komandanlıq Şurasının Sədri (1969–1977), Liviyanın Baş naziri və Müdafiə naziri (1970–1972). 1969-cu ildə monarxiya quruluşunu devirərək "Üçüncü dünya nəzəriyyəsini" (Cəmahiriyyə) irəli sürmüş və fikirlərini üç hissədən ibarət "Yaşıl kitab"da ifadə etmişdir. Onun hakimiyyəti dövründə Liviya bir neçə hərbi münaqişəyə cəlb olunmuşdur. 1977-ci ildə Misirlə sərhəd müharibəsi, 1980-ci illərdə Çadda hərbi münaqişə, həmçinin bir sıra terror təşkilatlarına, inqilabçılara və milli azadlıq hərəkatlarına dəstək verməsi səbəbindən 1986-cı ildə ABŞ tərəfindən ölkənin bombalanması və 1990-cı illərdə Liviyanın atom proqramı ilə əlaqədar yeridilən sanksiyalar Qəddafinin hakimiyyət illərinə təsadüf edir. == İlk illəri == 1965-ci ildə Muəmmər Qəddafi leytenant rütbəsində Benqazidəki hərbi kolleci bitirdi və 1966-cı ildə hazırlıq səviyyəsinin artırılması üçün Böyük Britaniyaya göndərildi. Burada olduğu dövrdə kapitan rütbəsi aldı. 1967-ci ildəki Altı günlük müharibə zamanı öz tabeliyindəki hərbi birlikləri Liviya kralı I İdrisdən xəbərsiz Camal Əbdül Nasirə kömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurluq qazanmışdı. == Əl-Fateh İnqilabı == Zabitlərin dövlət çevrilişi planı olan "Əl-Qüds" planının icrası 1969-cu ilin yanvarında hazır olsa da, 3 dəfə — 12 və 24 mart, habelə 13 avqust tarixlərində təxirə salınmışdı.
Mötəsim Qəddafi
Mötəsim Billah əl-Qəddafi (18 dekabr 1974, Tərabülüs əl-Qərb – 20 oktyabr 2011, Sirt) — Müəmmər əl-Qəddafinin övladlarından biri, Liviya ordusunun polkovniki. Bir neçə il əvvəl atasına qarşı çevrilişə cəhd göstərib, məğlubiyyətə uğradıqdan sonra Misirə qaçıb. Atası onu bağışladıqdan sonra isə yenidən Liviyaya qayıdıb. Qəddafinin təhlükəsizlik işləri üzrə müşaviri və ordu komandanlarından biri olmuşdur.
Müəmmar Qəddafi
Muəmmər Qəddafi və ya Müəmmər əl-Qəddafi audio ərəb. معمر القذافي‎ [muˈʕamːar alqaðˈðaːfiː]; ən tezi 7 iyun 1939 və ən geci 7 iyun 1943[…], Qəsr Əbu-Hadi[d], İtaliya Liviyası[d] – 20 oktyabr 2011[…], Sirt[…]) — Liviya dövlət və hərbi xadimi. İnqilab lideri və faktiki olaraq Liviyanın dövlət başçısı (1969–2011), Ümumi Xalq Konqresinin Baş katibi (1977–1979), Liviya İnqilabi Komandanlıq Şurasının Sədri (1969–1977), Liviyanın Baş naziri və Müdafiə naziri (1970–1972). 1969-cu ildə monarxiya quruluşunu devirərək "Üçüncü dünya nəzəriyyəsini" (Cəmahiriyyə) irəli sürmüş və fikirlərini üç hissədən ibarət "Yaşıl kitab"da ifadə etmişdir. Onun hakimiyyəti dövründə Liviya bir neçə hərbi münaqişəyə cəlb olunmuşdur. 1977-ci ildə Misirlə sərhəd müharibəsi, 1980-ci illərdə Çadda hərbi münaqişə, həmçinin bir sıra terror təşkilatlarına, inqilabçılara və milli azadlıq hərəkatlarına dəstək verməsi səbəbindən 1986-cı ildə ABŞ tərəfindən ölkənin bombalanması və 1990-cı illərdə Liviyanın atom proqramı ilə əlaqədar yeridilən sanksiyalar Qəddafinin hakimiyyət illərinə təsadüf edir. == İlk illəri == 1965-ci ildə Muəmmər Qəddafi leytenant rütbəsində Benqazidəki hərbi kolleci bitirdi və 1966-cı ildə hazırlıq səviyyəsinin artırılması üçün Böyük Britaniyaya göndərildi. Burada olduğu dövrdə kapitan rütbəsi aldı. 1967-ci ildəki Altı günlük müharibə zamanı öz tabeliyindəki hərbi birlikləri Liviya kralı I İdrisdən xəbərsiz Camal Əbdül Nasirə kömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurluq qazanmışdı. == Əl-Fateh İnqilabı == Zabitlərin dövlət çevrilişi planı olan "Əl-Qüds" planının icrası 1969-cu ilin yanvarında hazır olsa da, 3 dəfə — 12 və 24 mart, habelə 13 avqust tarixlərində təxirə salınmışdı.
Qəmtarə (Soyuqbulaq)
Qəmtarə (fars. قمطره‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 370 nəfər yaşayır (70 ailə).
Robert Qoddard
Robert Qoddard (ing. Robert Goddard; 5 oktyabr 1882[…], Vuster[d], Massaçusets – 10 avqust 1945[…], Baltimor, Merilend) — amerikalı alim və raket mühəndisi. Onun raket texnikası üzrə apardığı işlərin əhəmiyyəti vəfatından sonra tanınmışdır. == Həyatı == Qoddard ilk təhsilini Klark Universitetində alır. O 1910-cu ildə burada elmi işini müdafiə edərək alimlik dərəcəsinə yiyələnir. 1918-ci ildə Qoddard artıq tank əleyhinə Bazuka raketinin yaradılması ilə məşğul olur. Onun bu ideyası Birinci dünya müharibəsindən sonra 1945-ci ildə həyata keçir. Onlar İkinci dünya müharibəsində geniş tətbiq olunurlar. O, təkcə raketlərə aid nəzəri problemlərin həlli ilə yox, həm də praktikada tətbiq oluna biləcək texnikanın yaradılması ilə məşğul olur. O ilk dəfə olaraq sübut edir ki, vakuumda raket mühərrikləri itələmə qüvvəsi yaratmaq qabiliyyətinə malikdirlər.
Safiya Qəddafi
Safiya Qəddafi (1952, Əl-Bayda) — Liviyanın Birinci xanımı. Safiya Farkaş Qəddafi Liviyanın şərqində yerləşən Əl Beda şəhərində anadan olub. O, Liviya prezidenti Müəmmər Qəddafinin ikinci həyat yoldaşıdır. Onlar 1971-ci ildə ailə həyatı qurublar. Safiya Qəddafi 6 oğul və 1 qız anasıdır. 2008-ci ildə Afrika qadınları təşkilatının vitse-prezidenti seçilib.
Sədi Qəddafi
Sədi Qəddafi (25 may 1973 və ya 28 may 1973, Tərabülüs əl-Qərb) — Müəmmər əl-Qəddafinin övladlarından biri, Liviya Futbol Federasiyasının rəhbəri Liviya ordusunun komandanlarından birinin qızı ilə evlənib. Əvvəllər futbolla məşğul olan Səid bir müddət İtaliya komandalarından birində futbol da oynayıb. Hazırda Liviya Futbol Federasiyasının rəhbəridir. Futboldan ayrılandan sonra kino sənəti ilə də məşğuldur.
Xəmis Qəddafi
Xəmis əl-Qəddafi (ərəb. خميس القذافي‎; 27 may 1983, Tərabülüs əl-Qərb – 29 avqust 2011, Tarhuna) — Müəmmər əl-Qəddafinin övladlarından biri. Hərbi təhsilini Rusiyada alıb, polis zabitidir. Özəl hərbi dəstənin komandanıdır. 2011-ci ilin fevralında Liviyanın Benqazi şəhərində Qəzzafi hakimiyyətinə etiraz edən aksiyaçılara qarşı silahlı əməliyyatlara komandanlıq edib.
Polett Qoddar
Polett Qoddar (ing. Paulette Goddard) — ABŞ aktrisası və prodüser. == Həyatı == Polett Qoddar (əsl adı: Marion Polin Levi) 3 iyun 1910-cu ildə Nyu-Yorkda anadan olmuşdur. O, "Hal Roach Studios"la müqavilə imzalayır və "İspaniyadan olan uşaq" filminə çəkilir. 1932-ci ildə o, Çarli Çaplinlə tanış olur. Bir müddət keçmiş Çaplin Qoddarla birlikdə filmlər çəkməyi planlaşdırır. Beləliklə 1936-cı ildə "Yeni zamanlar" filmi meydana gəlir. Polett hətta az da olsa "Samuel Goldwyn Productions" şirkətində də bir neçə ekran əsərində çəkilir. Bu zaman ərzində o, Çarli Çaplinlə birlikdə onun Beverli Hillsdəki evində yaşayır. Onların evlilik statusu olur və 1936-cı ildə Çində ailə həyatı qururlar.
Seyful-İslam Qəddafi
Seyful-İslam Müəmmər əl-Qəddafi (ərəb. سيف الإسلام معمر القذافي‎, adının mənası "İslamın qılıncı"; 25 iyun 1972, Tərabülüs əl-Qərb, Liviya Ərəb Respublikası[d]) — Liviyanın dövlət başçısı Müəmmər əl-Qəddafinin 7 oğlundan ikincisi. Xalq arasında xeyriyyə təşkilatının rəhbəri kimi nüfuz qazanıb. Tripolidəki Əl-Fateh Universitetində memarlıq ixtisası üzrə təhsil almış, təhsilini Vyanada davam etdirmişdir. Tripolidə yerləşən Beynəlxalq Qəddafi Fondunun prezidentidir. Fondun Londonda nümayəndəliyi də var. Liviyanın modernizasiya kursu onun adı ilə bağlıdır. Ləqəbi "Mexanik"dir. Çox mürəkkəb layihələr hazırlamağı, eyni vaxtda çoxlu müxtəlif işlər görməyi bacarır. 2010-cu ildə "New York Times" qəzeti Seyf əl-İslamı "Qərbin dostu və Liviyanın islahatçı imici" kimi xarakterizə etmişdi.
Seyfül İslam Qəddafi

Gendərə
Gendərə (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Gendərə (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Gendərə (Babək) — Azərbaycanın Babək rayonu ərazisində dağ. Gendərə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Gendərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda dərə.
Gəhvarə
Gəhvarə — İranın Kirmanşah ostanının şəhərlərindən və Dalahu şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,708 nəfər və 1,147 ailədən ibarət idi.
Xamis əl-Qəddafi
Xəmis əl-Qəddafi (ərəb. خميس القذافي‎; 27 may 1983, Tərabülüs əl-Qərb – 29 avqust 2011, Tarhuna) — Müəmmər əl-Qəddafinin övladlarından biri. Hərbi təhsilini Rusiyada alıb, polis zabitidir. Özəl hərbi dəstənin komandanıdır. 2011-ci ilin fevralında Liviyanın Benqazi şəhərində Qəzzafi hakimiyyətinə etiraz edən aksiyaçılara qarşı silahlı əməliyyatlara komandanlıq edib.
Qeydar
Qeydar (digər adı Qeydar Nəbi) — İranın Zəncan ostanında şəhər, Xudabəndə şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,525 nəfər və 6,253ailədən ibarət idi.Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər adını bura gömülü olan Qeydar Peyğəmbərdən almaqdadır.
Gendərə (Babək)
Gendərə — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyinin şimal-şərqində yerləşir. (hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında, Nəcəfəlidizə kəndindən 1 km şimal-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst hissəsinə aid Ərəzin lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş hamar yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli faylar keçir. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Gendərə (Yardımlı)
Gendərə — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrdə mövcud olmuş Cunduza kəndinin binə yeri olmuşdur. Sonralar binə tədricən kəndə çevrilmışdir. Kənd Gendərə (geniş dərə) adlı yerdə yerləşdiyi üçün belə adlandırılmışdır.
Gendərə (İsmayıllı)
Gendərə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Həftəsov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Həftəsov kənd inzibati-ərazi vahidinin tərkibindəki Gendərə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Gendərə kəndi Girdimançayın sahilində, dağlıq ərazidə yerləşir. Oykonim gen və dərə komponentlərinin birləşməsindən ibarətdir. Girdiman çayının hövzəsi bu sahədə daha da genişləndiyi üçün çayın həmin hissəsi Gendərə adlanır. Kəndin adı yerləşdiyi ərazisinin relyef xüsusiyyətini özündə əks etdirir.
Gərdasə (Piranşəhr)
Gərdasə (fars. گرداسه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (45 ailə).
Eddard Stark
Eddard Stark Corc R. R. Martin tərəfindən yazılan «Buz və Alovun Nəğməsi» adlı kitablar toplusunda yer alan qəhrəmandır. Martinin «Taxt oyunları» kitabının və HBO tərəfindən hazırlanmış eyniadlı serialın baş qəhrəmanı olan Eddard Stark qədim Stark xadənanının iqamətgahı sayılan Uinterfel qalasının və Şimal krallığının uca lordu və Şimalın qoruyucusudur. Serialda Eddard Stark ingilis aktyor Şon Bin tərəfindən canlandırılmışdır. == Bioqrafiya == === "Taxt oyunları" hadisələrindən əvvəl === Eddard Stark Uesterosun ən qədim və böyük xanədanlarından olan Stark xanədanına məxsusdur. Ned uşaq yaşlarında Barateon xanədanına məxsus Lord Robert Barateon ilə birlikdə Vadinin uca lordu və Şərqin qoruyucusu olan Con Arrinin himayəsində böyümüşdür. Kral II Eyris Tarqaryenin Nedin atası Rikard Stark və qardaşı Brendon Starkı edam etdikdən və şahzadə Reyqar Tarqaryenin Nedin bacısı və Robertin nişanlısı Liana Starkı qaçırtdığından sonra lord Eddard, lord Barateon və lord Arrin krala qarşı üsyana başlayır. Taxta qarşı müharibə zamanı Riverranın lordları olan Talli xanədanı Starklarla müttəfiqlik yaratmaq və iki sülalənin bağını möhkəmləndirmək üçün lord Hoster Talli qızı Keytlini Ned ilə nişanlandırdı. Traydentdə Robert Barateonun Reyqar Tarqaryenin ordusunu məğlub edib şahzadəni öldürməyi və Lannister ordusunun Kral Torpaqlarını, yeddi krallığın paytaxtını, ələ keçirməklə müharibə üsyançılar tərəfindən qazanılır və Fırtına Torpaqlarının lordu Robert kral elan edilir. === Görünüşü və xasiyyəti === …uzun, qəhvəyi saçları var idi. Səliqə ilə qırxılmış saqqalında boz tüklər çıxmağa başlayar, onu otuz beş yaşlarından daha qoca göstərərdi.
Seyf əl-İslam Müəmmər əl-Qəddafi