Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qələndərilik
Qələndərilik — sufi təriqəti Təriqətin banisi monqol yürüşləri zamanı Səvadan Dəməşqə gəlmiş fars əsilli Cəmaləddin Məhəmməd Yunus əs-Səvaci (vəfatı: 1232-ci il) olmuşdur. Yoxsulluğu, səfilliyi, şəriət qanunlarına münasibətdə biganəliyi təbliğ edən bu sufi təriqətinin mənsubları dinin vacib buyurduğu ibadətlərdən yayınmış və heç vaxt işləməmişlər. Onların hətta şəxsi mülkiyyətləri də olmamışdır. Qeyri-adi görkəmləri ilə seçilən qələndərilər saçlarını, qaşlarını və kirpiklərini qırxıb, qısa xirqə və iri tüklü papaqlar geyinərmişlər. Onlar boyunlarından ağır bəzəklər asıb, barmaqlarına iri üzüklər taxarmışlar. Təriqət mənsubları yalnız öz xanəgahlarında yaşayar, səfil ömür sürərmişlər. Qələndərilərin dünyagörüşünə, həyat tərzinə hind inancları və buddizm təsir etmişdir. Müsəlman dünyasının bir çox yerlərində yayılmış bu təriqət zahidliyə meyl edən başqa təriqətlərin dini-fəlsəfi düşüncələrinə təsir göstərmişdir. == Mənbə == Ashk Dahlén, The Holy Fool in Medieval Islam: The Qalandariyat of Fakhr al-din Araqi, Orientalia Suecana, vol.52, 2004.
Qələndər
Qələndər — kişi adı, təxəllüs.
Baxşı Qələndərli
Qələndərli Bəxşi Həsən oğlu (20 iyul 1903, Xankəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 14 sentyabr 1985, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) – teatr rejissoru. Ermənistan SSR (1939) və Azərbaycan SSR (1974) əməkdar incəsənət xadimi. == Həyatı == Baxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür.
Bəxşi Qələndərli
Qələndərli Bəxşi Həsən oğlu (20 iyul 1903, Xankəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 14 sentyabr 1985, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) – teatr rejissoru. Ermənistan SSR (1939) və Azərbaycan SSR (1974) əməkdar incəsənət xadimi. == Həyatı == Baxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür.
Qələndər (Mərənd)
Qələndər (fars. قلندر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qələndər (Əhər)
Qələndər (fars. قلندر‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 650 nəfər yaşayır (158 ailə).
Qələndər Alıyev
Qələndər Nofəl oğlu Alıyev (31 oktyabr 2001; Sabunçu rayonu, Bakı, Azərbaycan — 10 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qələndər Alıyev 31 oktyabr 2001-ci ildə Sabunçu rayonunda anadan olmuşdur. Əslən Borçalının (Gürcüstanın Bolnisi rayonu) Darbaz kəndindəndir. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Məktəbini bitirmişdir. Subay idi. == Hərbi xidməti == Qələndər Alıyev 2020-ci ilin yanvarın 8-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Qələndər Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir.
Qələndər Canbaxışov
Qələndər Surxay oğlu Canbaxışov (17 avqust 1957, Daşkənd, Basarkeçər rayonu) — tibb elmləri doktoru (1999), professor (2010), Azərbaycan Respublikasının əməkdar həkimi (2000), Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatologiya bölməsinin elmi rəhbəri (2006–2021), ETTOİ-nun travmatologiya şöbəsinin şöbə müdiri (2021-ci ildən), AzETTOİ-nun direktoru (1999–2006), Səhiyyə nazirliyinin baş travmatoloq-ortopedi (1999–2006), Azərbaycan Tibb Universitetinin nəzdindəki D03.011 Dissertasiya Şurasının (2000–2019) və Beynəlxalq Elmi ortoped-travmatoloq cərrahlar cəmiyyətinin üzvü (2004), AO üsullarının tədrisinin respublika üzrə müəllimi (2017), Azərbaycanda İlizarov üsulunun və AO üsullarının elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısı.[mənbə göstərin] Akademik Q. A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya mərkəzinin (İlizarov Mərkəzi) fəxri professoru (2021). == Həyatı == Canbaxışov Qələndər Surxay oğlu 17 avqust 1957-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə qəbul olmuş və 1980-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1980-ci ildə təyinatla cərrah kimi Rusiyanın Kurqan şəhərinə göndərilmişdir. 1984–1987-ci illərdə akademik Q. A. İlizarov adına "Bərpaedici Travmatologiya və Ortopediya" Rusiya Elmi Mərkəzində əyani aspiranturada oxumuş, 1987–1990-cı illərdə isə həmin elmi mərkəzdə elmi işçi işləmiş və 1990-cı ildə Azərbaycana gəlmişdir. Akademik Q. A. İlizarovun və V. İ. Şevtsovun tələbəsi kimi bu elmin sirlərini onlardan öyrənmişdir. 1990–1999-cu illərdə Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda baş elmi işçi olmuşdur. 1999–2006-cı illərdə AzETTOİ-nun direktoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş travmatoloq-ortopedi olmuşdur. 2006-cı ildən 2021-ci ilədək AzETTOİ-nin "Kəskin travma" şöbəsinin elmi rəhbəri vəzifəsində işləmiş və 2021-ci ildən həmin şöbənin şöbə müdiri vəzifəsində çalışır. 1989-cu ildə "Одновременное удлинение обеих голеней у больных ахондроплазией – как первый этап увеличения роста" mövzusunda namizədlik, 1999-cu ildə isə akademik V. İ. Şevtsovun rəhbərliyi altında doktoranturanı bitirmiş, "Axondroplaziya zamanı aşağı ətrafların uzadılması hesabına boyun uzadılması" (rus.
Qələndər Xaçınçaylı
Qələndər Xaçınçaylı (Əhmədov Qələndər İslam) — azərbaycanlı şair, yazıçı, jurnalist, publisist "Ziyadar", "Vintsas" mükafatları laureatı, "Tərəqqi" medallı, Prezident Təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü . == Həyat və yaradıcılığı == Qələndər Xaçınçaylı (Əhmədov Qələndər İslam) 15 aprel 1958-ci ildə Ağdam rayonu, Qalayçılar kəndində anadan olub. Qələndər Xaçınçaylı — Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair — yazıçı, publisistdir. 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri "Ədəbiyyat və incəsənət", "Kommunist", "Bakı", "Savalan", "Azərbaycan pioneri", "Fəryad", "Meydan", "Səs", "Gələcək gün", "Ədalət", "Təzadlar" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Müxbir", "Kənd həyatı", "Göyərçin", "Pioner" jurnallarında ardıcıl olaraq çap edilib.1981-ci ildən, 2020-ci ilə dək mətbuat sahəsində fəaliyyət göstərən yazarın , son iş yeri Həftə içi (qəzet)i olub. Həmçinin, "Gənclik" nəşriyyatının "almanax"larında əsərləri oxuculara təqdim olunub. Onun ilk kitabı "Qarabağın ağlar gözü" (1998) adlanır. Kitabın tərtibçisi, redaktoru və "Gənc şairin ilk kitabı və ilk söz" ön sözünün müəllifi tanınmış ədəbiyyatşünas alim, professor Qurban Bayramov (tənqidçi) olmuş və bu istedadlı gəncə uğur diləmişdir. İndiyənə qədər Qələndərin bir-birinin ardınca "Qarabağa gedən yollar" (2000), "Dünya mənim söz qalamdır" (2004), "Dərd ürəyimdə mamır bağlayıb" (2006), "Qeyrət qalası" (2007), "Yaza tələsən çiçək" (2008), "El ağsaqqalı" — publisistika (2008), "Şərəfli ömür" — (publisistika, 2009), "İkinci ömrümü yaşayıram" (2011), "Gözləmə" (2012), Şahin Qasımovun ömür yolu haqqında "Ömür mənalı keçəndə" (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunmuş, 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı "Güllə işığında" povesti Qələndər Xaçınçaylının 60 illik yubileyində oxucularına təqdim olunmuşdur. Son kitabı Zaur Ustacın həyat və yaradıcılığından bəhs edən "Taclı şair" (2020) olmuşdur,.
Vaqif Qələndər
Vaqif Qələndər (tam adı:Vaqif Məhərrəm oğlu Qələndərov; 1969, Bakı) — tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrah. == Həyatı == Vaqif Məhərrəm oğlu Qələndərli 1969-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1987-ci ildə Göyçə mahalının Krasnoselo rayonunda orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdur. 1988–1990-cı illərdə Macarıstanda hərbi xidmətdə olmuşdur. 1993-cü ildə Tibb Universitetini əla qiymətlərlə oxuduğuna görə 4-cü kursdan Türkiyənin İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsində təhsilini davam etdirmək üçün göndərilmişdir. 1995-ci ildə həmin universiteti bitirərək Tibb doktoru ünvanı almışdır. 1995-ildə universiteti bitirdikdən sonra Turkiyənin İstanbul Universitetinin Capa Tibb Fakültəsinin Plastik və Rekonstruktiv mikrocərrahiyyə mərkəzində uzmanliq imtahanı verərək ixtisasa başlamışdır. 1995–2000-ci illərdə Azərbaycan Dövlət Təhsil nazirliyi və Səhiyyə nazirliyi xətti ilə təqaüdlü olaraq İstanbul Universitetinin Çapa Tibb Fakültəsinin Plastik və Rekonstruktiv mikrocərrahiyyə mərkəzində təhsil almışdır. 2000-ci ildə məzun olaraq Plastik və Rekonstruktiv cərrrahiyyə Uzmanı adı almışdır. 2003-cü ildə "İnternal mammariyan arteryaya dayalı yeni ada flebi "adlı yeni cərrahiyyə metodu adlı dissertasiya müdafiə edərək Plastik və Rekonstruktiv cərrahiyyə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adı almışdır.
Qələndər üsyanı (1580)
Qələndər üsyanı və ya yalançı II İsmayıl üsyanı — 1580-ci ildə Kuhgiluyədə Lurlar arasında zühur edən, özünü II Şah İsmayıl adlandıran qələndər tərəfindən Səfəvilər dövlətinə qarşı baş verən üsyan. == Üsyana hazırlıq == Bu dövrdə Səfəvilər dövlətində baş verən Xorasan hadisələri, taxt mübarizəsi və Osmanlı dövləti ilə Azərbaycan və Şirvanda aparılan müharibələrdən istifadə edən qələndər dərviş olan bir şəxs Kuhgiluyədə özünü II İsmayıl adlandırmışdı. Dediyinə görə Halvaçı oğlu Hüseyn bəyin evində yatarkən ev mühasirəyə alınmış və pəncərədən qaçıb canını qurtarmışdır. Guya qəsdçilər ona oxşar qulamı qətl edib əmirləri II İsmayılın ölümünə inandırmışdılar. O ilk dəfə 1577-ci ildə ortaya çıxmışdı. İsgəndər bəy Münşi "Tarix-i aləmaray-i Abbasi" adlı əsərində onu dəli biri kimi təsvir edir. Münşi yazır ki, bu qələndər Kuhgiluyədə olarkən çöldə gəzən abdalları öz ətrafında toplamışdı. Daha sonra Kuhgiluyədə əfşarlarla birlikdə yaşayan Lur tayfalarına qoşularaq bölgədə təbliğat aparmağa başladı. Lurlar bu adamın dediklərinə inansalar da, inanmasalar da, onu dəstəkləməkdən çəkinmədilər. Çünki Lur tayfaları türkmənlər qədər orduda və ya dövlət bürokratiyasında özlərinə yer tapa bilmirdilər.
Çingiz Qələndərov
Mirzə İbrahim xan Kələntəri
Mirzə İbrahim xan Hacı Mehdi oğlu Kələntəri (1855, Təbriz – 23 mart 1932, Təbriz)—Təbriz şəhərinin meri. == Həyatı == Mirzə İbrahim xan Təbriz şəhərinin Bağimeşə məhəlləsində anadan olmuşdu. Mükəmməl təhsil almışdı. Şərəfəddövlə ləqəbini daşıyırdı. 1906-cı ildə məclisə üzv seçilmişdi. Mirzə İbrahim xan Kələntəri 1932-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Gəvəndərə (Xudabəndə)
Gəvəndərə (fars. گوندره‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 799 nəfər yaşayır (185 ailə).
Lənətə gələnlər
"Lənətə gələnlər" — yazıçı Rövşən Yerfinin ən çox oxunan əsərlərindən biridir. 2008-ci ildə yazılmış, 2014-cü ildə çap olunmuşdur. == Əsər haqqında == Əsərdə bir ailənin timsalında cəmiyyətimizdəki acı reallıqların, mənəviyyatımızdakı aşınmaların təsviri verilir. Kitab oxucunu bəhs edilən məsələlərlə bağlı düşünməyə vadar edir. == Qısa məzmunu == Ananın tək oğlunu Rusiyada qalmaqla Qarabağ döyüşlərindən yayındırması. Yaşlaşandan sonra ailəsi ilə vətənə qayıdan oğulun işsizlikdən əyyaşa dönməsi və sonda ananın daim ehtiyatlandığı faciəli oğul itkisi. == Çapı == Kitab 2014-cü ildə çap olunub. Kitabxana.net Milli Virtual kitabxanasında, Milli Kitabxana-İnformasiya Mərkəzinin elektron kitabxanasında, Android əməliyyat sistemində və digər internet saytlarında yayımlanır. == Xarici keçidlər == Siz də “lənətə gələnlər”dənsiniz!
Avqust gələndə (film, 1984)
Avqust gələndə filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1984-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə 15 yaşlı Arifin və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır. Filmdə əsas rolları Natiq Abdullayev, Şahmar Ələkbərov, Valeri Rıjakov, Dadaş Kazımov, Şükufə Yusupova və Ayan Mirqasımova ifa edirlər. == Məzmun == Film yeniyetmələr üçün nəzərdə tutulmuşdur, lakin hər bir uşaq filmi yaşlı tamaşaçıya da ünvanlanır. Burada 15 yaşlı Arifin (Natiq Abdullayev) və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır. Arifin atası Nadir (Hamlet Xanızadə) gəmidə kapitan işləyib və günlərin birində vəzifəsini yerinə yetirərkən həlak olub. Anası (Şükufə Yusupova) həkimdir. O, iki oğlunu təkbaşına böyüdür. Arifin dayısı Cümşüd (Şahmar Ələkbərov) əczaçıdır, aptekdə işləyir və bacısının övladlarının qayğısına qalır.
Bayquş gələndə... (film, 1978)
Bayquş gələndə filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Filmdə əsas rolları Emin Qafarzadə, Fikrət Məmmədov, Həsənağa Turabov, Gülşən Qurbanova, Firəngiz Şərifova, İsmayıl Osmanlı, Vidadi Əliyev və Sevil Rəsulova ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Tahir (Emin Qafarzadə) ilə Vasif (Fikrət Məmmədov) bütün yay tətili günlərində dənizin sahilində oturub suya tilov atır və balıq tutmaqla məşğul olurlar. Vasif həm də arzu edir ki, onun birmotorlu qayığı olsun və bu qayıqla dənizdə balıq ovuna çıxsın. Elə onların evlərinin yaxınlığında qocaman bir kişi (İsmayıl Osmanlı) yaşayır.