Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Blister qablaşdırma
Blister qablaşdırma — dərman, kosmetika, dəftərxana ləvazimatları, mobil telefon aksesuarları kimi kiçik və yüngül məhsullar üçün istifadə olunan plastik qablaşdırma növü. Blister qablaşdırılmış əşyanın ölçüsünə və formasına uyğun olaraq qəliblənmiş şəffaf plastik və ya sərt çap materialdan hazırlanmış qutudur (plastik qeyri-şəffaf və substrat metal folqadan hazırlana bilər — məsələn, dərmanları tablet və kapsul şəklində vakuumla qablaşdırarkən). Blister adətən termoplastik polimerdən (plastik) hazırlanır və kiçik cib və ya çuxur formasında olur. Qeyri-şəffaf blister əksər hallarda fotohəssas məhsulları ultrabənövşəyi şüalardan qoruyur. == Dərman dozasının vahidləri == Blister qablaşdırma adətən dərman dozası vahidləri üçün istifadə olunur. Onlar son istifadə tarixi tələblərinə uyğun olaraq dərmanın qorunmasını təmin edirlər. ABŞ-da blister paketlər əsasən həkimlər tərəfindən dərman qablaşdırması və ya aptekdə reseptsiz satılan məhsullar üçün istifadə olunur. Dünyanın digər yerlərində blister paketlər əsas qablaşdırma növüdür, çünki apteklərdə paylama və yenidən qablaşdırma yayılmayıb.
Yadlaşdırma effekti
Yadlaşdırma effekti — Bertolt Brextin birbaşa marksizm-leninizmin təsiri ilə yaratdığı və müraciət etdiyi tamaşaçı kütləsini də fəhlə sinfi kimi müəyyən edən teatr nəzəriyyəsinin (Epik teatr) ən mühüm elementlərindən biridir. == Tərifi == Aristotelçi olmayan, yəni identifikasiyaya əsaslanmayan səhnə əsərlərində tamaşaçıların tamaşanın personajları ilə sırf təcrübə vəhdətində qalmasının qarşısını almaq məqsədi daşıyan nümayiş metodunun adıdır. == Konsepsiyanın mənşəyi == Brext burjua üçün işlədiyinə inandığı dramatik teatra qarşı çıxmış və öz teatrında tamaşaçıları kor-koranə əyləndirməkdənsə, tamaşaçıda şüur yaratmağı qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə onun nəzəriyyəsini hazırlamış olduğu epik teatr anlayışının ifa üsulu öz gücünü hədəf aldığı yadlaşdırma effektindən alır. Brextin yadlaşdırma effekti anlayışını öz teatrı üçün seçərkən ona əsasən Çin Teatrlarının aktyor anlayışının və rus formalist yazıçılarının təsir etdiyi qəbul edilir. == Brextin Çin teatrında müşahidə etdiyi yadlaşdırma texnikaları == Dördüncü divarın sökülməsi: Epik teatrda aktyorlar özlərini onları əhatə edən üç divardan əlavə dördüncü divar da mövcud imiş kimi aparmırlar. Başqa sözlə, aktyorlar tamaşaçıların varlığından xəbərdar olduqlarını açıq şəkildə bildirirlər. Aktyorlar tərəfindən ifa edilən bu fərqində olmaq və xəbəri olmaq vəziyyəti ​​teatrın illüziya effektini aradan qaldırır. Başqa bir sözlə, tamaşaçının katarsis yaşamasının qarşısını alır. Özünü Görünüşün İfa edilməsi: Bu aktyorun tamaşanın gedişi sırasında mimikasının oyunlaşdırılmasıdır.