Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qanadcıq
Qanadcıq, təyyarədə dönmə/əyilmə hərəkətini təmin edən idarəetmə səthi. Uçuş zamanı təyyarənin bütün hərəkətləri təyyarədəki təzyiq paylanmasından asılıdır. Sabit qanadlı təyyarə üçün əsas nəzarət səthləri, bu səthlərin axına qarşı dayanması və onu pozması və bununla da yüksək təzyiq zonası yaratması prinsipi ilə işləyirlər. Nəzarət səthləri işlədikdə, təyyarənin iki əks tərəfindəki təzyiq simmetriyası pozulur, bu da istənilən hərəkəti təmin edir. == İş prinsipi == Qanadcıqlar qanad uclarının stabilizatorun arxa tərəfinə yerləşdirilir və bir-birinə əks istiqamətdə işləyirlər. Pilot qolu sola əydikdə, solda yerləşən qanadcıq yüksəlir, sağdakı qanadcıq enir. ​​Sağ qanadda müəyyən bir ərazidə geri dönmə artdığı üçün dövranın (sirkulyasiya) şiddəti artır və təyyarə sola yatır. Təyyarə, qanadcıqların sıfır vəziyyətinə gəlmədiyi müddətcə dönməyə davam edir. == Mövqeyi == Qanadcıqların qanad uclarına və flapların qanad diblərinə bağlanmasının əsas səbəbi, flapların eyni istiqamətdə, qanadcıqların isə əks istiqamətdə işləməsidir. Qanadcıqlar əks istiqamətdə işlədikləri üçün iş zamanı qanadda yük yaratmırlar.
Qalacıq
Kəndlər Azərbaycanda Qalacıq (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Qalacıq (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qalacıq (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Ermənistanda Qalacıq (Qarakilsə) — Qərbi Azərbaycanın Qarakilsə rayonunda kənd.
Qapıcıq
Qapıcıq — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda dağ. Qapıcıq (dağ) — Ordubad rayonunda dağ. Qapıcıq (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.
Qabaqcıl (qəzet)
Oğuz səsi — Şahbuz rayonunda nəşr olunan qəzet. == Tarixi == Qəzet 1936-cı ildə "Sosializm maldarlığı" adı ilə nəşr olunmağa başlayıb. Yarandığı ilk günlərdən rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə bağlı olub. Qəzet o dövrkü sovet cəmiyyətində sosializm ideyalarının təbliğinə, sosialist iqtisadiyyatının yaranmasına, yeni mənəvi-əxlaqi dəyərlərin meydana gəlməsinə xidmət edib. 1963-cü ildə Şahbuzun bir rayon kimi ləğv edilməsinə qədər "Sosializm maldarlığı" adı ilə nəşr olunan qəzet 3 il sonra – rayon yenidən yaradılanda "Qabaqcıl" adı ilə nəşr olunmağa başlayıb. 1991-ci ilin sentyabrından isə yeni ictimai-siyasi vəziyyətlə – yəni sovet quruluşunun ləğv olunması ilə qəzetin adı dəyişdirilərək "Oğuz yurdu" qoyulmuşdur, 1992-ci ildə isə qəzetin adı müəyyən səbəblərdən yenidən dəyişdirilmiş və "Oğuz səsi" adı ilə nəşrinə başlanılmışdır. Qəzetin ilk redaktoru Rəzzak Babayev, sonrakı redaktorları Abbas Rəcəbli, Müseyib Mehdiyev, Mənaf Xudiyev, Bayram Qurbanov, Əsəd Quliyev, Əhməd Əhmədov, Aslan Bağırov, Elşən Məmmədov, Tahir Fərzəliyev, İmran Məmişov olmuşdur. Bir vaxtlar rayonda savadsızlığın ləğv olunması uğrunda ciddi mübarizə aparan qəzetin sonradan böyük müəlliflər ordusunun yaranmasında, alimlərin, şairlərin, yazıçıların yetişməsində özünəməxsus rolu olmuşdur. Allahverdi Həziyev, Güllü Məmmədova, Xeyrulla Abbasov, Əhməd Məmmədov, Xanlar Səfərəliyev, Çərkəz Məhərrəmov, Şirzad Quliyev, Şəhla Nəbiyeva, Bağdagül Əsgərova, Minayə Abdullayeva və başqaları qəzetin ən tanınmış yazarlarıdır. Uzun illər qəzetin tərkibində "Qönçə", hazırda isə "Məmməd Araz" adı ilə fəaliyyət göstərən ədəbi birlikdə onlarla şair yetişmiş, onların şeirləri xüsusi almanaxlarda dərc edilmişdir.
Qabarcıq nizamlama
Qabarcıqlı nizamlama və ya qabarcıqlı sıralama (ing. Bubble sort) — iki qonşu elementi müqayisə etməklə və əgər onlar səhv nizamda isə onların yerini dəyişməklə verilən siyahını təkrarla yoxlayaraq, sıralayan alqoritmdir. Alqoritmin performansı aşağıdakı kimidir: ən yaxşı vaxt = O ( n ) {\displaystyle O(n)} orta vaxt = O ( n 2 ) {\displaystyle O(n^{2})} == Addım-addım nümunə == "5 1 4 2 8" şəklində bir massiv götürək, və massivi artma sırasına görə sıralayaq. Hər bir addımda müqayisə olunan elementlər tünd qara ilə göstərilib. Sona qədər sıralama üçün 3 keçid lazımdır. Birinci keçid: ( 5 1 4 2 8 ) → {\displaystyle \to } ( 1 5 4 2 8 ), Burada alqoritm ilk iki elementi müqayisə edir və 5>1 olduğu üçün 5 ilə 1-in yerini dəyişir. ( 1 5 4 2 8 ) → {\displaystyle \to } ( 1 4 5 2 8 ), 5 > 4 olduğu üçün ( 1 4 5 2 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 > 2 olduğu ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 < 8, heç bir dəyişiklik olmur. İkinci keçid: ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ), 4 > 2 olduğu üçün ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Hal - hazırda massiv artma sırasına görə sıralanıb (nizamlanıb). Amma alqoritm bunun belə olduğunu bilmədiyi üçün elementlərin yerini dəyişmədən birdaha elementləri müqayisə edəcək. Üçüncü keçid: ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) == İmplementasiyası == Python dilində implementasiya aşağıdakı kimi olar.
Qabarcıq sıralama
Qabarcıqlı nizamlama və ya qabarcıqlı sıralama (ing. Bubble sort) — iki qonşu elementi müqayisə etməklə və əgər onlar səhv nizamda isə onların yerini dəyişməklə verilən siyahını təkrarla yoxlayaraq, sıralayan alqoritmdir. Alqoritmin performansı aşağıdakı kimidir: ən yaxşı vaxt = O ( n ) {\displaystyle O(n)} orta vaxt = O ( n 2 ) {\displaystyle O(n^{2})} == Addım-addım nümunə == "5 1 4 2 8" şəklində bir massiv götürək, və massivi artma sırasına görə sıralayaq. Hər bir addımda müqayisə olunan elementlər tünd qara ilə göstərilib. Sona qədər sıralama üçün 3 keçid lazımdır. Birinci keçid: ( 5 1 4 2 8 ) → {\displaystyle \to } ( 1 5 4 2 8 ), Burada alqoritm ilk iki elementi müqayisə edir və 5>1 olduğu üçün 5 ilə 1-in yerini dəyişir. ( 1 5 4 2 8 ) → {\displaystyle \to } ( 1 4 5 2 8 ), 5 > 4 olduğu üçün ( 1 4 5 2 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 > 2 olduğu ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 < 8, heç bir dəyişiklik olmur. İkinci keçid: ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ), 4 > 2 olduğu üçün ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Hal - hazırda massiv artma sırasına görə sıralanıb (nizamlanıb). Amma alqoritm bunun belə olduğunu bilmədiyi üçün elementlərin yerini dəyişmədən birdaha elementləri müqayisə edəcək. Üçüncü keçid: ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) == İmplementasiyası == Python dilində implementasiya aşağıdakı kimi olar.
Sağ qulaqcıq
Sağ qulaqcıq – (lat. Atrium dextrum) ürək əsasının qabaq və sağ tərəfini işğal etmişdit etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae superioris) və arxa divarını aşağı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae inferioris) açılır. Bunların arasında arxa divar üzərində xüsusi bir qabarcıq – (lat. tuberculum intervenosum (Loweri – BNA)) vardır. Bu qabarcıq embrional dövrdə yuxarı boş venadan gələn qanın axınını sağ mədəciyə doğru yönəldir və müəyyən dərəcədə Yuxarı və aşağı boş venalardan gələn qan axınlarının bir-birinə toqquşmasına mane olur. Sağ qulaqcığın ön hissəsi çıxıntı şəklində olur və sağ seyvanı – (lat. auricula dextra) təşkil edir.
Sol qulaqcıq
Sol qulaqcıq – (lat. Atrium sinistrum) ürəyin ən dal hissəsini işğal edib arxa tərəfdən qida borusuna və öndən aortaya söykənmişdir. Bunun ön hissəsi sol seyvan – (lat. auricula sinistra) arxadan ınə doğru gedərək ağciyər kötüyünü sol tərəfdən əhatə edir. Sol qulaqcığa yuxarı tərəfdən ağciyər venalarının dəlikləri (iki cüt) – (lat. ostia venarum pulmonalis) açılır; Embrional dövrdə ağciyər venası tək olur, bu damar həər ağciyərdən bir şaxə qəbul edir. Bunların da hər biri iki şaxədən təşkil olunur. Sonradan ağciyərin ümumi venası yavaş-yavaş genələrək sol qulaqcığın divarını əmələ gətirir, on görə onun kökləri qulaqcığa yaxınlaşır və nəticədə sol qulaqcığa açılan damarların miqdarı çoxalır (dördə çatır). aşağı tərəfdə o, sol qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare sinistrum) vasitəsilə sol mədəciklə birləşir.
Qalacıq (Cəbrayıl)
Qalacıq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 Noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qalacıq Cəbrayıl rayonunun Hovuslu inzibati ərazi vahidində kənddir. Çaxmaq çayının (Arazın qolu) sahilində, Qarabag silsiləsinin ətəyindədir. Keçmis adl Əhmədli olmuşdur. Yasayış məntəqəsi orta əsrlərə aid qədim qala xarabalığının yaxlnlığında salindığı üçün belə adlandırılmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qalacıq (Hurand)
Qalacıq (fars. قلعه جيق‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (14 ailə).
Qalacıq (Həştrud)
Qalacıq (fars. قلعه‌جوق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 22 nəfər yaşayır (5 ailə).
Qalacıq (Kövsər)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (15 ailə).
Qalacıq (Maku)
Qalacıq (fars. قلعه جوق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 696 nəfər yaşayır (170 ailə).
Qalacıq (Məlikan)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.935 nəfər yaşayır (487 ailə).
Qalacıq (Nir)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 241 nəfər yaşayır (48 ailə).
Qalacıq (Poldəşt)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (24 ailə).
Qalacıq (Qarakilsə)
Qalacıq — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 21 km cənub-qərbdə, Bazarçay çayının sağ sahilində, Bazarçay kəndindən 4 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qala (qələ) sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması əsasında yaranmışdır. Relyef əsasında yaranan quruluşca düzəltmə toponimdir. Kəndin adı qeyri-rəsmi dəyişdirilərək Spandaryan qoyulmuşdur.
Qalacıq (Qusar)
Qalacıq — Azərbaycan Respublikasının Qusar rayonunda eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin ərazisindəki qədim xarabalıqlar bu ərazidə orta əsrlərə aid qala olduğunu göstərir. == Etimologiyası == Qalacıq toponimi “kiçik qala” mənasındadır. Yaşayış məntəqəsi qədim qala xarabalıqlarının yaxınlığında salındığına görə belə adlandırılmışdır. == Əhalisi == Kənddə 1457 nəfər yaşayır.
Qalacıq (Sulduz)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (37 ailə). Milli tərrkibi azərbaycan türklərindən ibarətdir.
Qalacıq (Sərab)
Qalacıq (fars. قلعه جوق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,185 nəfər yaşayır (568 ailə).
Qalacıq (Takab)
Qalacıq (fars. قلعه جوق‎, azərb. قالاجیق,Qalacıq‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd Təkabdan 12 kilometr şərqdə, Bədrli və Yolqunağac kəndlərinin arasında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (46 ailə). Etnik baxımından kənd əhalisi müsəlman olan Azərbaycan türklərindən ibarətdir. Kənd əhalisinin əsas gəlir mənbəyi əkinçilik və maldarlıqdır.
Qalacıq (Urmiya)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (37 ailə).
Qalacıq (Xudabəndə)
Qalacıq (fars. قلعه جوق‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 506 nəfər yaşayır (115 ailə).
Qalacıq (İsmayıllı)
Qalacıq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qalacıq İsmayıllı rayonundan 30 km Şimal Qərbdə dağ ətəyində yerləşir. Əhalisi əkinçilik, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandalıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana vardır. Qalacıq yaxınlığında çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd eyniadlı turizm zonasında yerləşir. «Qasımxan» qalasının qalıqlarını görmək üçün kənddən qalaya qədər olan 8 km məsafənin 5 km-ni avtomobillə, 3 km-ni isə piyada və ya atla getmək olar. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə il boyu fəaliyyət göstərən yeməkxana vardır. İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutu kənddən keçir.
Qalacıq (Şərur)
Qalacıq — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin şimal-şərq hissəsində, Axuraçayla Havuşçavın birləşdiyi yerdə, hündür dağın sinəsində arxeoloji abidə. == Tarixi == Qala divarları iri ölçülü daşlardan inşa edilmiş və uzunsov-dördkünc planlıdır. Qala divarının eni bəzi yerlərdə iki metrə çatır. Divarlar düzbucaqlı çıxıntılar və dördkünc formalı kontrforslarla möhkəmləndirilmişdir. Aparılan tədqiqatlar əsasın- da aydanlaşdırılmışdır ki, burada mədəni təbəqənin dərinliyi 1 metrdən artıq deyil. Görünür ki, qaladan daimi yaşayış yeri kimi istifadə edilməmişdir. Tədqiqatlar zamanı buradan tikinti qalıqları, müxtəlif növ saxsı qab sınıqları, çürümüş nizə, ox ucları, küp, küpə, qazan tipli qab sınıqları, şirsiz və şirli saxsı məmulatı və. s tapılmışdır. Qalacıqdan aşkar edilmiş arxeoloji tapıntılar e.ə. 2, eramızın 3 əsri üçün səciyyəvidir.