Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarağatlı
Qarağatlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Qarağatlı kəndi dəqiqləşdirmə qaydasında Göyəbaxan kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qarayanlıq
Qarayanlıq — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq qəsəbəsindən qərbdə arxeoloji abidə. == Tarixi == Yaşayış yerinin sahəsi 2250 m2-dır. Onun mərkəzi hissəsindən su kanalı keçir. Abidənin ərazisinin bir qismi qazılıb dağı- dılmışdır. Mədəni təbəqə 1-1,5 m qalınlığında saxlanmışdır. Mərkəzi hissədə daş tikintilərin qalıqları nəzərə çarpır. Yaşayış yerinin yaxınlığında orta əsr qəbirstanlığı vardır. Lakin qəbirstanlığın ərazisi əkin sahəsinə çevrildiyindən qəbirlərin izi tamamilə itmişdir. Arxeoloji materiallar başlıca olaraq keramika məmulatından ibarətdir. Keramika məmulatı Son Antik dövrdən başlayaraq Son Orta əsrlərədək olan bir dövrü əhatə edir.
Qarğalıq
Qarğalıq (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Qarğalıq (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qarğalıq (Naxçıvan) — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir.
Qarabatlaq (Mahnişan)
Qarabatlaq (fars. قره باطلاق‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 629 nəfər yaşayır (138 ailə).
Alp qarağatı
Alp qarağatı (lat. Ribes alpinum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Bütün Avropa üzrə, Qafqazda, Qərbi Türkiyədə, Şimali Afrikada və Mərakeşdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü təxminən 1,5 m-ə çatan, möhkəm yarpaqlı, sıx yerləşmiş budaqları olan alçaqboylu koldur. Yarpaqları üç qanadlı, tünd yaşıl, parlaq, eni 4 sm-dək, üstü cod, vəzicikli tükcüklərlə örtülmüşdür. Yarpağın əks tərəfi açıq hamar, çılpaqdır. Çiçəkləri yaşılımtıl, sarı rənglidir. Çiçək saplaqlarında vəzicikli tükcükləri vardır. Çiçək qrupları 15-30 ədəd erkək çiçəklərdən və ya 1-5 ədəd dişi çiçəklərdən ibarətdir, sallaq olmayan salxımlar əmələ gətirir. Meyvələri dadına görə şirin, unlu, ölçüsü 6-8 mm olan çəhrayı giləmeyvədir.
Biberşteyn qarağatı
Qayalıq qarağatı (lat. Ribes petraeum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz və Kiçik Asiyada yayılmışdır. Subalp zolağında, dağ zonasının meşələrində, qayalarda və çayların ətrafında bitir. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları açıq rəngdə, çılpaqdır. Qabığı boz, əvvəlcə hamar, sonradan ensiz zolaqlarla çatlayandır. Yarpaqları nazik, 5 dilimli, uzunluğu 10 sm, eni 13 mm, qaidəsi dərin ürəkvari, hər iki tərəfdən çılpaq, bəzən alt tərəfdən tüklüdür. Salxımın uzunluğu 4-12 sm, əvvəlcə üfüqi halda, meyvələrdə isə salxımdır. May-iyun aylarında çiçəkləyir.
Komarov qarağatı
Komarov qarağatı (lat. Ribes komarovii) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.
Qarğalıq (Masallı)
Qarğalıq — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin sayı 1705 nəfərdir. == Toponimiyası == Qarğalıq oykonimi coğrafi obyekt adı olmaqla qədim türk tayfalarından birinin adı olan qarqaikarqa və qədim türk dilli abidələrdə bir sıra mənalarla yanaşı, həm də -/* şəkilçisinin sinonimi kimi mənsubluq, aidlik mənasında işlənmiş -hq şəkilçisindən ibarət olub “qarğa tayfasına məxsus (kənd)” mənasını daşıyır. Karqa etnonimi mənbələrin birində qaraqalpaklann bir qolunun adı kimi qeyd edilir. Bu ada Qərbi Sibir, qırğız və özbək xalqlarının arasında da rast gəlinir. Keçən əsrdə Tatarıstanda Karqalı, Şimali Qazaxıstanda Karqalı, Krımda Karqalıq toponimləri qeydə alınmışdır.
Qarğalıq (Naxçıvan)
Qarağalıq — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir. Qəsəbə Araz çayının sahilində, şəhər mərkəzindən cənub-qərbində 7 km məsafədə yerləşir. Culfa - Uluxanlı dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Hazırda stansiya kimi də istifadə olunur. == Etimologiya == Qarğalıq qəsəbəsinin adı qarğa(türk qəbiləsindən birı) və -lıq şəkilçisinin komponentlərindən yaranmış, mənası "Qarğa qəbiləsinə mənsub yer" deməkdir. Qarğa etnonimi həmçinin başqa türk xalqalrında da Azərbaycandakı kimi işlənməkdədir. Məsələn, qaraqalpaq tayfalarından birinin adı kimi də qeyd olunur. Bu ada qırğızlar və özbəklər arasında, əlavə olaraq Qərbi Sibiri də türk xalqları arasında çox rast gəlinir. Krımda, Şimali Qazaxıstan, Tatarıstanda da Qarğalı toponimlərinə çox rast gəlinir.
Qarğalıq (Xaçmaz)
Qarğalıq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Şərq qarağatı
Şərq qarağatı (lat. Ribes orientale) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Şimali İranda, Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə çatan koldur. Zoğları hamar və ya tikanlıdır. Yaşlı budaqların qabığı uzun saplaq şəklində soyulur. Yarpaqları tökülən, neştərvari, saplaqlı, 3-5 dilimli, cərgə ilə düzülmüş, tünd yaşıl, hər iki tərəfdən zəif tüklərlə və çoxlu miqdarda vəziciklərlə örtülüdür. Yarpaq dilimlərinin kənarları dəyirmi-böyrəkvari dişlidir. Tumurcuqları az miqdarda dərivari və ya otlu pulcuqlara malikdir. May-iyun aylarında çiçəkləyir.
Qayalıq qarağatı
Qayalıq qarağatı (lat. Ribes petraeum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz və Kiçik Asiyada yayılmışdır. Subalp zolağında, dağ zonasının meşələrində, qayalarda və çayların ətrafında bitir. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları açıq rəngdə, çılpaqdır. Qabığı boz, əvvəlcə hamar, sonradan ensiz zolaqlarla çatlayandır. Yarpaqları nazik, 5 dilimli, uzunluğu 10 sm, eni 13 mm, qaidəsi dərin ürəkvari, hər iki tərəfdən çılpaq, bəzən alt tərəfdən tüklüdür. Salxımın uzunluğu 4-12 sm, əvvəlcə üfüqi halda, meyvələrdə isə salxımdır. May-iyun aylarında çiçəkləyir.
Qaraqaşlı
Yaşayış məntəqələri AzərbaycandaQaraqaşlı (Ağdam) —Ağdam rayonunda kənd. Qaraqaşlı (Ağsu) — Ağsu rayonunda kənd. Qaraqaşlı (Xaçmaz) — Xaçmaz rayonunda kənd. Qaraqaşlı (İmişli) — İmişli rayonunda kənd. Qaraqaşlı (Neftçala) — Neftçala rayonunda kənd. Qaraqaşlı (Sabirabad) — Sabirabad rayonunda kənd.Oxşar toponimlərÇayqaraqaşlı — Şabran rayonunda kənd. Hacıqaraqaşlı — Şabran rayonunda kənd. Xol Qaraqaşlı — Neftçala rayonunda kənd.
Kür Qaraqaşlı
Kür Qaraqaşlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kür çayının sahilində, Salyan düzündədir. Yaşayış məntəqəsi keçmişdə Şirvanda yaşamış qaraqaşlı tayfasına mənsub ailələrin Kür çayı sahilində məskunlıaşması nəticəsində yaranmışdır. Oykonim Kür hidronimindən və Qaraqaşlı kənd adından ibarət olub, "Kür çayı sahilindəki Qaraqaşlı kəndi" mənasındadır. == Əhalisi == === Şəxsiyyətləri === Ağaxan Ağabəyli — alim Əliağa Kürçaylı — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Qaraqanlı (Miyanə)
Qaraqanlı (fars. قره قانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (23 ailə).
Qaraqaşlı (Ağdam)
Qaraqaşlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Qaraqaşlı kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kəngərli kəndi mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Qaraqaşlı (Ağsu)
Qaraqaşlı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Qaraqaşlı (Neftçala)
Qaraqaşlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Qaraqaşlı (Sabirabad)
Qaraqaşlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. === Əhalisi === === Tanınmış şəxsləri === Pənah Hüseynov — Azərbaycan Respublikasının Baş Naziri (aprel 1993 – iyun 1993-cü il), Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı (2005-2010). == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Qaraqaşlı (Xaçmaz)
Qaraqaşlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qaraqaşlı (İmişli)
Qaraqaşlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisinin sayı 3643 nəfərdir ki, onun da 1781 nəfəri kişi, 1862 nəfəri isə qadındır.
Qaraqaşlı bələdiyyəsi
Qaraqaşlı bələdiyyəsi (Ağsu) - Azərbaycanın Ağsu rayonunda bələdiyyə. Qaraqaşlı bələdiyyəsi (Neftçala) - Azərbaycanın Neftçala rayonunda bələdiyyə. Qaraqaşlı bələdiyyəsi (İmişli) - Azərbaycanın İmişli rayonunda bələdiyyə.
Qaraqaşlı xalçaları
Qaraqaşlı xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Qaraqaşlı yemişan
Qaraqaşlı yemişan (lat. Crataegus atrofusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3-5 m-ə qədər olan koldur. Gövdə qabığı qəhvəyi və ya bozdur. Çətiri kürəvi və ya yumurtavari, tikanlıdır. Yarpaqları növbəli, adətən dilimlidir. Çiçəkləri mürəkkəb qalxanvarı çiçək qrupuna toplanmaqla budaqların ucunda yerləşmişdir. Kasayarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-2-5 meyvə yarpaqcığından əmələ gəlmişdir.
Qəhrəman Qaraqaşlı
Qəhrəman Tağı oğlu Qaraqaşlı (1 may 1899, Yelizavetpol - ?) — ilk sovet etnoqrafı, tarix elmləri namizədi (1964). == Həyatı == Qəhrəman Qaraqaşlı 1 may 1899-cu ildə Yelizavetpol (Gəncə) şəhərində anadan olmuşdur. 1918-ci ildə şəhər gimnaziyasını bitirdikdən sonra, müəllimlik etmiş, 1922-1926-cı illərdə "Yeni yol" qəzetinin məsul katibi işləmişdir. 1927-ci ildə gənc alim Qəhrəman Qaraqaşlı Qərbi Azərbaycanda ayrımların kimliyini araşdırırdı. Ona bir ekspedisiya vermişdilər. Sonra bu mövzuda məruzə etdi. Məruzənin başlıca nəticəsi açıqlandı. Bütün komponentlər və göstəricilər sübut edirdi ki, ayrımlar türkdürlər. Amma bu ekspedisiyaya pul qoyan, Azərbaycanı öyrənən cəmiyyətin idarə heyəti bu məruzədən qəti şəkildə narazı qaldı. Çünki, onlar Moskvanın xətti ilə davranmalıydılar.
Xol Qaraqaşlı
Xol Qaraqaşlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Salyan düzündə yerləşir. Oykonim "çay qolu sahilində yerləşən Qaraqaşlı kəndi" mənasındadır. Oykonimin ikinci komponenti türk-monqol tayfalarından hesab olunan qaraqaşlıların adını əks etdirir. == Din == Kənddə "Zeynəl-Abidin" məscidi dini icmaları fəaliyyət göstərir.