QARAQAŞ

sif. Qaşları qara olan. Qaraqaş oğlan. Qaraqaş qız.
– Zeynəb qaraqaş, qaragöz bir qız idi. S.S.Axundov.
Qızı qaraqaş, qaragöz, … [Məmmədin] nəzərində gözəl bir qızdı. C.Cabbarlı.
[Ərknaz] miniatürlərdə rəsm edilən badamgözlü, qaraqaşlı, incəbel qızlara bənzəyirdi. M.Hüseyn.

QARAQARĞA
QARAQAŞLI
OBASTAN VİKİ
Qaraqaş
Qaraqaş (lat. Acanthalburnus) — Çəkikimilər fəsiləsinin nümayəndəsidir. Bədəni çox hündür və yanlardan basıqdır. Ağzın ucu gözün üst kənarına yaxın səviyyədə yerləşir. Yan xətt azca aşağıya doğru əyilmişdir. Pulcuqları çox xırdadır. Yan xətt pulcuqlarının sayı 66-85-dir.Xarici görünüşcə qıjovçulara oxşayır, lakin ondan bel üzgəcinin axırıncı şaxəsiz şüasının yoğun olması ilə fərqlənir. Anal üzgəcinin əsası uzunsovdur. Böyüklərinin ortası boyunca bir neçə enli zolaq vardır. Cinsin Zaqafqaziya faunası üçün endemik olan təkcə bir növü vardır.
Adi qaraqaş
Adi qaraqaş (lat. Acanthalburnus microlepis) — Qaraqaş cinsinin nümayəndəsidir. == Yayılması == Azərbaycanda Kür çayının orta hissəsində, Ağstafaçay, Qanıxçay və Tərtərçayda, Arazın yuxarılarında (Naxçıvançaya qədər) yayılıb. Respublikadan kənarda Kür və Arazın yuxarılarında, Araqva, Borjomi, Ərdəhan, Arpaçay, Qarasuçay, Qarsçay çaylarında və Çıldır gölündə yayılmışdır. == Morfoloji əlamətləri == D III (7) 8 (9), A II–III 14–19, adətən 15–17 şüa olur. Udlaq dişləri 2.5–5.2 və ya 2.5–4.2-dir. Qəlsəmə dişcikləri seyrək və qısadır. Uzunluğu 23,5 sm, adi halda 15,0 sm-dir. Quyruq üzgəci uzun və dərin haçalıdır. Alt hissəsi üst hissəsindən bir qədər uzundur.
Qaraqaş tatarları
Qaraqaş və ya Qaraagas tatarları – Qafqazdan Volqa deltasına köç edib, oraya yerləşmiş noğay tayfalarına daxil olan türk boyu. Şiə müsəlman olan Qaraqaş tatarları Qaraağaç noğayları olaraq da adlandırılırlar. Son dövrlərdə xeyli sayda Qaraqaş tatarları müxtəlif etnoslar arasında assimiliyasiya olmuşdurlar. Onları həmçinin, regiondakı digər türk soylu etnoslardan fərqləndirən onların dini kimlikləridir. Belə ki, Qaraqaş tatarları şiə müsəlmandırlar. Azərbaycandakı xeyli sayda olan Qaraqaş yer adlarının bu tayfa ilə əlaqəli olduğu güman edilir. Noğayların bu qrupu əsasən Həştərxan civarlarında yaşamaqdadırlar. Bu qrup uzun müddət Kazan tatarları hesab edilmişdirlər. Lakin danışdıqları şivənin Kazan tatarlarından xeyli fərqli olduğu aşkar ortadadır. Uzun müddət Kazan tatarlarının mədəni, siyasi təsirlərinə məruz qalıblar.
Qaraqaş (Qars)
Qaraqaş — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 237 nəfərdir (2022).
Qaraqaş Məhəmməd Paşa
Qaraqaş Məhəmməd Paşa (v. 14 sentyabr 1621, Xotin) — Osmanlı sultanı II Osman dövründə Budin bəylərbəyi vəzifəsini icra edən vəzir idi. 1612-ci ilin dekabr ayından - 1613-cü ilin oktyabr ayına kimi Bosniya qubernatoru olmuşdur. 1615-ci ildə I Əhmədin qızı Ayşə Sultanla evlənərək saraya kürəkən və Budin bəylərbəyi oldu. 1621-ci ildə Osmanlı-Polşa müharibəsində iştirak etdi və Xotın mühasirəsində öldü.
Qaraqaş Əli Paşa
Qaraqaş Əli Paşa (ö. yanvar 1670) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra baş çavuş olaraq xidmət etməyə başladı. Ardından 1667-ci ilin oktyabrında Rumeli bəylərbəyi payəsi (namizəd) alaraq Sivas sancaqbəyi, 1668-ci ilin noyabrında isə vəzir rütbəsilə Misir bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən 1670-ci ilin yanvarında Misirdə vəfat etdi. Sicill-i Osmani I, səh.
Solğun qaraqaş tinamu
Solğun qaraqaş tinamu (lat. Crypturellus transfasciatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Kür Qaraqaşlı
Kür Qaraqaşlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kür çayının sahilində, Salyan düzündədir. Yaşayış məntəqəsi keçmişdə Şirvanda yaşamış qaraqaşlı tayfasına mənsub ailələrin Kür çayı sahilində məskunlıaşması nəticəsində yaranmışdır. Oykonim Kür hidronimindən və Qaraqaşlı kənd adından ibarət olub, "Kür çayı sahilindəki Qaraqaşlı kəndi" mənasındadır. == Əhalisi == === Şəxsiyyətləri === Ağaxan Ağabəyli — alim Əliağa Kürçaylı — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Qaraqaşlar
Qaraqaşlar - noqay etnik qrupuna aiddir. Tatarıstanda (bu ölkədə Qaraqaş adlı çoxlu kənd vardır) Astarxanin Krasnoyar və Xarabalı rayonunun Seitovka, Ak Saray, Kayanlı, Lançak, Xojetay, Belyaçnoe, Yasın-Sokan, Canay, Padşalık, Aral kəndlərində və Astarxanin Kırkile, Svobodnıy qəsəbələrində, İske Kundray, Yana Kundrayda yaşayırlar. Арсланов Л. Ш. Язык карагашей — ногайцев Астраханской области. Набережные Челны, 1992. Викторин В. М. К этнической истории карагашей // Поволжский край. Межвузовский научный сборник. Вопросы социально-экономического развития и общественного движения в крае. Саратов, 1983. Вып. 8.
Qaraqaşlı
Yaşayış məntəqələri Azərbaycanda Qaraqaşlı (Ağdam) —Ağdam rayonunda kənd. Qaraqaşlı (Ağsu) — Ağsu rayonunda kənd. Qaraqaşlı (Xaçmaz) — Xaçmaz rayonunda kənd. Qaraqaşlı (İmişli) — İmişli rayonunda kənd. Qaraqaşlı (Neftçala) — Neftçala rayonunda kənd. Qaraqaşlı (Sabirabad) — Sabirabad rayonunda kənd. Oxşar toponimlər Çayqaraqaşlı — Şabran rayonunda kənd. Hacıqaraqaşlı — Şabran rayonunda kənd. Xol Qaraqaşlı — Neftçala rayonunda kənd.
Qaraqaşlı (Ağdam)
Qaraqaşlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Qaraqaşlı kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kəngərli kəndi mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Qaraqaşlı (Ağsu)
Qaraqaşlı — Azərbaycan Respublikasının Ağsu rayonunun Pirhəsənli kənd inzibati ərazi dairəsində kənd.
Qaraqaşlı (Neftçala)
Qaraqaşlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Qaraqaşlı (Sabirabad)
Qaraqaşlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Pənah Hüseynov — Azərbaycan Respublikasının Baş Naziri (aprel 1993 – iyun 1993-cü il), Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı (2005-2010). Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Qaraqaşlı (Xaçmaz)
Qaraqaşlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qaraqaşlı (İmişli)
Qaraqaşlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 3643 nəfərdir ki, onun da 1781 nəfəri kişi, 1862 nəfəri isə qadındır.
Qaraqaşlı bələdiyyəsi
Qaraqaşlı bələdiyyəsi (Ağsu) - Azərbaycanın Ağsu rayonunda bələdiyyə. Qaraqaşlı bələdiyyəsi (Neftçala) - Azərbaycanın Neftçala rayonunda bələdiyyə. Qaraqaşlı bələdiyyəsi (İmişli) - Azərbaycanın İmişli rayonunda bələdiyyə.
Qaraqaşlı bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraqaşlı bələdiyyəsi (Neftçala)
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraqaşlı bələdiyyəsi (İmişli)
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraqaşlı xalçaları
Qaraqaşlı xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Qaraqaşlı yemişan
Qaraqaşlı yemişan (lat. Crataegus atrofusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Qafqazda təbii halda yayılmışdır. Hündürlüyü 3-5 m-ə qədər olan koldur. Gövdə qabığı qəhvəyi və ya bozdur. Çətiri kürəvi və ya yumurtavari, tikanlıdır. Yarpaqları növbəli, adətən dilimlidir. Çiçəkləri mürəkkəb qalxanvarı çiçək qrupuna toplanmaqla budaqların ucunda yerləşmişdir. Kasayarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-2-5 meyvə yarpaqcığından əmələ gəlmişdir.
Qaraqaşlılar
Qaraqaşlılar — Qədim türk tayfası. Qaraqşlılar qıpçaq əsilli tayfa hesab olunur. Azərbaycanda, Cənubi Sibirdə yaşayırlar. A. İ. Şifnerə və M.A. Kastrenə görə Sibir qaraqaşlıları qaş, sarıq qaş, toqdı, qara toqdı, mentey və başqa qollara ayrılırlar. Azərbaycan qaraqaşlılarının şorbaçı adlı qolu vardı.
Qəhrəman Qaraqaşlı
Qəhrəman Tağı oğlu Qaraqaşlı (1 may 1899, Yelizavetpol - ?) — ilk sovet etnoqrafı, tarix elmləri namizədi (1964). Qəhrəman Qaraqaşlı 1 may 1899-cu ildə Yelizavetpol (Gəncə) şəhərində anadan olmuşdur. 1918-ci ildə şəhər gimnaziyasını bitirdikdən sonra, müəllimlik etmiş, 1922-1926-cı illərdə "Yeni yol" qəzetinin məsul katibi işləmişdir. 1927-ci ildə gənc alim Qəhrəman Qaraqaşlı Qərbi Azərbaycanda ayrımların kimliyini araşdırırdı. Ona bir ekspedisiya vermişdilər. Sonra bu mövzuda məruzə etdi. Məruzənin başlıca nəticəsi açıqlandı. Bütün komponentlər və göstəricilər sübut edirdi ki, ayrımlar türkdürlər. Amma bu ekspedisiyaya pul qoyan, Azərbaycanı öyrənən cəmiyyətin idarə heyəti bu məruzədən qəti şəkildə narazı qaldı. Çünki, onlar Moskvanın xətti ilə davranmalıydılar.
Xol Qaraqaşlı
Xol Qaraqaşlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Salyan düzündə yerləşir. Oykonim "çay qolu sahilində yerləşən Qaraqaşlı kəndi" mənasındadır. Oykonimin ikinci komponenti türk-monqol tayfalarından hesab olunan qaraqaşlıların adını əks etdirir. Kənddə "Zeynəl-Abidin" məscidi dini icmaları fəaliyyət göstərir.

Digər lüğətlərdə