Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaraboğaz
Qaraboğaz — Türkmənistanın Balkan vilayətinin Xəzər dənizi sahilində yerləşən şəhəri.
Qaraboğaz (Qoşaçay)
Qaraboğaz (fars. قره بوغاز‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Qaraboğaz düzənliyi
Qaraboğaz düzənliyi — Abşeron yarımadasının şimal-qərbində yerləşən dağ ətəyi düzənlik. Sumqayıt şəhərindən 6–7 km şimalda yerləşir. Abrazion-akkumlyativ dördüncü dövrə aid suxurlar yayılmışdır. Düzənlikdə əsasən Sumqayıt şəhərinin sənaye müəssisələri yerləşir. Ekoloji baxımdan olduqca çirklənmişdir. Sumqayıtçayla Tuğ çayının arasında yerləşir. == İqlimi == Yayı quraq, qışı mülayim isti keçən yarımsəhra və quru çöl iqliminə sahibdir. Yay ayları yüksək temperatur, zəif rütubətlilik xarakterikdir. İl ərzində 200–300 mm yağıntı düşür. İlin quraq dövründə (aprel-sentyabr) cəmi 100 mm, rütubətli dövründə isə 150–200 mm yağıntı olur.