Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarabaqqal
Qarabaqqal — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qarabaqqal Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Göyçayın sahilində Şirvan düzündədir. Oykonim orada yaşamış qarabaqqal nəslinin adını əks etdirir. Yerli məlumata görə, kəndin əhalisi Qarabağ xanlığından köçüb gəlmişdir. Başçıları guya baqqallıqla məşğul olmuş Qara adlı şəxs olduğu üçün nəsil belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2623 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzünün şimal-cənub hissəsində yerləşir. Kəndin yaxınlığından Yuxarı Şirvan kanalı keçir. Yayı isti olur, orta temperatur iyul-avqust aylarında 40-43 dərəcəyə yüksəlir.
Qarasaqqal
Qarasaqqal (Kürdəmir)
Qaraqala
Kəndlər Qaraqala (Loru) — Tiflis quberniyasının Loru - Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Qaraqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qaraqala (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Qaraqala (Sərdarabad) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd. Qaraqala (Qars) Digər Qaraqala yaşayış yeri — Qaraqala nekropolu — Qaraqala — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaraqala — İrəvan quberniyasının Aleksandropol qəzasında dağ.
Qaraqaya
Kəndlər Azərbaycanda Qaraqaya (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qaraqaya (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Qaraqaya — Babək rayonunun Alagözməzrə inzibati ərazi vahidində kənd. Ermənistanda Qaraqaya (Qaraqoyunlu) — Ermənistanın Tavuş marzında Qaraqoyunlu mahalına aid kənd. Qaraqaya (Dərələyəz) — Dərələyəz mahalında kənd. İranda ‎Qaraqaya (İcrud) Qaraqaya (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Takab) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Sina dehistanı) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Dizmar-i Mərkəzi dehistanı) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Qaraqaya (Germi) Dağlar Qaraqaya — Axta rayonunda dağ.
Aşağı Qarasaqqal
Aşağı Qarasaqqal — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Əhalisi == Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qarabaqqal bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarasaqqal (Həştrud)
Qarasaqqal (fars. قره سقال‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 297 nəfər yaşayır (75 ailə).
Qarasaqqal (Kürdəmir)
Qarasaqqal — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə yaradılmışdır. == Toponimikası == Qədim adı Qarasaqqallı idi. Kürdəmir rayonunun eyniadlı i.ə.v.-də kənd. Nazir çayının (Girdimançayın qolu) sağ sahilində, Şirvan düzündə yerləşir. Kəndin adı onu bina edən qarasaqqal nəslinin adı ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1761 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarasaqqal (Laçın)
Qarasaqqal — Azərbaycan Respublikasının Laçın rayonu Kürdhacı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun Kürdhaci kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qarasaqqal kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == == Tarixi == == Əhalisi == Əhalisi azərbaycanlılardan ibarətdir. == İqtisadiyyatı == Heyvandarlığın, əkinçiliyin inkişafi üçün bol suyu, münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olmuşdur. Heyvandarlıq çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və başqa dənli bitkilər, eləcə də çoxillik yem bitkiləri becərilir. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilir.
Qarasaqqal (Qoşaçay)
Qarasaqqal (fars. قره سقال‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 737 nəfər yaşayır (152 ailə).
Qarasaqqal (Üşnəviyyə)
Qarasaqqal (fars. قره سقل‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 204 nəfər yaşayır (29 ailə).
Qarasaqqal bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarasaqqal sövməəsi
Qarasaqqal sovməəsi — Laçın rayonunun Kürdhacı kənd inzibati ərazi dairəsində yerləşən Yuxarı Qarasaqqal kəndinin mərkəzində və XVII əsrdə tikildiyi güman edilən məbəd. Məbəd sovmə tipli alban məbədləri sırasına daxildir. Məbəd binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. Məbəd hal-hazırda erməni silahlı birləşmələrinin işğalı altındadır.
Yuxarı Qarasaqqal
Yuxarı Qarasaqqal — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == İqtisadiyyatı == Heyvandarlığın, əkinçiliyin inkişafi üçün bol suyu, münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olmuşdur. Heyvandarlıq çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və başqa dənli bitkilər, eləcə də çoxillik yem bitkiləri becərilir. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilir. Bunlardan əlavə toxuculuq çox yaxşı inkişaf etmişdir. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə uyğun xalcalar toxunurdu.
Qaraqaya (Dərələyəz)
Qaraqaya - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-şərqdə, Erdəpin kəndinin yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində rəng mənasında işlənən qara sözü ilə «dağ» mənasında işlənən qaya sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 141 nəfər, 1886-cı ildə 214 nəfər, 1897-ci ildə 259 nəfər, 1904 - cü ildə 177 nəfər, 1914 - cü ildə 194 nəfər, 1916-cı ildə 303 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 193 nəfər, 1926-cı ildə 97 nəfər, 1931-ci ildə 140 nəfər, 1987-ci ildə 400 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Qaraqaya (Karvansaray)
Qaraqaya (1991-ci ildən Dzoravank) — Qаrаqоyunlu mahalında kənd. == Haqqında == Qaraqaya (1991-ci ildən Dzoravank) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçayın sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1907-ci ildə 228, 1914-cü ildə 265, 1931-ci ildə 205 nəf-ər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar. == Tarixi == Qaraqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Qaraqaya (Kəleybər)
Qaraqaya (fars. قره قيه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 649 nəfər yaşayır (137 ailə).
Qaraqaya (Meşkinşəhr)
Qaraqaya (fars. قره قيه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,713 nəfər yaşayır (410 ailə).
Qaraqaya (Miyanə)
Qaraqaya (fars. قره قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 100 nəfər yaşayır (24 ailə).
Qaraqaya (Qaraqoyunlu)
Qaraqaya (1991-ci ildən Dzoravank) — Qаrаqоyunlu mahalında kənd. == Haqqında == Qaraqaya (1991-ci ildən Dzoravank) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçayın sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1907-ci ildə 228, 1914-cü ildə 265, 1931-ci ildə 205 nəf-ər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar. == Tarixi == Qaraqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Qaraqaya (Sayınqala)
Qaraqaya (fars. قره قيه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (93 ailə).
Qaraqaya (Sərab)
Qaraqaya (fars. قره قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (66 ailə).
Qaraqaya (Takab)
Qaraqaya (fars. قره قيه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 494 nəfər yaşayır (83 ailə).
Qaraqaya (Yardımlı)
Qaraqaya — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Qaraqaya kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qaraqaya (İcrud)
Qaraqaya (fars. قراقيه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 104 nəfər yaşayır (23 ailə).
Qarabağda minalar
Qarabağ və ətraf ərazilər ən çox minalanmaya məruz qalmış regionlardan biri hesab olunur. Minalar 1990-cı illərin əvvəllərindən bəri Birinci Dağlıq Qarabağ müharibəsi zamanı və ondan sonra həm Azərbaycan, həm də Ermənistan qüvvələri tərəfindən yerləşdirilmişdir. Ən çox minalanmaya məruz qalmış ərazilər Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti boyunca, xüsusilə Ağdam, Füzuli və Cəbrayıl rayonları olmuşdur. Həm Azərbaycandan, həm də Ermənistandan olan hərbi ekspertlərin fikrincə, həmin ərazilərdə yer demək olar ki “mina xalçaları” ilə örtülmüşdür. Bölgə minalar və partlamamış hərbi sursatlar səbəbindən dünyada adambaşına düşən ən yüksək qəza nisbətinə malikdir. == İstehsal, anbar və istifadə == Qondarma Dağlıq Qarabağ Respublikası rəsmi açıqlama verərək heç vaxt mina istehsal və ixrac etmədiyini, 1995-ci ildən bəri yeni minalar almadığını bildirmişdir. Onlar iddia edirlər ki, mina anbarları keçmiş Sovet İttifaqından qalan minalardan ibarətdir ( PMN, PMN-2, POMZ-2, OZM-72, TM-57 və TM-62 ). 2013-cü ildə Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusunun hərbi qüvvələri Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca, daha çox mübahisəli ərazinin şərqində və şimalında piyada əleyhinə minalar yerləşdirdiklərini bildiriblər. == Qurbanlar == Dağlıq Qarabağda minalarda həlak olan və ya yaralanaraq zərər çəkənlərin dəqiq sayını demək mümkün deyil, çünki Birinci Qarabağ Müharibəsində, eləcə də ondan sonrakı dövrdən 2000-ci ilə qədər baş vermiş partlama hadisələri ilə bağlı tam məlumat yoxdur. Qondarma Dağlıq Qarabağ Səhiyyə Nazirliyinin məlumatına görə, 1993-cü ilin iyunundan 1999-cu ilin mayına qədər minalar da daxil olmaqla, partlayış qurbanlarının sayı 687 (180 ölü və 507 yaralı) olmuşdur.
Qarabağa gəzinti
Qarabağa gəzinti — Aka Morçiladzenin romanı. 2005-ci ildə film rejissoru Levan Tutberidze bu roman əsasında film çəkib.