Qarabaqqal

QarabaqqalAzərbaycan Respublikasının Göyçay rayonunun Qarabaqqal kənd inzibati ərazi dairəsində kənd.[1]

Qarabaqqal
40°37′44″ şm. e. 47°46′40″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 97 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qarabaqqal xəritədə
Qarabaqqal
Qarabaqqal

Göyçayın sahilində Şirvan düzündədir. Oykonim orada yaşamış qarabaqqal nəslinin adını əks etdirir. Yerli məlumata görə, kəndin əhalisi az bir hissəsi Qarabağ xanlığından köçüb gəlmişdir. Bir hissəsi Qəbələ sultanlığından əsas kənd Əhalisi qədimdə Monqolların tərkibində gəlmiş Qaraman tayfasındandırlar.Başçıları guya baqqallıqla məşğul olmuş Qara adlı şəxs olduğu üçün nəsil belə adlanmışdır.[2]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2623 nəfər əhali yaşayır.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Şirvan düzünün şimal-cənub hissəsində yerləşir. Kəndin yaxınlığından Yuxarı Şirvan kanalı keçir. Yayı isti olur, orta temperatur iyul-avqust aylarında 40-43 dərəcəyə yüksəlir. Qışı mülayim keçir. Kəndin əkinə yararlı torpaqları qismən şoranlaşmaya məruz qalmışdır. Kəndin yaxınlığında faydalı qazıntılardan gil mövcuddur. Bakı-Şamaxı-Yevlax avtomobil yolu kəndin ərazisindən keçir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur. Kənd əhalisinin əsas məşğuliyyəti bağçılıq (nar), taxılçılıq, tərəvəzçilikdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629