Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarasavad (zərgərlik)
Qarasavad — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda gümüşdən hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri çox zaman bu üsulla bəzədilirdi. Qarasavad əsas etibarı ilə gümüş üzərində işlənirdi, çünki gümüş qara yerlikdə (tonda) daha təmiz və ağ xətlər verir. Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhsulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, xəncər, tapança, barut qabı və s.) bəzədilirdi.
Aliyə Qarayeva
Aliyə Nurqayan qızı Qarayeva (tatar. Aliä Nurgayan qızı Gäräyeva)— 1 yanvar 1988-ci ildə Rusiya SFSR-nın Yekaterinburq şəhərində anadan olmuşdur. Tatar əsilli Azərbaycanlı bədii gimnastdır. Dünya Çempionatının 1 qat gümüş və 7 qat bürünc medalçısıdır. 2007-ci ilin Avropa Çempionudur. Azərbaycanı 2008 və 2012-ci ildə Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Aliyə Qarayeva 1 yanvar 1988-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Yekaterinburq şəhərində Tatar ailəsində anadan olmuşdur. == Karyerası == Aliyə Qarayeva ilk uğurunu 2007-ci ildə qazandı. Aliyə xanım Qran-Pri yarışında 2 bürünc medal qazandı. Həmin il həmçinin Bakıda Avropa Çempionatında iştirak etdi.
Minirə Qarayeva
Qarayeva Minirə Gülməmməd qızı — Professor, Azərbaycan "Xoş Niyyət" Xeyriyyə İctimai Birliyinin təsisçisi və prezidenti və Azərbaycan Qadınlar Cəmiyyətinin xarici əlaqələr üzrə sədr müavini, Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidentidir. 23 yanvar 2022-ci il tarixində Bakıda ürək çatışmazlığından vəfat etmişdir. == Həyatı == Minirə Qarayeva 1937-ci ildə Qutqaşın rayonunun (indiki Qəbələ rayonu) Qutqaşın şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1959-cu ildə həmin institutu "Fərqlənmə diplomu" ilə bitirmişdir. Tələbə yoldaşları arasında tək o "Dövlət imtahan komissiyası"nın və eləcə də onun sədri o zamankı ali təhsil naziri M. Mehdizadənin qərarı ilə ali məktəbdə ingilis dili müəllimi hüququna layiq görülmüşdür. Minirə Qarayeva 1994-cü ilə qədər Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dilinin fonetikası kafedrasının müdiri. == Fəaliyyəti == Uzun illər məzunu olduğu təhsil ocağında ingilis dilinin fonetikası kafedrasının müdiri işləmişdir. Keçmiş SSRİ dövründə SSRİ Ali Təhsil Nazirliyinin elm adamları üçün təşkil etdiyi uzun müddətli xarici ezamiyyətlərə dəvət olunmuşdur. 1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ildə isə ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olmuş, dərs demişdir. Ümumilikdə dünyanın altmışa yaxın ölkə və şəhərindəki elm ocaqlarında olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanmış, bu sahədə məruzələr etmişdir.
Ninel Qarayeva
Ninel İsrafil qızı Qarayeva (25 may 1932, Bakı – 4 aprel 2017, Bakı) — Biologiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Ninel Qarayeva 25 may 1932-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olub. 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Leninqrad) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Alimin elmi fəaliyyəti bütün dövrlərində yüksək qiymətləndirilib, müxtəlif illərdə Milli Elmlər Akademiyası və başqa təşkilatlar tərəfindən Fəxri fərman və diplomlarla təltif olunub. O, “Tərəqqi” medalı, “Əmək veteranı” medalı və “Sosialist yarışı əlaçısı” nişanına layiq görülüb. Ninel Qarayeva 4 aprel 2017-ci ildə 84 yaşında Bakı şəhərində dünyasını dəyişib. == Təltif və mükafatları == “Əməkdə fərqlənmə” medalı “Sosialist yarışı əlaçısı” nişanı “Tərəqqi” medalı == Elmi əsərləri == 1. Ross R., Cox E.J., Karayeva N.I. a. oth.
Ruhangiz Qarayeva
Qarasəid (İcrud)
Qarasəid (fars. قره سعيد‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 954 nəfər yaşayır (191 ailə).