Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaratərə
Pəncər (lat. Amaranthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Yunan dilində tərcüməsi "solmayan gül" deməkdir. Dekorativ gülçülükdə 4 növündən istifadə olunur. Onlardan biri dekorativ yarpaqlı bitkilərə, qalanları isə dekorativ-gül bitkilərinə aiddir. Azərbaycanda 9 növü yayılmışdır ki, onlardan 2 növü (Amaranthus cruentus və Amaranthus hypochondriacus) gülçülükdə istifadə olunur. Pəncərin toxumları may ayında torpağa əkilir. Enli, şaxələnmiş bitki yetişdirmək üçün pəncərin köklərini torpaqda bıçaqla əyri kəsmək lazımdır. Pəncər kolunun gözəl olması üçün iyun ayında bitkinin təpə tumurcuğu qopardılır. Dərilmiş pəncər otaq şəraitində güldanda yaxşı görünür.
Geriqatlanan qaratərə
Geriqatlanan pəncər (lat. Amaranthus retroflexus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Amaranthus bulgaricus Kov. Amaranthus bullatus Besser ex Spreng. Amaranthus curvifolius Spreng. Amaranthus delilei Richt. & Loret Amaranthus johnstonii Kov. Amaranthus recurvatus Desf. Amaranthus retroflexus var. delilei (Richt.
Göyümtül qaratərə
Quyruqlu qaratərə
Qırmızıbaldır qaratərə
Süpürgəvarı qaratərə
Üçrəng qaratərə
Üçrəng pəncər (lat. Amaranthus tricolor) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Amaranthus amboinicus Buch.-Ham. ex Wall. Amaranthus bicolor Nocca ex Willd. Amaranthus cuspidatus Vis. Amaranthus dubius Mart. [Invalid] Amaranthus flexuosus Moq. Amaranthus gangeticus L. Amaranthus gangeticus var. angustior L.H.Bailey Amaranthus gangeticus var.
Qaradərə
Qaradərə (Zəngilan) — Zəngilan rayonunun Ördəkli inzibati ərazi vahidində kənd. Qaradərə (Culfa) — İranın Culfa şəhristanı ərazisinə daxil olan kənd. Qaradərəçay — Naxçıvan Muxtar Respublikasının Culfa və Ordubad rayonları ərazisindən axan çay.
Qaratəpə
== Yaşayış məntəqələri == Azərbaycanda Qaratəpə (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qaratəpə (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Gürcüstanda Qaratəpə (Qarayazı) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Qarayazı bələdiyyəsinin inzibati mərkəzi. İranda Qara Təpə (Xoy) — Qara Təpə (Maku) — Qaratəpə (Çaypara) — Qaratəpə (Mərənd) — Qaratəpə (Miyanə) Qaratəpə (Şəbüstər) Qaratəpə (Təbriz) Qaratəpə (Nir) Qaratəpə (Nəmin) Qaratəpə (Əbhər) == Bələdiyyələr == Qaratəpə bələdiyyəsi (Bərdə) — Azərbaycanın Bərdə rayonunda bələdiyyə. Qaratəpə bələdiyyəsi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda bələdiyyə. == Yaşayış yerləri == Qaratəpə yaşayış yeri Qaratəpə yaşayış yeri (Ağcabədi) — Qaratəpə yaşayış yeri (Beyləqan) — Qaratəpə yaşayış yeri (Kürdəmir) — Qaratəpə (Osmaniyyə) ― Türkiyənin cənubundakı Osmaniyyə ilində keçmiş Hett qalası və açıq hava muzeyi.
Qaradərə (Culfa)
Qaradərə (fars. قره درق‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 14 nəfər yaşayır (4 ailə).
Qaradərə (Zəngilan)
Qaradərə — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahli Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Tarixi == Qaradərə kəndi dağətəyi ərazidədir. Vaxtilə baharlı tayfasına məxsus ailələrin qışlaq yeri olmuşdur. Yaşayış məntəqəsi salındığı dərənin adı ilə adlandırılmışdır. Oronim isə “böyük dərə” mənasındadır. Kəndin adı "Dədə Qorqud" dastanında çəkilir. Əhalisi türklərdir, baharlı boyundandırlar. Çarizmə və Sovet hökumətinə qarşı öz qaçaq dəstəsilə vuruşan qaçaq Fərzalı bu kənddən çıxmışdır. Qarabağ uğrunda döyüşlərdə kəndin igidləri Filman və Azər qəhrəmancasına həlak olublar.
Qaradərə (İcrud)
Qaradərə (fars. قره درق‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 120 nəfər yaşayır (34 ailə).
Qaratəpə (Borçalı)
Qardabani, Qaratəpə, Qarayazı — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Qardabani bələdiyyəsinin inzibati mərkəzi. Paytaxt Tbilisidən 33 km məsafədə yerləşir. == Tarixi == Tarixən Qaratəpə həmişə Tbilisinin darvazası rolunu oynayıb, Tbilisiyə hücum edən bütün ordular buradan keçib. 1921-ci ildə Gürcüstana daxil olan Qızıl ordu ilə Gürcüstan ordusu arasında Qaratəpə yaxınlığında Tbilisi uğrunda döyüş baş verib. Şəhərin tarixi adı Qaratəpə olub, 1947-ci ildə Gürcüstan SSR hakimiyyəti şəhərin adını gürcüləşdirmək məqsədilə onu dəyişdirərək Qardabani edib. Bəhanə kimi şəhərin yaxınlığında orta əsrlərə aid gürcülərin tikdiyi Qardabani qəsrinin olması göstərildi. 1969-cu ildə Qarayazı şəhər statusu aldı. 1981-ci ildə Qaratəpəyə Jdanovka kəndi birləşdirildi. Şəhərdə dəmiryolu stansiyası yerləşir. == İqtisadiyyatı == Şəhərdə yerləşən və 1978-ci ildə tikilən Tbilisi DRES-i Tbilisi şəhərini istiliklə təmin edir.
Qaratəpə (Bərdə)
Qaratəpə — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Qaratəpə (Miyanə)
Qaratəpə (fars. قره تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (35 ailə).
Qaratəpə (Mərənd)
Qaratəpə (fars. قره تپه‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (42 ailə).
Qaratəpə (Nir)
Qaratəpə (fars. قره تپه‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (26 ailə).
Qaratəpə (Nəmin)
Qaratəpə (fars. قره تپه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 667 nəfər yaşayır (138 ailə).
Qaratəpə (Osmaniyyə)
Qaratəpə (türk. Karatəpə; het Azatiwataya) ― Türkiyənin cənubundakı Osmaniyyə ilində keçmiş Hett qalası və açıq hava muzeyi. Obyekt Ceyhan çayının sağ sahilindəki Tavr dağlarında yerləşir. Ərazi Qaratəpə-Aslandaş Milli Parkı daxilindədir. == Tarix == Bura Şərqi Anadoludan şimali Suriya düzənliyinə qədərki keçidi idarə edən qədim Kilikiya şəhəri idi. Şəhər ramızdan əvvəl 12-ci əsrin sonlarında Hett imperiyasının süqutundan sonra mühüm Neo-Hett mərkəzi olmuşdur. Ərazidə aşkarlanan tapıtılar arasında nəhəng tarixi lövhələr, heykəllər, ovçuluq və döyüş səhnələri təsvir olunmuş relyefi olan iki abidə qapısı və avarlı qayıq var. == Qaratəpə yazısı == Finikiya və Luvi dilində yazılmış e.ə. səkkizinci əsrə aid iki dilli kitabədə Adana krallarının Luvi dilində mu-ka-sa- (tez-tez "Moxos" olaraq göstərilmişdir), finikiya dilində isə mpš - Mopsos olaraq qeyd edilmiş "Mopsos evi"ndəki fəaliyyətləri əks olunmuşdur. Kitabə əvvəlcə finikiya dilində yazılmış, daha sonra isə luvi hiyeroqlifinə tərcümə edilmişdir.
Qaratəpə (Qarayazı)
Qardabani, Qaratəpə, Qarayazı — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Qardabani bələdiyyəsinin inzibati mərkəzi. Paytaxt Tbilisidən 33 km məsafədə yerləşir. == Tarixi == Tarixən Qaratəpə həmişə Tbilisinin darvazası rolunu oynayıb, Tbilisiyə hücum edən bütün ordular buradan keçib. 1921-ci ildə Gürcüstana daxil olan Qızıl ordu ilə Gürcüstan ordusu arasında Qaratəpə yaxınlığında Tbilisi uğrunda döyüş baş verib. Şəhərin tarixi adı Qaratəpə olub, 1947-ci ildə Gürcüstan SSR hakimiyyəti şəhərin adını gürcüləşdirmək məqsədilə onu dəyişdirərək Qardabani edib. Bəhanə kimi şəhərin yaxınlığında orta əsrlərə aid gürcülərin tikdiyi Qardabani qəsrinin olması göstərildi. 1969-cu ildə Qarayazı şəhər statusu aldı. 1981-ci ildə Qaratəpəyə Jdanovka kəndi birləşdirildi. Şəhərdə dəmiryolu stansiyası yerləşir. == İqtisadiyyatı == Şəhərdə yerləşən və 1978-ci ildə tikilən Tbilisi DRES-i Tbilisi şəhərini istiliklə təmin edir.
Qaratəpə (Qoşaçay)
Qaratəpə (fars. قره تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 864 nəfər yaşayır (202 ailə).
Qaratəpə (Sabirabad)
Qaratəpə (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Pokrovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pokrovka kəndi Qaratəpə kəndi, Pokrovka kənd inzibati-ərazi vahidi Qaratəpə kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == Kəndin əsası XIX əsrin 30-40-cı illərində bura köçürülmüş rus kolonistlər tərəfindən qoyulub. Həmin dövrdə Volqaboyu, Stavropol və Rostov ərazilərindən minlərlə rus kəndlisi Azərbaycanın Muğan düzünə məskunlaşdırılmışdı. == Əhalisi == === Şəhidləri === == Mədəniyyəti == Qaratəpə kənd ərazisində 2 məktəb,1 kiçik tipli tibbi mərkəz, 1 Suvarma sistemleri idarəsi yerləşir.
Qaratəpə (Sayınqala)
Qaratəpə (fars. قره تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 531 nəfər yaşayır (137 ailə).
Qaratəpə (Təbriz)
Qaratəpə (fars. قره تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 436 nəfər yaşayır (120 ailə).
Qaratəpə (Çaypara)
Qaratəpə (fars. قره تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 94 nəfər yaşayır (19 ailə).
Qalatəpə
Qalatəpə şəhər məskəni — Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında, Qarqarçayla qədim Gavurarxın kəsişdiyi strateji əhəmiyyətli təbii yüksəkliyin üzərində yerləşir və 26 hektara yaxın sahəni əhatə edir. Bu ərazi antik və erkən orta əsrlərdə Qafqaz Albaniyasının Uti (Vtiya) vilayətinə daxil idi. İki eranın qovşağında yaşamış yunan coğrafiyaşünası Strabon həmin vilayətdəki iki şəhər haqqında məlumat verir: Ayniana (yaxud Enian) və Anariaka. “Coğrafiya” əsərində Strabon yazır: “...aynianlar Vtiyada ətrafı hasarlı şəhər salmışlar, o şəhərin adı Aynianadır, deyirlər burada yunan silahı, mis qablar və qəbirlər göstərirlər; burada Anariaka şəhəri də vardır, o şəhərdə, deyirlər, yatanların qeybdən xəbər verən məbədini göstərirlər” (Strabon, XI, 7,). Bu sözlərdən sonra Strabon Selevki sərkərdəsi Patrokola istinad edir. Məlumdur ki, Xəzər dənizinin tədqiqi üzrə ilk ekspedisiya e.ə. 283-282 -ci illərdə məhz onun rəhbərliyi altında təşkil olunmuşdur. Buradan isə belə qənaətə gəlmək olar ki, Ayniana – Enian ən azı hələ e.ə. III əsrin başlanğıcında bir şəhər kimi mövcud idi. Enian haqqında bəhs edən tədqiqatşı R.S.Məlikov bu şəhərin xan və ya xanxani adlı alban tayfaları tərəfindən inşa olunması ehtimalını irəli sürür(11, s.124-125).
Qaraşirə
Qarıtəpə
Qarıtəpə (əvvəlki adı: Paravatumb) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qağartsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Paravatumb kəndi Qarıtəpə kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarıtəpə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Paravatumb kəndi XIX əsrin ortalarında Zəngəzurdan gəlmə erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Tam adı Qişi Paravatumb olmuşdur. Arsakda xristian albanların Kiş məbədi xarabalıqlarının olduğu təpə (tumb) ermənilərin verdiyi addır. Erməni dilində parava "əski", "qədim" və tump sözlərindən ibarətdir. Erməni dilinə daxil olmuş bu söz qədim türk mənşəlidir.
Qarameşə
Qarameşə — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 44 təsərrüfatda hər iki cinsdən toplam 91 nəfər əhali yaşayır. Əhali milliyətcə İngiloylardır. == Toponimikası == Qarameşə oyk, sadə. Qax r-nunun Qaxin- giloy i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qaxingiloy kəndindən çıxmış bir qrup ailənin Qarameşə adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Bu oykonim “sıx, gün az düşən meşə” mənasını bildirir.
Qarayeri
Qarayeri — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. == Əhalisi == Əhalisi 5910 nəfərdir. Əsas etnik qrup azərbaycanlılardır. === Tanınmış şəxsləri === Valeh Ələsgərov (19 oktyabr 1946, Qarayeri, Samux rayonu) — 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini.