Qaradərə — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd.[1]
Qaradərə | |
---|---|
39°01′44″ şm. e. 46°39′25″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahli Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Qaradərə kəndi dağətəyi ərazidədir. Vaxtilə baharlı tayfasına məxsus ailələrin qışlaq yeri olmuşdur. Yaşayış məntəqəsi salındığı dərənin adı ilə adlandırılmışdır. Oronim isə “böyük dərə” mənasındadır.[2]
Kəndin adı "Dədə Qorqud" dastanında çəkilir. Əhalisi türklərdir, baharlı boyundandırlar. Çarizmə və Sovet hökumətinə qarşı öz qaçaq dəstəsilə vuruşan qaçaq Fərzalı bu kənddən çıxmışdır. Qarabağ uğrunda döyüşlərdə kəndin igidləri Filman və Azər qəhrəmancasına həlak olublar.
Kənddə orta məktəb, kitabxana, bağça və mağaza var idi.
Kəndin qarşısından məşhur çinar meşəsindən başlayan Bəsit çayı axır. Baharlı, Qaragöz, Ördəkli və Çöpədərə kəndlərinin əhatəsindədir.
300 nəfər və 45 ailədən ibarətdir.
Zəngilan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |