Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarayusifli
Qarayusifli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndi adı Qaraqoyunlu hökmdarı Qara Yusifin adı ilə bağlıdır. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1863 ildə aparılmış siyahıya alınmasına əsasən Qarayusifli kəndi Yelizavetpol quberniyasının, Cavanşir qəzasının, 1873-cü il siyahıya alınmasına görə, Gəncə qəzasının kəndi kimi qeydə alınmışdır. Qarayusifli kəndi 1863-cü ildə 8 tüstüdən ibarət olmuşdur. Əhalisinin ümumi sayı 55 nəfərdən ibarət Qarayusiflidə 34 kişi, 21 qadın yaşamışdır. 1873-cü ildə aparılmış siyahıya alınmaya əsasən 12 tüstüdən ibarət Qarayusiflinin əhalisinin ümumi sayı 78 nəfər olmuşdur. Həmin ildə aparılmış siyahıya alınmaya istinadən Qarayusiflinin 43 kişi, 35 qadın sakini olmuşdur.XIX əsrin ortalarında Qarayusifli kəndinin yüzbaşısı Kərbəlayi Alməmməd Əhməd oğlu (1833-...) idi. Onun Gülməmməd (1825-...), Şahməmməd (1843-...) adlı qardaşları olmuşdur.Qarayusifli Azərbaycan Respublikasının Bərdə rayonunun Alpout inzibati ərazi vahidində kənddir. Qarabağ düzündədir. === İkinci Qarabağ müharibəsi zamanı === 27 oktyabr 2020-ci il tarixdə erməni silahlı qüvvələri tərəfindən saat 16:00 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən "Smerç" raketindən atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 14 nəfər isə xəsarət alıb.
Qarayusifli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağayusif Əliyev
Ağayusif Mübariz oğlu Əliyev (1 sentyabr 1992, Bağban, Ucar rayonu – 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Ağayusif Əliyev 1 sentyabr 1992-ci ildə Ucar rayonunun Bağban kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Ağayusif Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli və Hadrutun azad edilməsində vuruşmuşdur. Ağayusif Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ağayusif Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.