QARAYUSİF

qara Yusif; igid, qəhrəman, güclü Yusif.
QARATAY
QARDAŞ
OBASTAN VİKİ
Qarayusifli
Qarayusifli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Kəndi adı Qaraqoyunlu hökmdarı Qara Yusifin adı ilə bağlıdır. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1863 ildə aparılmış siyahıya alınmasına əsasən Qarayusifli kəndi Yelizavetpol quberniyasının, Cavanşir qəzasının, 1873-cü il siyahıya alınmasına görə, Gəncə qəzasının kəndi kimi qeydə alınmışdır. Qarayusifli kəndi 1863-cü ildə 8 tüstüdən ibarət olmuşdur. Əhalisinin ümumi sayı 55 nəfərdən ibarət Qarayusiflidə 34 kişi, 21 qadın yaşamışdır. 1873-cü ildə aparılmış siyahıya alınmaya əsasən 12 tüstüdən ibarət Qarayusiflinin əhalisinin ümumi sayı 78 nəfər olmuşdur. Həmin ildə aparılmış siyahıya alınmaya istinadən Qarayusiflinin 43 kişi, 35 qadın sakini olmuşdur. XIX əsrin ortalarında Qarayusifli kəndinin yüzbaşısı Kərbəlayi Alməmməd Əhməd oğlu (1833-...) idi. Onun Gülməmməd (1825-...), Şahməmməd (1843-...) adlı qardaşları olmuşdur. Hal hazırda kəndin əhalisi təxminən 1500 nəfərdir.
Qarayusifli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.