Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Yağmalamaq (video oyun)
Yağmalamaq, ölüsoyanlıq, çapovulçuluq, talançılıq və ya lutinq (ing. Looting, orfoqrafik səhvlərlə lewting) — rol oyunları, MMOG və ÇİP kimi videooyunlarında oyunçu personajın hansısa bir məxluqun və ya başqa bir oyunçunun cəsədindən oyun-içi valyuta, ovsunlar, avadanlıq və silah kimi əşyaları əldə etməsi prosesi. Yağmalanan bu əşyalar oyunçunun öz inventarına yerləşdirilir. Yağmalanan qənimətlər hansısa bir məxluqu və ya başqa bir oyunçunu öldürəndə verilən mükafat hesab edilir.