Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarmaqvarı şam
Qarmaqvarı şam — Təbii halda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Göygöldə, Zəyəm çayının sol sahilində yayılmış, hündürlüyü 25 m olan, bir gövdəli ağac. Çətiri piramida formalı və ya yumrudur. Gövdənin aşağı hissəsinin qabığı tünd-qonur rəngli, dərin yarıqlı, yuxarısında qırmızı-sarı, budaqları boz, cavan budaqları açıq-sarıdır. Yarpaqları cod, duz və az əyilmiş, göyümtüldür, uzunluğu 2-7 sm və eni təxminən 0,2 sm-dir. Qozaları konusşəkilli, assimmetrik, kənar pulcuqları zəif dişlidir. Qozaları tək-tək və ya 2-4 ədədi bir yerdə yerləşir. Parlaq, oval-şar şəkillidir, əvvəlcə yaşıl, sonra qonur-qırmızı olur. Böyümənin axırında qonur-boz rəngdə olur. Aşağı əyilir, uzunluğu 1,5-5,5 sm və qaidəsində eni 2-4 sm-dir. Pulcuqları qırışlı qalxanlıdır.
Qaraqarın bağrıqara
Qaraqarın bağrıqara (lat. Pterocles orientalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi sarımtıl—bozdur, döşündə kiçik qara xallar var. Qarnı qaradır. == Yayılması == Şərqi Avropa, Asiya və Şimali Afrikada yayılıb. Azərbaycanda Kür-Araz ovalığında, Şirvanda, Abşeron-Qobustanda, Acınohur-Ceyrançöldə, Naxçıvanda məskunlaşır. Yaşayış yerləri kəskin azalıb. == Həyat tərzi == Səhra, yarımsəhra və digər bozqır landşaftlar yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda oturaqdır.
Qaraqarın susüpürən
Qaraqarın susüpürən (lat. Sterna acuticauda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Qarmaqvari meşələri
== Qarmaqvari şam meşələri (Pinus sosnowskyi D.Sosn.) == Şam meşələri respublikamızda olduqca cüzi sahə tutub ümumi meşələrimizin yarım faizini belə təşkil etmir. Dünya miqyasında isə şam iynəyarpaqlı meşələrin ən geniş yayılan nümayəndəsidir. Şamın 100-ə qədər növü məlumdur. Qarmaqvari, Sosnovski və ya Qafqaz şamı - Pinus sosnowskyi. Boyu 20-35 m-ə çatan dəyirmi və ya piramida çətirli ağacdır. Böyük Qafqazın cənub yamacında qarmaqvari şam Filizçay (Balakənçayın qolu) hövzəsində dəniz səthindən 800-1000 m yüksəklikdə bitir. Burada 10 hektara yaxın sahədə olan şam ağacları qayalı aşırımları və dik, çılpaq qayalıqları tutur. Bizim fikrimizcə, Filizçaydakı şamlar buzlaq dövründən bizə qalan yadıgarlardır. Belə dik qayalı yamaclarda şamları əhatə edən və tək-tək ona qarışan enliyarpaq ağac cinsləri (fıstıq, vələs) şamla rəqabətə girə bilmir, belə şəraitdə pioner ağac cinsi sayılan şam mübarizədə qalib gəlir. Belə şəraitdə şam meşələri seyrək bitir, burada ot örtüyü də zəif inkişaf edir.