Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qasımçılıq
Qasımçılıq və qasımizm (ərəb. التيار القاسمي‎, at-Tayyār al-Qāsimī) — 1958-ci ildən 1963-cü ilə qədər İraqı idarə edən Əbdülkərim Qasımın fikir və siyasətlərinə əsaslanan İraq milliyətçi ideologiyası. == İdeologiya == Qasımçılıq panərəbizm, paniranizm, pantürkizm, turanizm, pankürdizm və İraq xalqının birliyinə təsir edən, İraqın ərazi itirdiyi istənilən ideologiyaya qarşı çıxır. Qasımçılığın əsas siyasəti İraq millətçiliyidir ki, bu da İraqdakı bütün etnosların, o cümlədən ərəblərin, kürdlərin, türkmanların, aysorların, ermənilərin, yezidilərin, mandeylərin birliyi və bərabərliyidir. Əbdülkərim Qasım bəəsçilər, panərəbistlər və kürd milliyetçilarına qarşı çoxlu münaqişələr yaşamışdı. Qasımçılıq ideologiyasında İraq hər şeydən əvvəl durur. Qasımçılıq həmçinin, İraqın qədim Mesopotamiya (Şumer, Akkad, Babilistan, Assuriya) kimliklərinə İraqın və onun xalqının özəyi kimi baxır, onları qoruyub saxlamağa çalışır. Qasımçılıq iraqlı olmağı hər hansı bir dindən üstün tutan dünyəvi bir ideologiyadır. Əbdülkərim Qasım və bir çox qasımçı Küveyt və Xuzistan ostanının İraqın bir hissəsi olmasını istəməsi səbəbindən qasimizm də bəzi irredentist təsirə malikdir. Əslində, Küveyt və Xuzistanın qanuni İraq torpaqları olduğuna inamı yaradan qasımçılar Səddam Hüseynə də təsir etmişdir.
Azərbaycan Atıcılıq Federasiyası
Azərbaycan Atıcılıq Federasiyası == Haqqında == Atıcılıq idman növünün ölkədə inkişaf etdirilməsi, əhalinin sağlamlığının möhkəmləndirilməsində atıcılıq idmanının inkişaf proqramlarını tərtib edərək həyata keçirtmək. Atıcılıq üzrə yüksək səviyyəli idmançıların hazırlığı sistemini təkmilləşdirir Hər il atıcılıq üzrə milli yığma komandanın heyətini müəyyən edərək təsdiq olunması üçün Gənclər və İdman Nazirliyinə təqdim edir Atıcılıq üzrə milli yığma komandanın məşqçi heyətini müəyyən edərək təsdiq olunması üçün Gənclər və İdman Nazirliyinə təqdim edir Atıcılıq üzrə yarış qaydalarını, ölkə yarışları haqqında əsasnaməni təsdiq edir Respublika Vahid İdman Təsnifatına daxil olması məqsədilə atıcılıq üzrə normativ və tələblər hazırlayıb təsdiq olunmaq üçün Gənclər və İdman Nazirliyinə təqdim edir. == Rəhbərlik == Vilayət Eyvazov — prezidenti Hafiz Cəfərov — vitse-prezident və baş katib Yavuz Eminbəyli — vitse-prezident Rasim Rzayev — vitse-prezident == Maddi-texniki bazası == Bakı Atıcılıq Mərkəzi. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Atıcılıq Federasiyası Arxivləşdirilib 2009-11-15 at the Wayback Machine Bakıda keçirilmiş Dünya Kubokunda azərbaycanlı idmançılar niyə nəticə qazana bilmədilər?
Bakı Atıcılıq Mərkəzi
Bakı Atıcılıq Mərkəzi — 2015 Avropa Oyunları ilə bağlı yarışların keçirildiyi obyektlərdən biri. Bakı Atıcılıq Mərkəzinin tikintisinə 2014-cü ildə başlanılıb. Kompleksin açıq poliqonunda tamaşaçılar üçün oturacaqların sayı 500, qapalı yerdə isə tamaşaçı tutumu 1200 nəfərlikdir.
Qəbələ atıcılıq klubu
Qəbələ atıcılıq klubu — Azərbaycan Respublikasının Qəbələ rayonunda atıcılıq idman növü ilə məşğul olanlar üçün nəzərdə tutulan beynəlxalq səviyyəli idman qurğusu. Qəbələ atıcılıq klubunun layihəçisi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutudur. Klubun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Xüsusi memarlıq üslubunda inşa olunan binada qeydiyyat bölməsi, iclas və məşğələ otaqları, atəş zonasındakı nəticələri müşahidə etmək üçün xüsusi zal yaradılmışdır. Binada ayrıca tibb məntəqəsi də fəaliyyət göstərir. Kluba gələnlər elektromobillərlə atəş zonasına daxil olurlar. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilmişdir. Atəş zonasında silahlar boşaldıldıqdan sonra təhvil alınır. Təhlükəsizliyin təmin olunması və yanğından mühafizə məqsədi ilə klubun ərazisində müşahidə kameraları və yanğından mühafizə məntəqələri qurulmuşdur. Ərazidə ayrıca bayraq meydançası da yaradılmışdır.
2015 Avropa Oyunlarında atıcılıq idmanı
== Kişilər arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş Təsnifat ==