Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qnomon
Qnomon (yun. Günəş saatı— Günəş saatı Günəş mövqeyinə görə vaxt ölçən bir vasitədir. Ortaq bir üfüqi günəş dizaynında, bir barın yuxarıdan yuxarı yerləşdiyi kölgə, yatay yerləşdirilən səthdə günün saatlarını göstərən bir kadrana düşür. Günəş göydən irəlilədikcə, çubuğun sonu saatın yaranmasına səbəb olan kölgə saatın müxtəlif saat xəttlərinə uyğun bir şəkildə hərəkət edir. Bu dizaynlarda çubuq Yerin dönmə oxuyla hizalanmalıdır. Buna görə, bu cür günəş saatı üçün doğru zamanda göstərmək üçün çubuğun maqnit şimalından çox coğrafi şimal göstərmək lazımdır. Ayrıca, çubuqların yatay düzlemle döşendiği açı, saatin coğrafi genişliğine bərabər olmalıdır. Buna baxmayaraq, bu iki xüsusiyyətə malik olmayan və müxtəlif prinsiplər üzrə işləyən günəş saatlar da hazırlana bilər. Bu saatlar bir sahənin ortasında bir bar qoyaraq və hər gün gölün düşdüyünü göstərmək üçün bir kompas (hər yerdə şimal göstəricisi) istifadə edərək edilə bilər. Lakin gecə kimi buludlu günlər, bu saatı faydasız edəcək Qədimdə insanlar günəşi ən etibarlı saat hesab edirdilər.Biz elə indi də bəzən vaxtı bildirmək üçün"səhər","günorta","axşam" və ya "günəş batandan sonra"deyirik.Qədim misirlilər günəş çıxandan batana qədər vaxtı 12-yə bölüb hər hissəsini,isə 1 saat kimi qəbul edirdilər.
Yevgeniya Qomon
Yevgeniya Yevgeniyevna Qomon (d. 25 mart 1995, Zaporojya, Ukrayna) — Ukraynanı təmsil edən bədii gimnast. Yevgeniya Qomon 2012 və 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Qomon həmdə I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Yevgeniya Qomon birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 5-ci yeri tutdu. Yevgeniya Qomon 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olena Dmitraş, Oleksandra Qridasova, Valeriya Qudim və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.
Gnemon
Gnetum (lat. Gnetum) — bitkilər aləminin qnetokimilər şöbəsinin knetum dəstəsinin gnetaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Gnemon Rumph. ex Kuntze Thoa Aubl. Abutua Lour. Arthostema Neck.
Qarmon
Qarmon — Metal dilçəkli, körüklü musiqi alətidir. XIX əsrin sonlarından etibarən Azərbaycan xalqının məişətinə daxil olmuş və milli musiqi mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Digər xalq çalğı alətləri ilə bir yerdə ansambllarda, o cümlədən el şənliklərində milli rəqs musiqisinin ifası zamanı geniş istifadə edilir. Təsadüfi deyildir ki, təkmilləşdirilmiş müasir qarmon bir çox hallarda xalq musiqi aləti kimi qarşılanır. Azərbaycanda istifadə olunan xromatik növlü qarmonun texniki ifa xüsusiyyətləri və səs quruluşu rus qarmonlarından tamamilə fərqlidir. == Tarixçə == Qarmon tipli alətlərin vətəni qədim Çin sayılsa da, çağdaş biçimli qarmonları alman musiqiustası Kristian Buşman (1805—1864) 1822-ci ildə icad edib. 1830-cu illərdə diatonik səsdüzümlü qarmonlar Rusiyanın Tula şəhərində istehsal olunub. Təxminən 10-15 il sonra, XIX əsrin I yarısında belə qarmonlar Azərbaycana gətirilib. 1870-ci ildə tulalı dirijor və qarmon ustası N. İ. Beloborodov xromatik səsdüzümlü qarmonlar düzəldib. XIX əsrin I yarısında Rusiyadan Azərbaycana diatonik səsdüzümlü, yalnız ağ dillərdən ibarət olan qarmonlar gətirilmişdir.
Qramon
Qramon (fr. Gramond, oks. Gramont) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 385 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15–64 yaş arasında) arasında 145 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 79,2%, 1999-cu ildə 66,0%) olmuşdur.
Reomon
Reomon (fr. Réaumont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38331. Kommunanın 2012-ci il üçün əhalisi 1000 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 309 ilə 436 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Xromon
Xromon piran həlqəsində əvəzolunmu ketoqrup ilə benzopiranın törəməsidir. Bu maddə kumarin izomeridir. Xromonun törəmələri “xromon” kimi məlumdurlar. Bütün xromonlar olmasa da, çoxları fenilpropanoidlərdir. == Ümumi == Xromonlar təbii birləşmələrdir. Onlar benzol və g-piron həlgələrin kondensləşməsi nəticəsində əmələ gəlirlər. Öz təbiətinə görə onlar flavonoid və kumarınə çox yaxındır. Kumarinlər kimi xromonlar da oksi-, metoksi-, alkoksi-, alkil və başqa törəmələr əmələ gətirir. Xromonlar furan həlqəsi ilə kondensləşəyək furanxromonlar əmələ gətirirlər. Bunlardan tibbdə geniş istifadə olunur.
Domon
Domon (fr. Domont) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Anq'yan-le-Ben. Əhalisi — 14.883 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 20 km şimalda, Serji belediyyənin 20 km şərqdə yerləşir. == Demoqrafiya == Əhalinin dinamikası (Cassini и INSEE): == Qardaşlaşmış şəhərlər == Qermerinq, Almaniya (1984) Şepşed, Böyük Britaniya (1989) Volştın, Polşa (2005) Buya, İtaliya (2009) == Tanınmış şəxsiyyətlər == Remi Mareval, fransız futbolçu.
Lomon
Lomon (fr. Lomont) — Fransa kommunası, Franş-Konte regionunda yerləşir. Departament — Yuxarı Sona. Qərbi Erikur kantonuna daxildir. Kommuna rayonu — Lur. == Coğrafiya == Kommuna Parisdən təxminən 350 km cənub-şərqdə, Bezansondan 65 km şimal-şərqində, Vezouldan 35 km şərqində yerləşir.. == Əhalisi == == İqtisadiyyatı == 2010-cu ildə 238 nəfərdən (15-64 yaş) olanlar arasında 164-ü iqtisadi cəhətdən aktiv, 74-ü qeyri-aktivdir (fəaliyyət göstəricisi 68,9%, 1999-cu ildə isə 65,0%). 164 aktiv sakindən 150 nəfər işləyib (89 kişi və 61 qadın), 14 nəfər işsizdir (9 kişi və 5 qadın). 74 qeyri-aktiv arasında 14 nəfər tələbə, 34 nəfər təqaüdçü, 26 nəfəri isə digər səbəblərlə qeyri-aktivdir.. == Əhəmiyyətli yerləri == Kommunanın aşağı hissəsində bulaq və ictimai camaşırxana yerləşir (XIX əsr).
Noyon
Noyon — Monqolustanda dünyəvi feodal. Noyon - Monqol ordusunda yüksək rütbəli başçı. == Mənbə == İ.Zeynalov. İzahlı tarix terminləri lüğəti. Bakı, "Azərnəşr", 2006, 284 səh.
Somon
Somon, və ya Sum və ya Sumu və ya Sumon (Çin dilində 苏木 - (sumu), monqol dilində sum, tuva dilində sumon) - Çində və Monqolustanda, həmçinin Pusiyada çox da böyük olmayan inzibati ərazi bölgüsü. == Çin Xalq Respublikası == Çin Xalq Respublikasının yalnız Daxili Monqolustan adlanan hissəsində inzibati ərazi vahididir. ÇXR-da somonların ümumi sayı - 181-dir. Somon kənddən böyük, xoşundan kiçikdir. === Etnik somon === Etnik milli somon - (<in dilində 民族苏木, mintszu sumu) - Çin Xalq Respublikasında milli azlıqların üstünlük təşkil etdiyi somonlar üçün istifadə olunan termindir.2010-cu ilin məlumatına əsasən yalnız bir etnik milli simon - Evenk milli somonu mövcuddur.
Cucumis conomon
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cyomon mədəniyyəti
Cyomon (saxsı qablar) mədəniyyəti — Neolit (yeni daş dövrü) Yaponiya ərazisində e.ə. 8-ci minillikdən - e.ə. 300-cü ilədək olan dövrü əhatə edir. Neolit dövründə saxsı məmulatlarının istehsalı başlanır və ipli saxsı qablar (cyomon) meydana gəlir. Məhz buna görə də, yapon arxeoloqları neolit dövrünü "Cyomon mədəniyyəti dövrü" adlanırırlar. == Haqqında == "Cyomon" mədəniyyətinin izləri ilk dəfə XIX əsrin sonlarında amerikan Eduard Mors tərəfindən aşkar edilmişdir - o, böyük balıqqulağı topası (kaycuka) aşkar etmişdi. Məhz balıqqulağı topası altında qədim dövrə dair tapıntılar aşkar edilmişdir. II Dünya Müharibəsinə qədər Cyomon dövrünə sinonim olaraq "daş dövrü" ifadəsindən də istifadə olunmuşdur. Bu dövr üçün ikiqulplu alətləri, ox və kaman, daş və sümükdən hazırlanmış alətlər xarakterikdir. Bu dövrdə qayıqlar da hazırlanmışdır.
Lü Quojon
Li Quojenq (7 mart 1980) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Quojenq Çin 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
Melo conomon
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
OMON
Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatur: XTPD) və ya OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) — 1990-1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi.OMON-a Rövşən Cavadov rəhbərlik edirdi. == Strukturu == Azərbaycan Daxili İşlər Nazirliyinin XTPD 12500 nəfərdən ibarət üçpilləli bir təşkilat idi. Birinci pillə SSRİ Daxili İşlər Nazirliyinin XTPD bölməsidir. Bura 1500 nəfər daxildir. 1990-cı ilin sentyabrından SSRİ Daxili İşlər Nazirliyi tərəfindən yaradıldı və maliyyələşdirildi. İkinci pillə: 1990 -cı ilin avqustunda AzSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılan Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u. AzSSR Daxili İşlər Nazirliyinə tabedir. Əsas dislokasiya məntəqələri: Bakı, Sumqayıt, Qazax, Naxçıvan, Quba, Əsgəran, Mingəçevir. Dəstənin sayı 3000 nəfərdir.
Baycu noyon
Baycu noyon (təq. 1201, Böyük Monqol imperiyası – 1260) — Besut ulusundan monqol sərkərdəsi. == Həyatı == Baycu noyon Hülaku xanın sərkərdəsi idi. Tümənbəyi sayılırdı. 30 min qoşunla Sivasda Səlcuqlulara qalib gəldi. Baycu noyon 1261-ci ildə Hülaku xan tərəfindən öldürüldü. == Ailəsi == Baycu noyonun Adak noyon adlı oğlu vardı.
Buğa qoyon
Buğa qoyon Kumın qoyon oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından monqol sərkərdəsi. == Həyatı == Buğa qoyon Cəlayır Çingiz xanın minbaşısı idi. O, Hülaku xanla bərabər Azərbaycana gəlmişdi. Mukali qoyonun qardaşı idi. Elxanlılara xidmət göstərmişdi. Arqun xanın yaxın yardımçılarından olmuşdu. Əhməd Təkudar xanın hakimiyyəti dövründə tamğaçı idi.
Cebe noyon
Cebe noyon (Чжебе monq. "Cebe", "Ox", yaraq; adı — Cirqoaday aka; 1181, Monqolustan – 1225, Ukrayna) — Monqol minbaşısı, Çingiz xanın silahdaşı. == Həyatı == Cebe noyon Monqol ulusunun Besut/Yesut oymağından çıxmışdı. Monqolların Azərbaycana birinci yürüşü 1220–1222-ci illərdə baş vermişdi. Həmin yürüşdə monqollara Cebe noyon və Sabutay bahadur (1210–1225) başçılıq etmişdi. Cəbə və Sabutay bahadurın başçılıq etdiyi monqol ordusu Azərbaycana soxulub Zəncan, Ərdəbil, Sərab və Təbriz şəhərlərini ələ keçirərək qarət etdi1-ci yürüşdə monqolların Təbrizə 3 dəfə hücum çəkməsinə baxmayaraq, şəhər hər dəfə xərac verməklə qarətdən xilas oldu. Gəncə əhalisidə bu cür taktikanı seçdi və şəhər qarət olunmadı. Monqollar 1222-ci ildə Dərbənddən keçərək şimal istiqamətində geri qayıtmağı qərara aldılar.Onlar 1223-cü ildə Kalka çayı sahilində rus-qıpçaq qalib gəldilər,lakin İdilboyunda bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar. == İbn əl-Əsir Cebe noyonun yürüşü haqda == Çin ətrafında çıxmış bir qövm Qaşqar və Balasaqun kimi Türkistan vilaləytlərinə gəldilər. Sonra oradan Səmərqənd, Buxara və qeyri Mavəraunnəhr şəhərlərinə getdilər və oraları alıb gələcəkdə söyləyəcəyimiz işləri gördülər.
Comon dulusçuluğu
Comon dulusçuluğu (縄文土器, Comon doki) – Yaponiyada e.ə. 10.000 – e.ə. 300-cü illərdə davam etmiş Comon dövrünün dulusçuluq sənəti. Comon dulusçuluğuna aid nümunələr Kuril adalarından Ryukyu adalarına qədər Yaponiyanın müxtəlif yerlərində tapılmışdır.Comon dövrünün dulusçuluq məmulatlarının növləri zamandan və yerdən asılı olaraq müxtəlifdir. Qəhvəyi rəng və sap naxışlar bu keramikaların tipik xüsusiyyətləri arasındadır. == Adlandırma == Bu dulusçuluq üslubunun adları əvvəlcə "Qabıq kurqanı dulusçuluğu" və ya "Aynu dulusçuluğu" idi. "Comon dulusçuluğu" termini isə ilk dəfə Edvard Morze tərəfindən 1879-cu ildə yazılmış bir bildirişdə işlədilmişdir. Morze Comon dulusçuluğunu kəşf edən arxeoloq olmuşdur və onu yapon dilindən tərcümədə "sap naxışlı" mənasına gələn "Comon" sözü ilə adlandırmışdır. Bu söz daha sonra Comon dövrünü adlandırmaq üçün də istifadə olunmuşdur.1937-ci ildə Yamanoçi Suqao Kanto və Tohoku regionlarının dulusçuluq tipologiyasını öyrənərək Comon dövrünü və dulusçuluğunu 5 dövrə bölmüşdür: ən erkən, erkən, orta, gec və ən gec. Daha sonra bu bölgüyə başlanğıc dövrü də əlavə olunmuşdur.
Cəlmə noyon
Cəlmə noyon (?-?) — Böyük Monqol imperiyasının sərkərdələrindən biri. == Həyatı == Uryanxay oymağından Çarçıday dəmirçinin oğlu idi. Atası onu götürüb Çingiz xanın yanına getdi. Xan onu keşik dəstəsinə götürüb tez bir zamanda yüksəltdi. Xanın 4 sadiq dostundan biri idi. == Ailəsi == Cəlmə noyonun Yisun Təvə adlı oğlu vardı. O, Çingiz xanın yayçılarının başçısı idi.
Mulay noyon
Mulay noyon (?-1313) — Qara tatar ağası, elxanlı sərkərdəsi. == Həyatı == Mulay noyon Diyarbəkr valisi təyin edilmişdi. Abaqa xanın əmiri idi.
Nomen nudum
Nomen nudum — növün elmi jurnalda çap edilmədiyi üçün elmi ad sayılmayan adıdır.
Samaqar noyon
Samaqar noyon (XIII əsr – 28 yanvar 1296) — Qara tatar ağası, Abaqa xanın (1234–1282) sərkərdəsi. == Həyatı == Samaqar noyon Rum valisi təyin edilmişdi. Onun Ərəb ağa adlı oğlu vardı.
Sulamiş noyon
Sulamiş noyon Adak noyon oğlu (?-1299)—Besut ulusundan elxanlı sərkərdəsi. == Həyatı == Sulamiş noyon tanınmış sərkərdə idi. Ünlü bir ailədən çıxmışdı. Atası Adak noyon, babası Baycu noyon Elxanilər dövlətinin adlı-sanlı sərkərdələri idilər. O da bir çox döyüşlərdə özünü tanıtmışdı. Elxanlı taxtında əyləşən Qazan xan, qarşılarında heç cür bacarıqlı olmadıqları Məmlüklərə qarşı cavab vermək üçün 1298-ci ildə Diyarbəkri işğal etdi. Bu sırada Məmlüklər, türkmənlərlə bərabər Maraşı ələ keçirdiler. Daha sonra Hələbdəki Məmlük əsgərləri Sisi vurdu. Buna görə Qazan xan onlara qarşı Suriyaya yönəldi və öncəki Rum valisi Sulamiş ibn Əfak (Üvək) bin Baycu ət-Tatariya bu səfərə qatılmasını əmr etdi. Ancaq Sulamiş bu əmrə tabe olmadı və Qazan xana qarşı üsyan bayrağı açdı (1298).Sulamiş noyon Rum valisi olmaq istəyirdi.
GNOME
GNOME (GNU Network Object Model Environment, tələffüzü: /ɡˈnoʊm/ və ya /ˈnoʊm/) - əməliyyat sisteminin üzərində çalışan qrafik masaüstü mühitdir. Tamamilə azad və açıq kod proqram təminatıdır. 1997-ci ildə Miguel de Icaza və Federico Mena tərəfindən azad proqram təminatı kimi yaradılmağa başladı. 1999-cu ildə ilk versiyası istifadəyə buraxıldı. Unix xüsusi ilə də Linux əməliyyat sistemlərində masaüstü mühit kimi KDE və GNOME geniş istifadə olunur.
Dudleya gnoma
Dudleya gnoma (lat. Dudleya gnoma) — dovşankələmikimilər fəsiləsinin dudleya cinsinə aid bitki növü.
Göman (Sərdəşt)
Göman (fars. گمان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (63 ailə).