QARMÓN

is. [ rus. əsli yun. ] Üzərində dilləri olan iki taxtaya bənd edilmiş açılıbyığılan körüklərdən ibarət musiqi aləti.
Sazın, kamançanın, qarmonun, tarın; Oxuyubçalanın, gülün, baharın; Ədibin, şairin, hər sənətkarın; Ən böyük qiyməti bizim yerdədir. Ə.Vahid.
Hamının “Mişka” deyə çağırdığı sarı telli oğlan qarmon çalardı. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QARMON QARMON (musiqi aləti) Küçədə evimizin qarşısındakı quyuluqda gözəl şərqilər söylərdilər, saz və qarmon çalınırdı (Çəmənzəminli); QARMOŞKA (dan
QARMALANMAQ
QARMONÇALAN
OBASTAN VİKİ
Qarmon
Qarmon — Metal dilçəkli, körüklü musiqi alətidir. XIX əsrin sonlarından etibarən Azərbaycan xalqının məişətinə daxil olmuş və milli musiqi mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Digər xalq çalğı alətləri ilə bir yerdə ansambllarda, o cümlədən el şənliklərində milli rəqs musiqisinin ifası zamanı geniş istifadə edilir. Təsadüfi deyildir ki, təkmilləşdirilmiş müasir qarmon bir çox hallarda xalq musiqi aləti kimi qarşılanır. Azərbaycanda istifadə olunan xromatik növlü qarmonun texniki ifa xüsusiyyətləri və səs quruluşu rus qarmonlarından tamamilə fərqlidir. Qarmon tipli alətlərin vətəni qədim Çin sayılsa da, çağdaş biçimli qarmonları alman musiqiustası Kristian Buşman (1805—1864) 1822-ci ildə icad edib. 1830-cu illərdə diatonik səsdüzümlü qarmonlar Rusiyanın Tula şəhərində istehsal olunub. Təxminən 10-15 il sonra, XIX əsrin I yarısında belə qarmonlar Azərbaycana gətirilib. 1870-ci ildə tulalı dirijor və qarmon ustası N. İ. Beloborodov xromatik səsdüzümlü qarmonlar düzəldib. XIX əsrin I yarısında Rusiyadan Azərbaycana diatonik səsdüzümlü, yalnız ağ dillərdən ibarət olan qarmonlar gətirilmişdir.
Qarmonçu Abutalıb
Qarmonçu Abutalıb (doğum adı:Abutalıb Kərbəlayı Muxtar oğlu Yusifov; 1884 – 1937) — tanınmış xalq çalğıçısı, qarmon ustası və tarzən. Abutalıb Kərbəlayı Muxtar oğlu Yusifov 1884-cü ildə Şuşa şəhərində anadan olub. Abutalıbın atası Kərbəlayı Muxtar uzun illər məşhur mərsiyəxan və xanəndə olmuş, tarzən Əli Əsgər ilə birlikdə Qarabağ-İran məclislərində çıxış etmişdir. Artıq Abutalıb iyirmi yaşında kamil bir qarmonçu kimi xalq şənliklərində şöhrət qazanır. Eyni zamanda o, tar çalmağı da öyrənir. Beləliklə, istedadlı çalğıçı toylarda qarmonda oyun havalarını çalmaqla, xanəndəni də sədəfli tarında müşayiət edərdi. Atası vəfat etdikdən sonra Abutalıb məşhur xanəndə Məşədi Məmməd Fərzəliyevlə birlikdə Gəncəyə, oradan Tiflis şəhərinə gedir. O, Tiflisdə verilən teatr tamaĢalarında, «şərq konsertləri»ndə, ədəbi gecələrdə yaxından iştirak edir, çoxmillətli Tiflis tamaşaçılarının hədsiz hörmət və rəğbətini qazanır. Dərin lirizm, zərif duyğu, incə zövq, zəngin xallar, şirin barmaqlar Abutalıbın çalğısı üçün ən səciyyəvi cəhətlər idi. Abutalıbı həmkarlarından ayıran cəhətlərdən biri də onun xalq musiqisinin ən incə nöqtələrini dərk etməsi,şirin və duzlu çalğısı ilə dinləyicini məsti-xumar etməsi, səhnə mədəniyyəti idi.

Digər lüğətlərdə