Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qoşayarpaq
Qoşayarpaq — Azərbaycan şeirinin nisbətən az işlənən növlərindən biri. Beş bəndlik qoşmadır. Birinci bəndi çarpaz (abab), qalan bəndləri isə qoşmada olduğu kimidir (vvvb, qqqb və i. a.). Əsas özünəməxsus xüsusiyyəti 2, 3, 4 və 5-ci bəndlərin ilk misrasının hərəsində iki həmqafiyə sözün işlənməsi və onların digər iki misrada da daxili qafiyə şəklində təkrar olunmasıdır. Beləliklə, hər bəndin ilk üç misrasında 6 həmqafiyə söz işlənir.
Qoşayarpaq platantera
Qoşayarpaq ləçəkotu (lat. Platanthera bifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ləçəkotu cinsinə aid bitki növü.
Qoşayarpaq qoşma

Qoşayarpaq ləçəkotu
Qoşayarpaq ləçəkotu (lat. Platanthera bifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ləçəkotu cinsinə aid bitki növü.
Qısabarmaq sərçə
Qısabarmaq sərçə (Carpospiza brachydactyla) — Sərçəkimilər dəstəsinə aid quş növüdür. Yayılma arealı Orta Şərq və Mərkəzi Asiya-nı, həmçinin Şimali Afrikanı əhatə edir. Ortalama uzunluğu 14,5-15,5 sm olan bu quşa daha çox quru (arid) iqlim şəraiti olan ərazilərdə rast gəlmək olar. Görünüşcə Qaya sərçəsi-nə bənzəsə də ondan döşündə zolaqların olmaması ilə fərqlənir. Köçəri növdür, yuvasını ağaclarda və ya sıx kollarda qurur.
Qısabarmaq süzər
Qısabarmaq süzər (lat. Certhia brachydactyla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinin süzər cinsinə aid heyvan növü. Azərbaycan hüdudlarında, Astara rayonunda Kiçikasiya yarımnövü aşkar edilmışdir. Adi süzərə çox oxşayır, ancaq qaşları və bədəninin altı ağ, qarnında və böyürlərində qara-qonur çalar vardır. Arxa barmağının caynağı 7,5 mm-dən uzun deyildir. Ağac gövdələrində tək-tək və ya cütlərlə olur. Növün arealı Avropa, Şimal-Qərbi Afrika, Türkiyə, güman ki, İranın şimal-qərbidir. Oturaq yaşayır, ancaq qışda köçmələr edir. Azərbaycanda statusunun müəyyənləşməsi üçün əlavə materiallara ehtiyac duyulur.