Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qovuqlu itburnu
Qovuqlu itburnu (lat. Rosa pulverulenta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Narzan), Rusiyanın Avropa hissəsində, İranda və Kiçik Asiyada təbii areallarına rast gəlinir. == Azərbaycanda yayılması == Naxçıvan MR və Lənkəran rayonu ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yer == Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə, daşlı-qayalı quru yamaclarda yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 50-90 sm-dən çox olmayan, alçaqboy kolcuqdur. Qopartikanı müxtəlifdir. Yarpaqları 3-6 sm uzunluğunda olub, 5-7 yarpaqcıqdan ibarətdir.
Qovuqlu zurna
Qovuqlu zurna (Bladder pipe ing.) — Almanca Platerspiel və ya Blaterpfeife. Bir üfürmə borusu, torba və chanterin (boru üzərində barmaqları qoymaq üçün deşiklər olan) təpəsində qamış yerinin içərisinə yerləşdirilmiş ikili qamışla səsləndirilən chanterdən ibarətdir. Şişirilmiş kisənin içərisindəki qamış davamlı səslənir, və hava axınını dillə kəsmirdi. Bunun ilk olaraq nə zaman yaranması bilinməməklə birlikdə bunun 13-cü əsrdən əvvəl Avropadan gəldiyinə inanılır. Universal tuluqzurna və Renesans Krumhornu arasında aralıq mərhələ olaraq qovuqlu zurna 14–16-cı əsrlərdə formalaşdı.
Qovuqlu çay
Qovuqlu çay (digər adları: qovuq çay, şarcıq çay, inci çay və ya babl çay) — qovuqlu içkilər növündən çay. 1980-ci illər əsnasında Tayvanın Tayçunq şəhərinin çay mağazalarında ilk dəfə servis edildi. Ən çox qovuqlu çay reseptləri meyvə və ya süd ilə qarışıq bir çay döşəməni ehtiva edir. Qovuqlu çayların ümumiyyətlə, iki fərqli növü var: meyvə dadlı çaylar və süd çayları. Qovuqlu çay ən çox çeynənən tapioka topları'ndan ("boba") ibarətdir, lakin o, çəmən jeli, aloe vera, qırmızı lobya və partlayan boba kimi digər əlavələrlə də hazırlana bilər. Qovuqlu çayları iki kateqoriyaya bölünür: südsüz çaylar və südlü çaylar. Hər iki növ əsas olaraq qara çay, yaşıl çay və ya oolong çay seçimi ilə gəlir. Südlü çaylara adətən toz və ya təzə süd daxildir, lakin qatılaşdırılmış süd, badam südü, soya südü və ya kokos südündən də istifadə edilə bilər.
Qovunlu
Kəndlər Qovunlu (Aralıq)- 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [23, 70]. "Əhalisi Quzugüdənli Qarasu camaatındandır" (yenə orada). Qovunlu (Zarzəmin)- 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 123].
Hovuslu
Hovuslu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Havuslu oyk., sadə. Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini havuslu tirəsinə mənsub ailələr saldığına görə belə adlanmışdır. Havıslı, Hovuzlu variantlarında da qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində havıs kotanın açdığı şırıma deyilir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qoruqcu
Qoruqcu (Miyanə)
Qoturlu
Qoturlu (Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində kənd. Qoturlu (bulaq) — Kəlbəcər rayonu ərazisində mineral bulaq. Qoturlu — Masallı rayonu ərazisində mineral bulaqlar.
Qovşudlu
Qovşudlu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qovşutlu Cəbrayıl rayonunun Şahvələdli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Keçmişdə Hüseynbəyli də adlanmışdır. Kəndin adı qovşutlu nəslinin adı ile bağlıdır. Ermenistanda Qozbabalı Qovşut, Türkmənistanda Qovşut, Qovşutbenq, Qovşutqala, Qovşutxanbent, Qovşutxanqala kimi yer adlan mövcuddur. Eyniadlı mikotoponim Qubadlı rayonunun Hal kəndinin şm.-q.-inda qeyde alınmışdır. Qovşut bəzi tədqiqatçılara görə, vaxtilə bir sıra türk xalqlarında şəxs adı kimi geniş işlenmişdir. Ermənistan ərazisindəki Qovsut oykonimini bezi tədqiqatçılar kəndin coğafi mövqeyi ilə, yəni iki çayın qovuşduğu yerdə olması ila əlaqəlandirirlər.
Topuqlu
Totuqlu və ya Topuqlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gədəbəy rayonunun Qoşabulaq inzibati ərazi vahidliyindədir. == Tarixi == == Toponimikası == Topuqlu oyk., sadə. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Totuqlu variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsi 1910-cu illərdə Totux adlı bir nəfərin saldığı binə yerində yarandığı üçün belə adlanmışdır. Topuq toponimiyada daban termininin sinonimi olub, kəndin dağ ətəyində, aşağıda yerləşdiyini bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 221 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Totuqlu
Totuqlu və ya Topuqlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gədəbəy rayonunun Qoşabulaq inzibati ərazi vahidliyindədir. == Tarixi == == Toponimikası == Topuqlu oyk., sadə. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Totuqlu variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsi 1910-cu illərdə Totux adlı bir nəfərin saldığı binə yerində yarandığı üçün belə adlanmışdır. Topuq toponimiyada daban termininin sinonimi olub, kəndin dağ ətəyində, aşağıda yerləşdiyini bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 221 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çopuqlu
Çopuqlu (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Çopuqlu (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Qoçulu
Qoçulu — təxəllüs. Bu təxəllüsü olan tanınmış şəxslər Ömər Qoçulu — Azərbaycan Respublikasının əməkdar memarı Yaşayış məntəqələri Qoçulu (Borçalı) — Gürcüstanın Borçalı bölgəsində kənd. Qoçulu (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd. Digər Qoçulu dağı — Şərur rayonunda dağ.
Qoruqcu (Miyanə)
Qoruqcu (fars. كركچي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşauyışı yoxdur.
Qoruqçu (Qoşaçay)
Qoruqçu (fars. قرقچي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 45 nəfər yaşayır (10 ailə).
Qoturlu (Kəlbəcər)
Qoturlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qoturlu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qoturlu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi Azərbaycan dilində danışan şiə kürdlərdən ibarət olmuşdur. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 147 evdə 814 şiə kürd yaşayırdı.
Qoturlu (bulaq)
Qoturlu – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində, Tutqunçayın (Tərtərçayın qolu) sahilində yerləşən bu mineral bulağın suyunun temperaturu 18 °C-dir. Bulağın suyu qızdırıldıqdan sonra müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdəndə bulaq belə adlandırılmışdır. == Həmçinin bax == Qotursu bulağı == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.67.
Soluqlu (Çaypara)
Soluqlu (fars. سلوكلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (56 ailə).
Somuqlu (Miyanə)
Somuqlu (fars. سمكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (8 ailə).
Tovuzlu (Xudabəndə)
Tovuzlu (fars. توزلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,085 nəfər yaşayır (450 ailə).
Çopuqlu (Kərəsf)
Çopuqlu (fars. چپقلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (40 ailə).
Çopuqlu (Xudabəndə)
Çopuqlu (fars. چپقلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 282 nəfər yaşayır (54 ailə).
Çopuqlu (Çaroymaq)
Çopuqlu (fars. چپقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 315 nəfər yaşayır (63 ailə).
Qobulu relyef
Qobulu relyef (rus. балочный рельеф, ing. balka-relief) — yastı, dalğalı relyefi və sıx qobu şəbəkəsi ilə səciyyələnir. Meyilliyi suayrıcı sahəsində 1–1,50, yamacların yuxarı hissəsində 3–40, yamacların orta hissəsində 7–80-dən çoxdur.
Qoçulu (Borçalı)
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. == Coğrafi mövqeyi == Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir. Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] == Əhalisi == 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.
Qoçulu (Kürdəmir)
Qoçulu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qoçulu kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini qoçulu nəslinə məxsus ailələr saldığına görə bələ adlandırılmışdır. == Tarixi == Kənd 1993-cü ildə yaradılmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. == Coğrafiyası və iqlimi == Kənd Kür çayının sahilində, Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 630 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Göyüşlü
Böyük Göyüşlü — Azərbaycanın Bərdə rayonunda kənd. Bala Göyüşlü — Azərbaycanın Bərdə rayonunda kənd.
Gömülü
Gömülü – proqram təminatında: başqa bir proqram kodunun içərisinə yerləşdirilmiş xüsusi kod və ya komandalar. Məsələn, gömülü çap komandaları çapa verilən sənədin formatının (biçiminin) idarəedilməsi üçün sənəddə yerləşdirilmiş kodlardır. Gömülü assembler kodu C kimi yüksək səviyyəli dildə yazılmış proqramda yerləşdirilmiş assambler dilindəki komanda, funksiya və ya altproqramdır. Gömülü koddan proqramın çalışma sürətini və ya səmərəliliyini artırmaq və ya yüksək səviyyəli dillərdə olmayan imkanları gerçəkləşdirmək üçün istifadə edilir. Aparat təminatında: başqa bir qurğunun tərkibində fəaliyyət göstərən (yəni ona inteqrasiya olunmuş) xüsusi təyinatlı qurğu (məsələn, gömülü kompüter).
Babək Göyüşlü
Babək Göyüş (tam adı: Babək Məhərrəm oğlu Göyüşlü; 29 iyun 1957, Əmirxeyir, Krasnoselsk rayonu) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004–2013) == Həyatı == Babək Göyüş 1957-ci il iyunun 29-da Qərbi Azərbaycanda, Çəmbərək (Krasnoselo) rayonunun (Qaraqoyunlu mahalı) Əmirxeyir (ermənilər 1988-ci ildə adını dəyişdirərək Kalavan qoyub) kəndində anadan olub. Gölkənd orta məktəbini 1974-cü ildə bitirdikdən sonra həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Həmin fakültəni 1979-cu ildə qurtardıqdan sonra üç il Lənkəran rayonunun Marso qəsəbəsində müəllimlik fəaliyyətinə başlayıb. Bu ərəfədə rayonun "Leninçi" (hazırda "Lənkəran") qəzetinin ştatdankənar müxbiri olub. 1982-ci ildən 1988-ci ilədək Türkmənistanın Nebit-Dağ (indiki Balkanabad) şəhərində neft şirkətində sistem-proqramçı vəzifəsində çalışıb. 1988-ci ildə yenidən Bakıya köçdükdən sonda iki il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneftegeofizika" istehsalat birliyində sistem-proqramçı vəzifəsində işləyib. 1990-cı ilin dekabrından başlayaraq həyatını mətbuat aləminə bağlayıb və Azərbaycanın müxtəlif qəzetlərində ("Mübarizə", "Azərbaycan ordusu", "Millət", "Oğuz eli", "Avrasiya") müxbir, məsul katib, parlament müxbiri və redaktor vəzifələrində işləyib. 1998-ci ildən 2009-cu ilin may ayınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Gənclik redaksiyalarında redaktor kimi yaradıcılıq fəaliyyətini davam etdirib və xarici ölkələrdə (Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan) yaşayan Azərbaycan diasporunun formalaşmasında və inkişafında böyük əməyi olub. Yüzlərlə verilişlərin, tok şouların və reportajların müəllifidir. Eyni zamanda 3 il Türkiyənin NTV telekanalının Baki ofisində redaktor vəzifəsində işləyib.
Bala Göyüşlü
Bala Göyüşlü — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Kolayır kənd Sovetindən Bala Göyüşlü kəndi Böyük Göyüşlü kənd Sovetinin tərkibinə verilmişdir. == Tarixi == 1933-cü ildə Bala Göyüş və Bala Göüc variantlarında da qeydə alınmışdır. Oykonim "kiçik Göyüşlü kəndi" deməkdir.
Böyük Göyüşlü
Böyük Göyüşlü — Azərbaycan Respublikasının Bərdə rayonunun Kolayır inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Böyük Göyüşlü kəndi Kolayır kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Böyük Göyüşlü kənd Soveti yaradılmışdır. == Tarixi == Etnotoponimdir. Kəndin göyüşlü nəsli tərəfindən salınması güman edilir. 1933-cü ildə kəndin adı Böyük Göyüc kimi qeydə alınmışdır. Birinci komponent yaşayış məntəqəsini Kiçik Göyüşlü kəndindən fərqləndirmək üçün əlavə edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ düzündə yerləşir. == Əhalisi == Böyük Göyüşlü kənd əhalisi XIX əsrin əvvəllərində Qazax rayonundan gəlmişlər. Sonralar Kəlbəcər rayonundan bir neçə ailə bu kənddə məskunlaşmışdır.
Mübariz Göyüşlü
Mübariz Müstəqim oğlu Göyüşlü (23 yanvar 1981, Daş Salahlı, Qazax rayonu) — Müasir İnkişaf İctimai Birliyinin sədri, Yeni Media Qrupunun təsisçisi və baş redaktoru və Türk Eli jurnalının baş redaktoru. AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi, siyasi şərhçi. Türk-İslam ideoloji prinsipini müdafiə edir. 2001-ci ildən 2005-ci ilə kimi müxtəlif gənclər təşkilatlarinda çalışaraq həmin prinsipləri təbliğ edib. Bu ideoloji prinsipləri daha geniş təbliğ etmək üçün 2005-ci il 5 iyunda “Müasir İnkişaf” İctimai Birliyinin əsasını qoyub və daha geniş aiditoriyanı əhatə etməyə, həyata keçirilən tədbirlərin səmərəliliyini artırmağa çalışır. == Həyatı == Mübariz Göyüşlü 1981-ci il yanvarın 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 269 saylı orta məktəbdə 1987-1997-ci illərdə orta təhsil; Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 1998-2003-cü illərdə bakalavr (qiyabi), 2005-2008-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları istiqaməti üzrə magistraturada (qiyabi) ali təhsil alıb. 2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tələbələrin akademik məsləhətçisi kursunu müvəffəqiyyətlə bitirib. 2016-cı ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün (“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin informasiya təminatı (iki ölkənin 2005-2015-ci illər media materialları əsasında”) elmi iş üzərində çalışır. İxtisasca jurnalistdir.