Qovşudlu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd.[1]
Qovşudlu | |
---|---|
39°15′ şm. e. 47°03′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 370 m |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Düzənlikdədir. Keçmişdə Hüseynbəyli də adlanmışdır. Kəndin adı qovşutlu nəslinin adı ile bağlıdır. Ermenistanda Qozbabalı Qovşut, Türkmənistanda Qovşut, Qovşutbenq, Qovşutqala, Qovşutxanbent, Qovşutxanqala kimi yer adlan mövcuddur. Eyniadlı mikotoponim Qubadlı rayonunun Hal kəndinin şm.-q.-inda qeyde alınmışdır. Qovşut bəzi tədqiqatçılara görə, vaxtilə bir sıra türk xalqlarında şəxs adı kimi geniş işlenmişdir. Ermənistan ərazisindəki Qovsut oykonimini bezi tədqiqatçılar kəndin coğafi mövqeyi ilə, yəni iki çayın qovuşduğu yerdə olması ila əlaqəlandirirlər.[2]
Əsas təsərrüfatı heyvandarlıq idi.
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |