Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qonqurdağ
Qonqurdağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayı ilə onun qolu Tutqunçayın suayrıcındadır. Hündürlüyü 2770 m. Qonur formasında da qeydə alınmişdir. Coğrafi ad qonur sözünün qədim “nq” qovuşuq səsli formasıdır. Dağın adı vulkan mənşəli olmasına görə qonura çalan şlakin rəngi ilə bağlıdır. Oronim qonqur (qonur) və dağ komponentlərinin birləşməsindən düzəlmişdir.