Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muzaffer Şerif
Muzaffer Şerif (29 iyul, 1906, İzmir, Türkiyə – 16 oktyabr, 1988, Alyaska, ABŞ) türk əsilli ABŞ sosial psixoloqu idi (en. Muzafer Sherif). Muzaffer Şerifin tədqiqatları qrupdaxili prosesləri və qruplar arası münasibətləri əhatə edirdi. Onun qrup dinamikasını öyrənən Quldurlar mağarası eksperimenti daha çox tanınır. == Karyera == M. Şerif 1927-ci ildə İzmirdə Amerika Beynəlxalq Kollecini bitirərək bakalavr dərəcəsini, 1929-cu ildə İstanbul Universitetini bitirərək master dərəcəsini qazandı. Bundan sonra o Amerikaya getdi və Harvard Universitetində təhsilini davam etdirərək 1932-ci ildə ikinci dəfə master dərəcəsini aldı. Şerif doktorluq dərəcəsini 1935-ci ildə Kolumbiya Universitetində qazandı. Karyerası boyunca M. Şerif Yale Universitetində, Oklahoma, Texas, Vaşinqton, Pensilvaniya Universitetlərində psixologiya, sosiologiya, psixiatriya sahələri üzrə aparıcı mütəxəssis kimi çalışmışdır. 1936-cı ildə Şerif konformluğun öyrənilməsində görkəmli yer tutan bir təcrübə apardı. Avtokinetik effekt əsasında qurulmuş bu təcrübə ilə Şerif göstərdi ki, qrupda konvergensiya prosesi necə gedir və qrup normaları necə yaranır.1954-cü ilin yayında M. Şerif Quldurlar mağarası eksperimentini aparmışdır.
Muzaffer Kılıç
Ahmet Muzaffer Kılıç (1895, İstanbul - 14 iyul 1959) — türk əsgəri və siyasətçisidir. O, 1918-ci il avqustun 7-dən noyabırın 13-nə kimi 4 ay, ikinci dəfə 16 may 1919-cu il - 1 iyul 1927-ci il tarixləri arasında 8 il, ümumilikdə 8 il 4 ay olmaqla iki dəfə Mustafa Kamal Atatürkün müvəkkili kimi xidmət etmişdir. == Həyatı == O, İstanbulun Silivrikapı məhəlləsində, Qafqaz əsilli Topqapı sarayı Nizamiyə Batalyonunun komandiri mayor Əli Rıza bəyin oğlu olaraq dünyaya gəlib. 1911-ci ildə Kuleli Hərbi Liseyinə daxil olmuş və həmin vaxt sonuncu kursda oxuyarkən 28 iyul 1914-cü ildə I Dünya Müharibəsi başlamışdır. 1914-cü il oktyabrın 29-da Osmanlı İmperiyasının da müharibəyə qaşılması ilə orduda yeni birliklər yaradıldığı üçün böyük sayda zabitə ehtiyac yaranıb. Artan zabit ehtiyacını ödəmək üçün daha əvvəl bağlanmış Pangaltıdakı Hərbi Akademiyada tələbələr üçün açılan qısamüddətli zabit hazırlığı kursuna qatılıb. Təxminən 10 aya yaxın davam edən təlimdən sonra 14 iyul 1915-ci ildə 1330 (1914)-N.35 qeydiyyat nömrəsi ilə 1-ci Ordu Komandanlığına zabit müavini (ikinci leytenant) rütbəsində təyin edilmiş və artilleriya alayında akkumulyator komandiri vəzifəsinə təyin edilmişdir. O, Artilleriya Məktəbində imtahan vermiş və zabit olmaq üçün kafi olduğu üçün məzun edildikdən sonra leytenant rütbəsinə qəbul olunmuşdur. Sərəncamında olan artilleriya batareyası ilə Mərmərə dənizindən İstanbul Sarayburnuya qədər irəliləyərək limandakı nəqliyyat gəmilərini bombalamaq istəyən düşmən sualtı qayıqlarının qarşısını almaq tapşırılmışdı. Qeydiyyat nömrəsinin ortasındakı “N” hərfi onun Kuleli Hərbi Liseyini zabit namizədi kimi bitirdiyini və hazırlıq kursunda iştirak etdiyini göstərir.
Apus caffer
Apus caffer (lat. Apus caffer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Brenda Şaffer
Brenda Şaffer (1965, ABŞ) — Amerikalı-İsrailli professordur. Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidenti, elmlər doktoru, professor, siyasi xadim. == Bioqrafiyası == Brenda Şaffer 1950-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olmuşdur. Doktorluq dissertasiyasını Təl-əviv universitetində müdafiə etmiş, bir neçə il həmin universitetdə tədqiqatçı və İsrail dövləti üçün siyasi təhlilçi olaraq çalışmışdır. Harvard universiteti nəzdindəki Kennedi hökumət məktəbində Xəzər təhsil proqramının araşdırma sədri kimi fəaliyyət göstərib. Hal hazırda siyasi elmlər sahəsi üzrə Haifa universitetində və Azərbaycan Diplomatik Akademiyasında çalışır. Professor Şaffer "Enerji Siyasəti" kitabının müəllifi və beynəlxalq münasibətlərdə enerji və Qafqaz regionunda enerji təhlükəsizliyi üzrə ekspertdir. Dr.Şaffer həmçinin Qafqazda kimlik və mədəniyyət mövzusu üzrə kitab müəllifidir. Hazırda ABŞ-nin Vaçiqton şəhərindəki Corctaun Universitetinin professorudur. İngilis, türk, rus, Azərbaycan və ivrit dillərini bilir.
Scolymocephalus caffer
Protea caffra (lat. Protea caffra) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Syncerus caffer
Adi Afrika kəli (lat. Syncerus caffer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin afrika kəli cinsinə aid heyvan növü. Afrikada geniş yayılmışdır. Hazırda Afrika kəli (Syncerus) cinsinin yeganə nümayəndəsidir. Afika kəli müasir iri heyvanlardandır. Fərdləri daha böyük olan yarımnövlərinin yetkin erkəklərinin kütləsi bəzən 1000 kq-ı aşsa da, kütləsi 900 kq olanlarının sayı da az deyil. Nadir hallarda bədəninin uzunluğu 3-3,4 m, kütləsi 1300 kq-a çatan yaşlı fərdlərə də rast gəlinir. Eyni zamanda adi Afrika kəlinin bəzi yarımnövləri nəzərəçarpacaq dərəcədə kiçik ölçülərə malikdir. Bununla yanaşı, meşə kəlləri Savannanın nisbətən kiçik sakinləridir. == Yarımnövləri == S. c.
Əl-Qaffar
Əl-Qaffar (ər. الغفّار) — Allahın adlarından biri. Daim əfv edən, bütün günahları örtən deməkdir. Bu ad “örtmək”, “gizlətmək”, “çirklərdən qorumaq” mənasını verən “ğafr” kökündən törəmişdir. “əl-Ğafir” kəlməsi Qurani-Kərimdə iki dəfə, “əl-Ğafur” doxsan bir dəfə, “əl-Ğaffar” beş dəfə keçmişdir: “Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan sonra tövbə edib özlərini islah edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir!”. Qüdsi hədislərdən birində Allah-Təalanın belə buyurduğu deyilir: “Ey insanoğlu! Sən yer üzünü dolduracaq qədər günah işləsən də, əgər mənə heç bir şeyi şərik qoşmamısansa, səni sonsuz məğfirətlə qarşılayaram”. Bu ad bizə Mövlananın “Yüz dəfə, min dəfə tövbəni pozmuş olsan da, yenə gəl!” sözlərini xatırladır. Çünki insan daim günah işləməyə meyillidir.
Mirzə Qaffar xan Zunuzi
Mirzə Qaffar xan Zunuzi, Hac Həsən oğlu, Zunuzun Mircan məhəlləsindən Məşrutə hərəkatının sərdarlarından idi və qardaşları Mirzə Cabbar, Mirzə Səttar və Teymur Aqa ilə birlikdə Məşrutə hərəkatına böyük xidmət ediblər.O, Heydər xan Əmioğlunun tərəfdarlarından idi və Heydər xan Əmioğlu, İrandan gedəndən sonra qara paltar geydi və dedi Heydər xan Əmioğlu qayıdana dək qara paltarlı qalacaq, Heydər xan Əmioğlunu bir daha görmədi və Siyahpuş (Qara paltarli) adlandırılırdı, ailəsi isə Siyahpuş soy adını seçdilər. Mirzə Qaffar xan Zunuzi, usta yazıçı və mahir natiq idi və şeirdə deyərdi.Bu şeiri Təbrizdə nitq və çıxış zamanı deyib: آ قارداشلار هارای سالین جوشه گلسین کاینات/A qardaşlar haray salın coşa gəlsin kainat دونیایا تا ثابت اولسون بیزده کی عزم و ثبات/Dünyaya ta sabit olsun bizdəki əzm o sibat ذلته عمده مرجح دور شرفلی بیر ممات/Zillətə ümdə mürəccəh dir şərəfli bir məmat ملته لازم دگیل دور بئیله افسرده حیات/Millətə lazim deyil dir beylə əfsürdə həyat ظلم و استبداد دووری درد و یاس ایامیدور/Zülm o istibdad dövrü dərd o yas əyyamidir آ قارداشلارقان توکون قان توکمه گون ایامیدور/A qardaşlar qan tökün qan tökmə gün əyyamidir O,Məşrutə hərəkatından sonra jandarmada zabit dərəcəsi(sinifi) ilə xidmət etmişdir və polkovnik sinfinə qədər tərəqqi etmişdir.
Muzaffər Şəkər
Muzaffər Şəkər (1961, İzmir) — türk akademik. Türkiyə Elmlər Akademiyasının prezidenti. == Həyatı == 1961-ci ildə İzmirdə anadan olub. Konyada qeydiyyatda olan Muzaffər Şəkər 1986-cı ildə Bursa Uludağ Universitetində baytarlıq fakültəsini bitirib.1995-ci ildə İngiltərənin Leicester Tibb Universitetində İnsan Anatomiyası üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Səlcuq Universiteti Məram Tibb Fakültəsinin Anatomiya kafedrasının müdiri idi. Eksperimental Təbabət Tədqiqat və Tətbiq Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. 2000-ci il Səlcuq Universitetində dosent oldu. Həmin universitetdə 2006-cı ildə professor elmi adını almışdır. Türkiyə Anatomiya və Klinik Anatomiya Dərnəyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.