MUZ
MUZIR
OBASTAN VİKİ
Muzaffer Şerif
Muzaffer Şerif (29 iyul, 1906, İzmir, Türkiyə – 16 oktyabr, 1988, Alyaska, ABŞ) türk əsilli ABŞ sosial psixoloqu idi (en. Muzafer Sherif). Muzaffer Şerifin tədqiqatları qrupdaxili prosesləri və qruplar arası münasibətləri əhatə edirdi. Onun qrup dinamikasını öyrənən Quldurlar mağarası eksperimenti daha çox tanınır. == Karyera == M. Şerif 1927-ci ildə İzmirdə Amerika Beynəlxalq Kollecini bitirərək bakalavr dərəcəsini, 1929-cu ildə İstanbul Universitetini bitirərək master dərəcəsini qazandı. Bundan sonra o Amerikaya getdi və Harvard Universitetində təhsilini davam etdirərək 1932-ci ildə ikinci dəfə master dərəcəsini aldı. Şerif doktorluq dərəcəsini 1935-ci ildə Kolumbiya Universitetində qazandı. Karyerası boyunca M. Şerif Yale Universitetində, Oklahoma, Texas, Vaşinqton, Pensilvaniya Universitetlərində psixologiya, sosiologiya, psixiatriya sahələri üzrə aparıcı mütəxəssis kimi çalışmışdır. 1936-cı ildə Şerif konformluğun öyrənilməsində görkəmli yer tutan bir təcrübə apardı. Avtokinetik effekt əsasında qurulmuş bu təcrübə ilə Şerif göstərdi ki, qrupda konvergensiya prosesi necə gedir və qrup normaları necə yaranır.1954-cü ilin yayında M. Şerif Quldurlar mağarası eksperimentini aparmışdır.
Muzaffer Kılıç
Ahmet Muzaffer Kılıç (1895, İstanbul - 14 iyul 1959) — türk əsgəri və siyasətçisidir. O, 1918-ci il avqustun 7-dən noyabırın 13-nə kimi 4 ay, ikinci dəfə 16 may 1919-cu il - 1 iyul 1927-ci il tarixləri arasında 8 il, ümumilikdə 8 il 4 ay olmaqla iki dəfə Mustafa Kamal Atatürkün müvəkkili kimi xidmət etmişdir. == Həyatı == O, İstanbulun Silivrikapı məhəlləsində, Qafqaz əsilli Topqapı sarayı Nizamiyə Batalyonunun komandiri mayor Əli Rıza bəyin oğlu olaraq dünyaya gəlib. 1911-ci ildə Kuleli Hərbi Liseyinə daxil olmuş və həmin vaxt sonuncu kursda oxuyarkən 28 iyul 1914-cü ildə I Dünya Müharibəsi başlamışdır. 1914-cü il oktyabrın 29-da Osmanlı İmperiyasının da müharibəyə qaşılması ilə orduda yeni birliklər yaradıldığı üçün böyük sayda zabitə ehtiyac yaranıb. Artan zabit ehtiyacını ödəmək üçün daha əvvəl bağlanmış Pangaltıdakı Hərbi Akademiyada tələbələr üçün açılan qısamüddətli zabit hazırlığı kursuna qatılıb. Təxminən 10 aya yaxın davam edən təlimdən sonra 14 iyul 1915-ci ildə 1330 (1914)-N.35 qeydiyyat nömrəsi ilə 1-ci Ordu Komandanlığına zabit müavini (ikinci leytenant) rütbəsində təyin edilmiş və artilleriya alayında akkumulyator komandiri vəzifəsinə təyin edilmişdir. O, Artilleriya Məktəbində imtahan vermiş və zabit olmaq üçün kafi olduğu üçün məzun edildikdən sonra leytenant rütbəsinə qəbul olunmuşdur. Sərəncamında olan artilleriya batareyası ilə Mərmərə dənizindən İstanbul Sarayburnuya qədər irəliləyərək limandakı nəqliyyat gəmilərini bombalamaq istəyən düşmən sualtı qayıqlarının qarşısını almaq tapşırılmışdı. Qeydiyyat nömrəsinin ortasındakı “N” hərfi onun Kuleli Hərbi Liseyini zabit namizədi kimi bitirdiyini və hazırlıq kursunda iştirak etdiyini göstərir.
блонди́нчик гло́бус оглуши́тельность паду́чая перепира́ться рыжеу́сый сам собо́й фасо́ванный эстети́чески ветерина́рный ве́ялка лу́чше освежа́ться переизбра́ть подтира́ть постила́ться шевро́ позыватый bedding-out overwritten polyphagia systems analyst vinose агентство вымышленный