Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qatran
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur. O, əsasən qızdırıldıqda əriyən, alovla qaynayan, suda həll olunmayan amorf şəkilli kütlə halında olur. Qatranların çox hissəsi spirt və efirdə asanlıqla həll olur və müxtəlif rəngsiz və iysiz maddəyə çevrilir. Qatranlar kimyəvi tərkibinə görə karbonlu və hidrogenli olur, amma oksigen və azotu qəbul etmir. Qatran turşusu və trepenlər formal olaraq eyni kimyəvi əsasdan ibarətdir. Trepenlər və trepenoidlərə tez-tez yağ turşusu ilə birləşmə şəklində tropik regionlarda iynəli ağaclarda rast gəlinir. Sənaye üçün lazımlı trepen və qatran vericiləri kimi böcəklərdir. Burada qatranın miqdarı 2-10% təşkil edir. Daha sonra ən çox qatran ağacların köklərində olur. Bu qatranlar ya ağacı kəsməklə, ya ağac və ya kökünün ekstraksiyası ilə, ya da sellülozanın hazırlanması zamanı əmələ gələn əlavə maddə kimi əldə olunur.
Qutran
Qutran (fr. Goutrens, oks. Gotrens) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rinyak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 20 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 445 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 238 nəfər (15-64 yaş arasında) arasında 185 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77,7%, 1999-cu ildə bu 68.1%).
Horasio Quarani
Eraklio Katalin Rodrigez Sereyyo, — Daha çox Horasio Quarani (May 15, 1925 – Yanvar 13, 2017) adı ilə tanınan Argentina folklorunun görkəmli musiqiçi nümayəndələrindən biridir. O, həm də yazıçı idi. Quarani 13 yanvar 2017-ci ildə 91 yaşında vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Horasio Quarani ilə əlaqəli mediafayllar var.
Quarani dili
Quarani dili, Ava dili (avañe'ẽ), və ya Paraqvay Quarani dili- Cənubi Amerikanın yerli dillərindən ki Tupian dillərinin Tupi-Quarani yarımqrupuna məxsusdur.Paraqvayın rəsmi dillərindən biridir (İspan dili ilə birlikdə) və əhalinin çoxluğunun danışdığı dildir və kənd əhalisinin yarısı tək dillidir. Bu dil qonşu ölkələrdə o cümlədən Argentinanın şimal-şərq hissələrində, cənub-şərq Boliviyada və cənub-qərb Braziliyada quarani icmaları tərəfindəndə danışılır və 2004-cü ildən Argentinanın Korrientes vilayətində ikinci rəsmi dildir, həmçinin Merkosurun rəsmi dilidir.
Quarani müharibəsi
Quarani müharibəsi (isp. Guerra Guaranítica, port. Guerra Guaranítica) — 1754-1756-ci illər ərzində Quarani qəbilələri və İeuzit reduksiya ailələri ilə İspan və Portuqal birləşmiş qüvvələri arasında baş vermişdir. Müharibənin nəticəsi olaraq Madrid anlaşması bitmiş və bununla da Cənubi Amerikada müstəmləkələrin sərhədləri dəqiqləşmişdir. == Səbəbləri == 1750-ci ildə bağlanmış Madrid anlaşmasına görə Cənubi Amerikada müstəmləkə sərhədləri müəyyənləşir. Sərhəd Uruqvay çayı olaraq götürülür. Portuqaliya çayın şərq sahillərində torpaq sahələri əldə edir. Çayın bu hissəsində olan İezuit ailələri (San-Miqel-das-Misoys, Santu-Anjelo, San-Lorenso-Martir, San-Nikolas, San-Xuan-Baustisa, San-Luis-Qonzaqa və Barjo) 29 000 əhali ilə çayın qərb sahilinə köçürülməli idi. Bu əhalinin cəmi bir il ərzində köçürülməsi təmin edilməli idi. Quaraniləri dirənişlərindən çəkinən və bundan istifadə edə bilərək itirilmiş bölgələrdə tax-tacdan kənar dövlət qura bilmələrindən çəkinən krallar, İspaniya və Portuqaliya dövlətləri arasında gizli anlaşma imzalayırlar.
Mavi qatarın sirri
Mavi qatarın sirri (ing. The Mystery of the Blue Train) — Aqata Kristi tərəfindən yazılmış detektiv janrda roman. == Mövzu == Aqata Kristinin detektiv əsərlərindən Mavi Qatarın Sirri adlı əsəri uşaqlar və eyni zamanda gənclər tərəfindən olduqca bəyənilərək oxunur.Əsərdə hadisələr Amerika milyonçusu Van Aldinin qızı Rutun Mavi qatarda ölümü ilə bağlıdır.Rut Derek ilə evlidir.Lakin o Qraf Roşu sevir və Qraf Roşun yanına Fransaya getmək üçün Mavi qatara minir.Qatarda bir gecənin içində qətlə yetirilir.Əvvəlcə hər kəs Derek və Qraf Roşdan şübhələnir.Lakin əsərin sonunda Erkül Puaro qatilin kim olduğunu üzə çıxarır. == Mənbə == Aqata Kristi haqqında kitab.
La-Sota vağzalına qatarın gəlməsi
La-Sota vağzalına qatarın gəlməsi (fr. L'arrivée d'un train en gare de La Ciotat) — 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş ağ-qara, qısametrajlı, səssiz, sənədli film. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutub. Lümyer qardaşlarının ən məşhur filmi kimi bu film rusdilli mənbələrdə "Qatarın gəlməsi" və "Poçt qatarının gəlməsi" kimi də hallanır. == Süjet == Süjetin sadəliyinə baxmayaraq film geniş şöhrət qazanıb (ekranda yalnız qatarın gəlməsi, şəhər boyunca hərəkət edən sərnişinlər və La-Sota vağzalının dəmir yolu platforması nümayiş etdirilir). Filmdə bəzi nümayişlər əsasən qatarın hərəkətini təsvir edən hissələr psixoloji cəhətdən bunu qəbul etməyə hazır olmayan insanlar arasında vahimə doğururdu. == İstehsal == Bu 50 saniyəlik film Fransanın Buş-du-Ron departamentində, La-Sota kommunasında çəkilib. Film kinoaparat və çap dəzgahının köməyi ilə kinematoqraf vasitəsilə çəkilib. Lümyer qardaşlarının ilk filmlərinin hamısındakı kimi bu film də 1.33:1 nisbətində olan 35 mm-lik kino lentdə hazırlanmışdı. == Reaksiya == Film kino dünyasında məşhur olan şəhər əfsanəsi ilə bağlıdır.
Qatarın dəmiryol stansiyasına daxil olması (film, 1898)
== Məzmun == Kinosüjetdə qatarın Bakı dəmiryol stansiyasına daxil olması anları lentə alınmışdır. == Film haqqında == Bu kinolent xaraktercə dünya kino tarixinin başlanğıcında Lümyer qardaşlarının çəkdikləri eyni adlı filmin təkrarı idi. Bununla belə o reportaj manerasında lentə alınmış hadisəli informasiya süjetidir. Lentə alınan qatarın kinokameranın üstünə gəlməsi özü-özlüyündə kinematoqrafik situasiya yaratmış və tamaşaçıda ekspressiv-coşğun duyğular oyadaraq, onun hiss və həyəcanına fəal şəkildə təsir etmişdir. Şahidlərin yazdığına görə və kino tarixi ilə bağlı tədqiqatlardan məlum olur ki, Lümyer qardaşlarının ixtirasının ilk nümayişi zamanı tamaşaçılar parovozun ekran boyu sürətlə onların üstünə gəldiyini görüb qorxuya düşmüş və hay-küylə kafedən bayıra qaçmışlar. Şübhəsiz, həmin hadisə Bakıda da təkrar olunmuşdur. Bu kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.