QƏTNAMƏ
QƏTRANLAMA
OBASTAN VİKİ
Qətran
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur. O, əsasən qızdırıldıqda əriyən, alovla qaynayan, suda həll olunmayan amorf şəkilli kütlə halında olur. Qatranların çox hissəsi spirt və efirdə asanlıqla həll olur və müxtəlif rəngsiz və iysiz maddəyə çevrilir. Qatranlar kimyəvi tərkibinə görə karbonlu və hidrogenli olur, amma oksigen və azotu qəbul etmir. Qatran turşusu və trepenlər formal olaraq eyni kimyəvi əsasdan ibarətdir. Trepenlər və trepenoidlərə tez-tez yağ turşusu ilə birləşmə şəklində tropik regionlarda iynəli ağaclarda rast gəlinir. Sənaye üçün lazımlı trepen və qatran vericiləri kimi böcəklərdir. Burada qatranın miqdarı 2-10% təşkil edir. Daha sonra ən çox qatran ağacların köklərində olur. Bu qatranlar ya ağacı kəsməklə, ya ağac və ya kökünün ekstraksiyası ilə, ya da sellülozanın hazırlanması zamanı əmələ gələn əlavə maddə kimi əldə olunur.
Qətran Təbrizi
Qətran Təbrizi (1009 və ya 1012, Şadiabad, Şərqi Azərbaycan ostanı – 1072 və ya 1088, Təbriz) — Təbriz yaxınlğında Şadiabad kəndində anadan olmuş şair və dilçi alim, farsdilli Azərbaycan saray ədəbiyyatının ilk görkəmli nümayəndəsi. XI əsrdə yaşamış Qətran Təbrizinin (1012–1081) ana dili fars dili olmuşdur. Onun bizə gəlib çatmış "Divan"ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarətdir. Bizə gəlib çatmamış əsərləri arasına "Təfasir fil-lüğətil-fürs" (Fars dilinin izahlı lüğəti), "Qövsnamə" (və ya Quşnamə) və "Vamiq və Əzra" əsərləri daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qətran Təbrizi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Qətran Təbrizi 1012-ci ildə Təbriz yaxınlığındakı Şadiabad kəndində anadan olmuşdur. Şairin tam adı Əbu Mənsur Qətran Cili Azərbaycanidir. İlk təhsilini Şadi-abadda almış, sonra Təbrizdə oxumuşdur. Qətran Təbrizinin zamanında Şəddadilər dövlətinin paytaxtı olan Gəncə çox inkişaf etmiş bir şəhər idi və Şərqin bir çox ölkələrindən alimlər, şairlər, memarlar, sənətkarlar Gəncəyə axışırdı. Qətran da təhsilini başa vurduqdan sonra buraya gəlir.
Ətirli qətran
Qışlaq-i Qətranlıhacıməhəmmədkəndi (Pərsabad)
Qışlaq-i Qətranlıhacıməhəmmədkəndi (fars. قشلاق قيطرانلوحاج محمدكندي‎‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 462 nəfər yaşayır (107 ailə).
Qətranlı akasiya
Qətranlı akasiya (lat. Acacia gummifera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Qətranlı psoralea
Bituminaria bituminosa (lat. Bituminaria bituminosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin bituminaria cinsinə aid bitki növü. Aspalthium bituminosum (L.) Fourr. Aspalthium frutescens Medik. Bipontinia bituminosa (L.) Alef. Lotodes bituminosum (L.) Kuntze Psoralea bituminosa L. Psoralea frutescens Poir. Psoralea punctata F.Dietr. Rhynchodium bituminosum (L.) C.Presl Bituminaria bituminosa subsp. bituminosa Bituminaria bituminosa subsp.
Qətranlı südləyən
Qətranlı südləyən (lat. Euphorbia resinifera) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Qətranlısultani (Pərsabad)
Qətranlısultani (fars. قيطرانلوسلطاني‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 258 nəfər yaşayır (53 ailə).

Digər lüğətlərdə