Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurdoğlu Müslihəddin Rəis
Qurdoğlu Müslihəddin Rəis (türk. Kurtoğlu Muslihiddin Reis; lat. Curtogoli) — Osmanlı imperiyasının admiralı, eləcə də Rodosun sancaqbəyi. O, Osmanlı dəniz qüvvələrinə komandanlıq etmiş, bu dövrdə Osmanlının Misiri (1517) və Rodosu (1522) fəthlərində mühüm rol oynamışdır. Qurdoğlu Müslihəddin Rəis həmçinin, Süveyşdə yerləşən Osmanlı Hind Okeanı Donanmasının yaradılmasına kömək etmişdir. Donanmaya daha sonra oğlu Qurdoğlu Xızır Rəis komandirlik etmişdir. == Erkən həyatı == Qurdoğlu adı türkcə "canavarın oğlu" mənasını verir. Atasından götürdüyü bu epitet Müslihəddinin atası, Anadoludan olan türk dənizçisi Qurd Əhməd Rəisin adından götürülmüşdür. Qurt Əhməd Rəis Fateh Sultan Mehmedin donanmasında xidmət etmiş dənizçilərdən biri kimi tanınır. O, bir müddət dənizdə xidmət etsə də, yaşlandıqca yerini böyük oğlu Müslihəddinə buraxmışdır.