Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bakı Qulaqları
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Qulaqaltı vəzi
Qulaqaltı vəzi (glandula parotidea) — ağız suyu vəzlərinin ən böyüyüdür. O, qulaq seyvanının aşağı ön tərəfində, çənəarxası çuxurda yerləşir. Qulaqaltı vəzi quruluşca mürəkkəb alveollu vəzilərə, vəzifəcə seroz vəzilərə aiddir. Vəzin çəkisi 30 qram olub, ayrı-ayrı paycıqlardan təşkil olunub. Çeynəmə əzələsinin fassiyasından əmələ gəlmiş kapsula ilə örtülmüşdür. Paycıqların ağız suyu vəziləri birləşərək paycıq axacaqlarını, onlar da birləşrək paycıqlararası axacaqları, onlar da öz növbəsində birləşərək qulaqaltı axacağı əmələ gətirirlər. Qulaqaltı vəzin axacağı (ductus parotidea) 5-6 sm uzunluğunda və 2-3 mm diametrində olub, yuxarı ikinci böyük azı dişin bərabərində selikli qişadan əmələ gəlmiş qulaqaltı vəzin məməciyi üzərində, digər böyük ağız suyu vəzilərindən fərqli olaraq ağız dəhlizinə açılır. Qulaqaltı vəzinin innervasiyası hissi, simpatik və parasimpatik sinirlərlə həyata keçirilir. Qulaqaltı vəzin cismindən üz siniri keçir.
Ştramber qulaqları
Ştramber qulaqları (çex. Štramberské uši) - bu şirniyyat kişilər tərəfindən kəşf edilib. == Tərkibi == Şirniyyatın xəmrinə əsas bal, o cümlədən də, müxtəlif ədviyyatlar (qərənfil, darçın və s) əlavə edilir. Ancaq əsas tərkibi Ştramber kulinariyasında gizlənilir. == Əfsanə == 1241-ci ildən Ştramber qulaqları bişirilməyə başlanılıb.. Belə ki, monqol-tatar müharibəsi zamanı Moğol imperiyasının qərbə hücumu zamanı bu yemək daha da geniş sahəni əhatə etməyə başlayır. == Hazırlanması == Una bal və yağ əlavə edilir. Una ilk növbədə yağ qatılır və yoğrulur. Bundan sonra digər inqredientlər əlavə edilir. Bundan sonra 180 dərəcədə üzü qızarana qədər bişirilir.
Bakı Qulaqları (Kərkəs dağı)
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Gülağası Mirzəyev
Gülağası Ağahüseyn oğlu Mirzəyev (18 aprel 1978, Bakı) — Azərbaycan balet solisti, Azərbaycan Respublikasının xalq artisti (2013). == Həyatı == Mirzəyev Gülağası Ağa Hüseyn oğlu 1978-ci il aprel ayının 18-də Bakı şəhərində anadan olub. 1984-cü ildən 1987-ci ilədək 6 saylı orta məktəbdə təhsil alıb. 1987-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin klassik şöbəsinə daxil olmuş və 1995-ci ildə balet artisti ixtisası ilə həmin məktəbi bitirib. Əmək fəaliyyətinə 1994-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasında balet artisti vəzifəsində başlayıb. 1999-cu ildən indiyə kimi kimi teatrın aparıcı səhnə ustası vəzifəsində çalışır. Dəfələrlə Azərbaycan Respublikasının Opera və Balet teatrının balet truppasının tərkibində xarici ölkələrdə qastrol səfərlərində iştirak edib, və beynəlxalq festivallarında Azərbaycan Respublikasını təmsil etmişdir. 2006–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb. 2015-ci ildə Moskva Müasir Humanitar Akademiyasını (sənətşünaslıq bakalavr pilləsi) bitirib. 2015-ci ilin noyabr ayından 2016-cı ilin fevral ayına kimi Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbər vəzifəsində işləmişdir.