Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülbəndə
Gülbəndə — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Güllücə
Güllücə (lat. Lathyrus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Birillik və ya çoxillik çiçəkli bitkidir. 160-a yaxın növü məlumdur. Əsasən mülayim iqlimi olan yerlərdə yayılıb. Avropada 52, Şimali Amerikada 30, Asiyada 78, tropik iqlimli Şərqi Afrikada 24, Cənubi Amerikanın mülayim iqlimli zonasında 24 növü yayılmışdır.
Gültəpə
Gültəpə (Əbhər)
Günbələ
Günbələ (fars. گنبله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 298 nəfər yaşayır (91 ailə).
Qulbəndə
Qulbəndə — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Küləcə
Küləcə — belə qədər düz, ətəyi büzməli olan qadın üst geyimi.Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olur. Küləcə əsasən, məxmər və tirmədən tikilir. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilir. Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan—Ordubad zonasından başqa, topuğa qədər olur. Naxçıvan—Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirlər. Tuman 10–12 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilir. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı və alt tumanı deyilir. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilir. Keçi sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olur. Tumanlar çitdən tutmuş tirməyə qədər hər cür parçadan tikilir.
Gülbacı İmanova
Gülbacı İmanova (13 fevral 1956, Bakı) — Azərbaycanın tanınmış dirijoru. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru,Azərbaycan Respublikasının xalq artisti(2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Gülbacı Əliəkbər qızı İmanova 1956-cı il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur.1980-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsini bitirmişdir.1980-cı ildən BMA-da «xor dirijorluğu» ixtisasından və xor fənnlərinin metodikasından dərs deyib.1993-cü ildən etibarən Bakı Musiqi Akademiyasında dirijorluq kafedrasında çalışır.1989-cu ildən Ş. Məmmədova adına Opera studiyasında baş xormeyster kimi fəaliyyət göstərir.1996-cı ildə Azərbaycan Dövlət Xor Kapellasına bədii rəhbər və baş dirijor vəzifəsinə təyin edilib. Hazırda bu vəzifədə çalışır.2000-ci ilin oktyabr ayında «Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi» fəxri adına,2005-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülmüşdür1999-cu ildə BMA-nın «dirijorluq» kafedrasına dosent vəzifəsinə müsabiqə ilə keçmişdir. Hal-hazırda kafedranın professoru vəzifəsində çalışır.1996-cı ildə Gürcüstan respublikasının Mədəniyyət nazirliyinin, eləcə də prezident E. A. Şevardnadzenin fəxri fərmanlarına layıq görülmüşdür.1999-2000-ci illərdə G. İmanova Türkiyə Cümhuriyyətinin fəxri fərmanlarına və mükafatlarına layıq görülüb.Müəllimlik etdiyi vaxtdan bir sıra dirijor-xormeyster yetişdirmişdir. Onlar arasında 5 magistr, 10 bakalavr və assistent-aspirant var.Evlidir. 3 övladı var == Mükafatları == 1996. Gürcüstan respublikasının mədəniyyət nazirliyinin, və prezident E. A. Şevardnadzenin bir çox fəxri fərmanları 1999-2000. Türkiyə Cümhuriyyətinin fəxri fərmanları və mükafatları 2000. "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adı 2005.
Gülbədən bəyim
Gülbədən bəyim (təq. 1523, Kabil – 7 fevral 1603, Aqra) — Baburun üç qızından biri, tarixçi, "Hümayunnamə"nin müəllifi.
Güldərə (Kəleybər)
Güldərə (fars. گلدرق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (43 ailə).
Güldərə rayonu
Güldərə rayonu - Əfqanıstanın Kabil vilayətinin şimal-qərb hissəsində yerləşən rayon. == Haqqında == 25.213 nəfər əhalisi var. Əhalisinin 70%-i taciklər, 30%-i isə puştunlardır. Güldərə rayonu qərbdən Pərvan vilayəti, şimaldan Fərze rayonu, şərqdən Qarabağ, Kələkan və Mir Baça Kot rayonları, cənubdan isə Şəkərdərə rayonu ilə hüdudlanır. Mərkəzi Güldərə olan bu rayonun tərkibində 45 kənd var.
Güllücə (Abaran)
Güllücə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim güllü sözünə sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin qoşulması əsasında əmələ gəlib «güllü, çiçəkli ərazidə yerləşən kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 15. VI. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vardenis (Güllü) qoyulmuşdur.
Güllücə (Amasiya)
Güllücə — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 24 km şimal-qərbdə, Arpa gölünün şimal sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndi adı Gyulica, Gyulluca formalarında da əksini tapır. Toponim gül sözünə sifət düzəldən -lü və sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir və onlar xalq kimi qeyd edilir. Qarapapaqlar azərbaycanlılarn formalaşmasında iştirak edən türk tayfalarından - azərbaycanlılarn etnoqrafik qruplarından biridir.
Güllücə (Xoreşrüstəm)
Güllücə (fars. گلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Yerləşməsi == Kənd Xoreşrüstəm bəxşində, Xoreşrüstəm-cənubi dehistanında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (12 ailə).
Güllücə (dağ)
Güllücə — Azərbaycan Respublikası Xocavənd rayonunun ərazisində, Qarabağ silsiləsinin cənub hissəsində dağ aşırımı. Ziyarət zirvəsindən bir qədər Şimalda yerləşir. Hündürlüyü 2387 m. Maldar ellərin yaylaq yurdlarından biri olan Güllücə gul-çiçəklə zəngin olduğu üçün belə adlandırılmışdır.
Güllücə (dəqiqləşdirmə)
Güllücə — paxlakimilər fəsiləsinə aid bitki cinsi. Güllücə (dağ) — Xocavənd rayonunda dağ. Güllücə (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Güllücə (Xalxal) — Ərdəbil ostanı, Xalxal şəhristanında kənd. Güllücə (Xoreşrüstəm) — Ərdəbil ostanı, Xalxal şəhristanında kənd. Güllücə (Amasiya) — Amasiya rayonunda kənd. Güllücə (Abaran) — Abaran rayonunda kənd. Güllücə (Pəmbək) — Pəmbək mahalında kənd. Güllücə (Kotayk) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Güllücə (İcrud)
Güllücə (fars. گليجه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (7 ailə).
Güllücə (Əbhər)
Güllücə (fars. گلجه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (19 ailə).
Gülnənə Mustafayeva
Gülnənə Məhəmməd qızı Mustafayeva (5 iyun 1915, Afurca, Quba qəzası – ən tezi 1989, Beynəlmiləl, Dəvəçi rayonu) — Azərbaycan xalça ustası; "Stalin" mükafatı laureatı (1950). == Həyatı == 1943–1960-cı illərdə Qonaqkənd xalça artelində toxucu, sex müdiri, artelin sədri vəzifələrində işləmiş, 1960–1968-ci illərdə Qonaqkənddəki "Qumaş" xalça fabrikində fəaliyyət göstərmişdir. == Toxuduğu xalçalar == Onun toxuduğu "Qolluçiçi", "Açgülçiçi", "Herat-Pirəbədil" və s. çeşidli xalçalar Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, Azərbaycan Tarix Muzeyində və digər muzeylərdə saxlanılır. Bilavasitə onun iştirakı ilə toxunmuş "İ.V. Stalin" xalçası (ili: 1949, ölçüsü: 70 m²; saxlandığı yer: Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı) yüksək bədii keyfiyyətə malikdir.
Gültəpə (Kövsər)
Gültəpə (fars. گل تپه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 31 nəfər yaşayır (9 ailə).
Gültəpə (Marağa)
Gültəpə (fars. ‎‎‎گل تپه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,013 nəfər yaşayır (214 ailə).
Gültəpə (Quba)
Gültəpə (əvvəlki adı: Təkə Şıx) — Azərbaycan Respublikasının Quba rayonununda kənd. Təkə Şıx kəndi Təkəli tayfasının adı ilə bağlıdır. Türkmənlərdə bu adda tayfanın olması S.Ataniyazovun tədqiqatlarında da təsdiqlənir. O qeyd edir ki, Təkə türkmənlərin ən böyük Türk tayfalarından biridir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Bəzi tədqiqatçılar Təkəliləri qədim türk xalqı olan Massagetlər lə də əlaqələndirirlər.Massagetlər qədim oğuzların adı olaraqda hallanır.Təklələr cəsur,qorxmaz,döyüşkən bir tayfa kimi xarakterizə olunur. Xivə Xanı Əbül Qaziyə görə, Təkəli tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Təkəlilərin kökü Salur Qazandan gəlir.Salurlar Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. "Salur" sözünün mənası "Qılınc yelləyən" deməkdir. 16-cı əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin də dövləti Salur boyuna mənsubdur.
Gültəpə (Xudabəndə)
Gültəpə (fars. گل تپه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 811 nəfər yaşayır (184 ailə).
Gültəpə (İran)
Gültəpə və ya Kültəpə — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Gültəpə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,876 nəfər və 469 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Gültəpə (Əbhər)
Gültəpə (fars. گل تپه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 206 nəfər yaşayır (43 ailə).
Gültəpə (Əcəbşir)
Gültəpə (fars. گل تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,549 nəfər yaşayır (339 ailə).