Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qulancıq (Sayınqala)
Qulancıq (fars. قولانجق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (39 ailə).
Quluncu
Quluncu — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 5.192 nəfər yaşayır (1,566 ailə). === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və azərbaycanca danışırlar. == Din == Quluncu kəndinin əhalisi əsasən sünni hənəfi məzhəbində olan Kürəsünni türkləri qismən isə şiə cəfəri məzhəbində olan türklərdən ibarətdir. Quluncu bütün Cənubi Azərbaycanda sünni hənəfi etiqadlı türklərin kompakt yaşadığı ən böyük yaşayışı məntəqəsidir. Buna baxmayaraq burada şiə cəfəri inanclı türklərin sayı da çoxdur. === Məscidlər === Quluncuda ikisi sünnü biri şiə olmaqla birlikdə üç məscid fəaliyyət göstərir. Bunlardan Xatəm Əl Nəbiyin və Məhəmməd RəsulAllah məscidləri sünni; İmamzadə Məscidi isə şiə məzhəbinə məxsusdur.
Sağ qulaqcıq
Sağ qulaqcıq – (lat. Atrium dextrum) ürək əsasının qabaq və sağ tərəfini işğal etmişdit etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae superioris) və arxa divarını aşağı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae inferioris) açılır. Bunların arasında arxa divar üzərində xüsusi bir qabarcıq – (lat. tuberculum intervenosum (Loweri – BNA)) vardır. Bu qabarcıq embrional dövrdə yuxarı boş venadan gələn qanın axınını sağ mədəciyə doğru yönəldir və müəyyən dərəcədə Yuxarı və aşağı boş venalardan gələn qan axınlarının bir-birinə toqquşmasına mane olur. Sağ qulaqcığın ön hissəsi çıxıntı şəklində olur və sağ seyvanı – (lat. auricula dextra) təşkil edir.
Sol qulaqcıq
Sol qulaqcıq – (lat. Atrium sinistrum) ürəyin ən dal hissəsini işğal edib arxa tərəfdən qida borusuna və öndən aortaya söykənmişdir. Bunun ön hissəsi sol seyvan – (lat. auricula sinistra) arxadan ınə doğru gedərək ağciyər kötüyünü sol tərəfdən əhatə edir. Sol qulaqcığa yuxarı tərəfdən ağciyər venalarının dəlikləri (iki cüt) – (lat. ostia venarum pulmonalis) açılır; Embrional dövrdə ağciyər venası tək olur, bu damar həər ağciyərdən bir şaxə qəbul edir. Bunların da hər biri iki şaxədən təşkil olunur. Sonradan ağciyərin ümumi venası yavaş-yavaş genələrək sol qulaqcığın divarını əmələ gətirir, on görə onun kökləri qulaqcığa yaxınlaşır və nəticədə sol qulaqcığa açılan damarların miqdarı çoxalır (dördə çatır). aşağı tərəfdə o, sol qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare sinistrum) vasitəsilə sol mədəciklə birləşir.
Qulaqcıq-mədəcik dəstəsi
His dəstəsi, yaxud Qulaqcıq-mədəcik dəstəsi (lat. fasciculus atrioventricularis) — 1893-cü ildə İsveçrə həkim anatomu və kardioloqu Uilyam His tərəfindən aşkar edildiyinə görə onun şrəfinə adlandırıılmış, ürəryin aparıcı sisteminə aid bir hissənin adı. His dəstəsi qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır. == İstinadlar == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Waldeyer: Anatomie des Menschen, de Gruyter, Berlin 2003, ISBN 3-11-016561-9 S. 869f.
Gülanlıq dağı
Gülanlıq — Quba rayonu ərazisində dağ. == Toponimikası == Buduq kəndindən ş.-də yerləşir. Hündürlüyü 2141 m. Coğrafi ədəbiyyatda Qulanlıq variantında da qeydə alınmışdır. Oronim gülan (yaylaqda topa halında bitən ot növü) sözündən və -lıq şəkilçisindən düzəlib, "gülan otu çox olan dağ, gülan bitən dağ" mənasındadır. == Həmçinin bax == Yerfi dağı Dəmirçitəpə (dağ) == İstinadlar == == Xarici keçid == quba-ih.gov.
Gülünc adamın yuxusu (hekayə)
Gülünc adamın yuxusu (rus. Сон смешного человека) - Fyodor Dostoyevski tərəfindən 1877-ci ildə yazılmış fantastik hekayədir. == Məzmun == Hekayədəki adsız qəhrəman həyatdan bezib, yaşamaq istəmir. Özünə hər dəfə "mən gülməli adamam" deyir. İllər keçdikcə bunun fərqinə daha da varır. Dünyanın mövcud olub-olmamasının ona fərq etmədiyini anlayır. Yaşadığı evdə qonşu otaqdakıların danışıqlarını, mübahisələrini dinləməyə başlayır. Özünü öldürmək üçün hətta silah da alır. Bir dəfə küçədə gedərkən 8 yaşlı qızcığaz ona yaxınlaşır. Qızın hərarəti var idi və "anacan, anacan!" deyə səslənirdi.