1. Gülməyə səbəb olan, gülməli, gülüş doğuran.
// məc. Mənasız, qeyri-ciddi.
Ceyrana malik olmaq fikri və hissi mənə çox qəribə, bəlkə gülünc görünürdü.
Ölüm fikri [Mələkdən] uzaqlaşdı, ona gülünc və mənasız göründü.
2. İstehzaya, masqaraya səbəb olan, istehza doğuran. Gülünc hərəkət.
// Gülmək obyekti; hamının gülməsi üçün hədəf.
Dəhanın sədəfdir, dişlərin inci; Sən məni eylədin ellər gülüncü.
[Koxa:] Mən kənardan uşaq tutub, Cavanşirlər arasında gülünc ola bilmərəm!