Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qumşana
Qumşana (fars. قمشانه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 96 nəfər yaşayır (33 ailə).
Quranda Qabuniya
Quranda Georgiyevna Qabuniya (gürc. გურანდა გიორგის ასული გაბუნია, 26 avqust 1938–4 fevral 2019) — gürcü sovet aktrisası. Gürcüstan SSR əməkdar artisti (1979), Gürcüstan SSR xalq artisti (1990). Potinin Fəxri vətəndaşı (1997). == Həyatı == Quranda Qabuniya 1960-cı ildə Şota Rustaveli adına Teatr İnstitutunu bitirib. Məzun olduqdan sonra Şota Rustaveli Teatrına daxil olur. Quranda Qaqbuniya Tbilisi Sanitar Mədəniyyət Teatrında (1961–1963), Şota Rustaveli Teatrında (1967–1970), Rustavi Dram Teatrında (1970–1975) çalışmışdır. O, 1975-ci ildən Kote Marcanişvili adına Tbilisi Akademik Teatrında çalışıb. Qabuniya yaradıcılıq üslubu incə sənətkarlıq, peşəkarlıq, səhnə temperamenti, hisslərinin sətliyi ilə fərqlənirdi. Onda fərqli çalarlar qəhrəmanlıq, dramatik-romantik, lirik və ya xarakterik şəkildə ifadə olunurdu.
Qurama tikmə
Qurama tikmə (türk. kırkyama, özb. kurok, kurama, ing. patchwork, rus. лоскутное шитьё) - qədim tikmə növüdür, müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu. == Texnika == Məişətdə istifadə olunur və dekorativ əhəmiyyət daşıyır. Örtüklər, yorğanlar, yastıqçalar, salfetlərin və s. üzünü bu tikmə ilə bəzəmək olar. Bu növ tikmədə həndəsi elementlərdən daha çox istifadə edilib. Onlara ən çox Abşeronda, Gəncədə, Qazaxda və Gədəbəydə rast gəlmək olar.
Qurcana çayı üzərində tağlı körpülər
Tağlı körpülər — XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülər. Körpülərdən dördü salamatdır.Tikintilərində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu - Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.
Gurxana (Nəqədə)
Gurxana (fars. ‎‎گورخانه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (15 ailə).