QURŞANMAQ

f.
1. qayıd. Belinə qurşaq, kəmər və sairə bağlamaq.
[Tükəz:] Yəni sən bu yaraqları qurşanıb, onlar ilə adam qorxudacaqsan? M.F.Axundzadə.
Sizin ilə canlanır yeni əsrin həyatı; Qurşandığın silahla parlat bu kainatı. A.Şaiq.

2. məc. Girişmək, başlamaq, qoşulmaq, məşğul olmaq; bir işə həddindən artıq qapılmaq; özünə sənət etmək.
[Şəhrəbanı xanım:] Sənin kimi cahıl uşaqlar subay qalmaqdan tamam yaman yollara düşər, oğurluğa, quldurluğa qurşanar. M.F.Axundzadə.
Musanın nəvəsi qəzada qalıb, atasının ortağı ilə ticarətə qurşandı. Qantəmir.
[Arvadlar] … oxuyublar, işə girişiblər, kluba, iclasa qurşanıblar. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QURŞANMAQ bağlamaq
  • QURŞANMAQ girişmək — qoşulmaq
QURŞANMA
QURŞATMA

Digər lüğətlərdə