Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İriçiçək qurdotu
İriçiçək qurdotu - (lat.Linaria grandiflora) Keçiqulağıkimilər fəsiləsi == Botaniki təsviri == İriçiçək qurdotu çoxillik, çılpaq bitkidir. Gövdəsi sadə, bəzən budaqlı olub, hüdürlüyü 40-80 sm-ə çatır. Yarpaqları gövdə üzərində növbəli düzülmüş, oturaq, uzunsov-yumurtaşəkilli, 1,5-4 sm uzunluqlu, 4-10 mm enindədir. Gövdənin aşağı hissəsindəki yarpaqlar pulcuqşəkilli, üçbucaq formalıdır. Çiçək ayaqçığı qısadır. Kasacıq 5 dişlidir. Tac ikidodaqlı, sarıdır. Qutucuğu oval, 7 mm uzunluqludur. Toxumlar üçkünc, üzəri qırışlıdır. Bitki iyun-avqust aylarında çiçəkləyir, iyul-sentiyabr aylarında meyvə verir.
Şirvan qurdotu
Şirvan qurdotu (Elmi adı Linaria schirvanica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(i, ii, iii) + 2ab(ii, iii, iv). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxilik və ya birillik ot bitkisidir. Gövdəsi 20-45 sm hündürlükdədir. Yarpaqlar oturaq, darxətvari, itidir, 2-7 sm uzunluqda, 1-4 mm enindədir. Çiçək qrupu azçiçəkli, sünbüllü salxımdır. Kasacığın hissəcikləri 3-4 mm uzunluğunda, uzunsov –yumurtavari və ya uzunsov dairəvi – küt, vəzicikli-tükcüklüdür. Tac iri, 15-25 mm uzunluğunda (mahmızı yoxdur), parlaq bənövşəyi rənglidir, mahmızı nazik, hamar, enli haşiyəli, 3 mm uzunluğundadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi aprel-iyun, meyvə əmələgətirməsi may –iyul alarına təsadüf edir. Kserofit bitkidir.