Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəhən-i Qulaman
Dəhən-i Qulaman — İranın şərqində yerləşən Əhəməni yaşayış mərkəzi və arxeoloji ərazisinə verilən müasir ad. Drangiana satraplığının paytaxtı Zranka/Zarin kimi müəyyən edilmişdir. == Coğrafiyası == Dəhən-i Qulaman (hərf. "Qulların qapısı") kimi tanınan arxeoloji sahə təxminən müasir Zabul şəhərindən 30 km cənub-şərqdə, İran–Əfqanıstan sərhədindəki ən yaxın nöqtədən təxminən 8,5 km məsafədə olan müasir Çanimə su anbarlarından ikisini ayıran ərazidə yerləşir. == İstinadlar == == Əlavə ədəbiyyat == Gnoli, G., "Dahan-e Ḡolāmān," in Encyclopaedia Iranica, vol. 6 (1993), 582–585. Mohammadkhani, K., "Une nouvelle construction monumentale achéménide à Dahaneh-e Gholaman, Sistan, Iran," Arta (2012.1) 1–18. Scerrato, U., "Excavations at Dahaneh-e Gholaman (Sistan-Iran), First Preliminary Report (1962–1963)," East and West, n.s. 16 (1966) 9–30. Schmitt, R., "Drangiana," in Encyclopaedia Iranica, vol. 7 (1995) 534–537.
Qulaman (Raz və Cərgəlan)
Qulaman- İranın Şimali Xorasan ostanının Raz və Cərgəlan şəhristanının Qulaman bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,867 nəfər yaşayır (860 ailə). === Milli tərkibi === Əhalisi Xorasan türklərindən ibarətdir və Xorasan-türk dilində danışırlar.
Köhnə əndəmic (Gülaman)
Köhnə əndəmic (Gülaman) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən qərbdə arxeoli abidə. == Tarixi == Divar qalıqlarına əsasən demək olar ki. evlərin tikintisində daş və möhrədən. bəzi evlərdə kvadrat formalı çiy kərpicdən istifadə edilmişdir. Evlər dördkünc formalıdır. Onlar bir, iki, bəzən isə üç otaqlıdır. Yaşayış binaları dağın yamacında yaradılan səkilərdə inşa olunmuşdur. Tədqiqat zamanı Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatına rast gəlinmişdir. Araşdırmalara əsasən demək olar ki, yaşayış yerində XIV-XVIII əsrlərdə yaşayış olmuşdur.