Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rüsum
Rüsum (ərəb. "rəsm", "vergi", "gömrük", "kirayə haqqı") — orta əsrlərdə bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda, ümumiyyətlə vergi, gömrük mənasında işlədilmiş termin. Bəzən rüsumat da adlandırılmışdır.
Gömrük rüsumu
Gömrük rüsumu — Malların gömrük dəyərinə görə faizlə hesablanması. Tətbiq olunduğu obyektə görə rüsumlar idxal, ixrac və tranzit rüsumlarına bölünür. İdxal rüsumları əsasən, idxal olunmuş mallar daxili bazarda sərbəst dövriyyə üçün buraxıldığı hallarda tətbiq olunur. Bu rüsumlar demək olar ki, bütün ölkələr tərəfindən daxili bazarın xarici rəqabətin zərərli təsirindən qorunması məqsədi ilə tətbiq olunur. == İxrac rüsumu == İxrac rüsumları nisbətən az, əsas etibarı ilə strateji əhəmiyyətli məhsulların ixracı samanı tətbiq olunur.ABŞ da ixrac rüsumlarının tətbiqi konstitusiya ilə qadağan olunur. == İdxal rüsumu == İdxal rüsumlarının ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsiri müxtəlif olub ölkənin dünya təsərrüfatındakı iqtisadi çəkisi ilə müəyyən olunur. Qeyd etmək lazımdır ki, o ölkələrin iqtisadiyyatı kiçik hesab olunur ki, bu ölkədə idxal mallarına tələbin dəyişməsi dünya qiymətlərinin dəyişməsinə səbəb olmur. Azərbaycan iqtisadiyyatının da kiçik iqtisadiyyat olduğunu nəzərə alaraq idxal rüsumlarının kiçik iqtisadiyyatlara təsirini araşdıraq. Məlumdur ki, idxal mallarına rüsumların tətbiqi daxili bazarda bu malların qiymətini artıracaq. Nəticədə həmin malların ölkə daxilində istehsalı artacaq, idxal mallarına tələb isə azalacaq.Bu idxalın həcminin azalmasına səbəb olacaq, çünki, daxili təkliflə daxili tələbin həcmi arasındakı fərq azalır.
Rusudan
Rusudan — Qadın adı.
Fusuma
Fusuma (yap. 襖) — hər iki tərəfdən kağız yapışdırılmış taxta çərçivədən ibarət siyirməli qapı, yapon otaqlarını, böyük vasitsuları hissələrə ayırmq üçün istifadə olunur. Kağız kifayət qədər nazikdir və işığı keçirir, adətən onun üzərinə rəsm çəkilir. Fusumanın ölçüləri təxminən tataminin ölçüləriylə eynidir. Fusuma yuxarıdan və aşağıdan taxta üzərində hərəkət edir. Yuxarı taxta kamoi, aşağı taxta isə sikii adlanır. Qədimdə bu taxtalara mum sürtürdülər, lakin müasir dövrdə sürtünməni asanlaşdırmaq üçün xüsusi vinil zolaqdan istifadə olunur. == Sözün etimologiyası == Versiyalardan birinə görə, bu söz ilk dəfə imperatorun əsas iqamətgahının yataq otağını — fusuma dokoronu (yap. 衾所?) bildirmək üçün istifadə olunmuşdur və yataq otağı sözünə sinonim olaraq istifadə olunmuşdur. Fusuma sözünün hərfi mənası uzanmaq üçün otaq mənasını verir.
Rusudan Qoqinaşvili
Rusudan Qoqinaşvili (d. 6 aprel 2001) — Gürcüstanlı üzgüçü. Rusudan Qoqinaşvili Gürcüstanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Rusudan Qoqinaşvili birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 31.97 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 55-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Rusudan Xoperiya
Rusudan Xoperiya (d. 9 sentyabr 1972; Tbilisi, Gürcüstan) — Gürcüstanı təmsil edən batut gimnastı. Rusudan Xoperiya, 2000 və 2004-cü illərdə Gürcüstanı Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Rusudan Xoperiya, 2000-ci ildə Gürcüstan bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Xoperiya, 34.10 xal topladı və 8 idmançı sırasında 7-ci yeri tutdu. Rusudan Xoperiya növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Xoperiya, 62.50 xal topladı və 16 idmançı sırasında 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Rusvat Bayramov
Rusvat Mikayıl oğlu Bayramov (Rusvat Mikayılzadə) (1 fevral 1955, Düyərli, Şamxor rayonu) — jurnalist. == Həyatı == Rusvat Bayramov (Rusvat Mikayılzadə) 1955-ci il fevralın 1-də Şəmkir rayonunun Düyərli kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-ci illərdən başlayaraq “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat”, “Azərbaycan”, “Respublika”, “Hürriyyət”, “Gündəlik Azərbaycan”, “Unikal”, “Geopolitika” və s. qəzetlərdə müxtəlif vəzifələrdə işləyib. “Azərbaycan” qəzetinin baş redaktor müavini, “Respublika” qəzetinin baş redaktoru olub. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri və Ədalət Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini-mətbuat katibi vəzifələrində çalışıb. 1000-dən çox publisistik məqalənin, ən müxtəlif problemlərə aid yüzlərlə araşdırma materiallarının müəllifi, bir neçə kitabın isə həmmüəllifi, müəllifi və redaktorudur. R.Bayramovun gənc jurnalist kadrlarının yetişdirilməsində xeyli rolu və xidməti olub. Onun yetirmələri neçə illərdir ki, müxtəlif yazılı və elektron KİV-də çalışır, bəziləri hətta aparıcı, rəhbər vəzifələr tuturlar.
Rusudan (Gürcüstan çariçası)
Rusudan (gürc. რუსუდანი}) — Gürcüstan krallığının Baqrationilər sülaləsindən olan çariçası (1223–1245). Çariça Tamar və David-Soslanın qızı. Rusudanın hakimiyyəti illəri Abxaziya və Gürcüstan tarixinin qızıl dövrünün sonunu əhatə edir. == Həyatı == Monqollarla döyüşdə ağır yaralanan qardaşı IV Georqun ölümündən sonra 1223-cü il yanvarın 18 — də taxta çıxdı.Rusudanın hakimiyyətinin üçüncü ilində, 1225-ci ilin payızında, Xarəzmşah qoşunları Cəlaləddin Mənguberdinin başçılığı altında Gürcüstanı işğal etdilər. İoann Mxarqrdzelinin sərkərdəlik etdiyi gürcü qoşunları Qarnisi döyüşündə ağır məğlubiyyət uğradıldı. Bundan sonra Xarəzm qoşunlarının Tiflis, Qars və Gəncəyə yolu açıldı. Cəlaləddin Mənguberdinin Tiflisi mühasirəyə alması səbəbindən çariça və ailəsi Kutaisiyə çəkildi. 1224-cü ildə Rusudan Dmitri adı ilə xristianlığı qəbul edən Səlcuqlu şahzadəsi Məhəmməd Muğisəddin Türkan Şahla (sultan II Qılınc Arslanın nəvəsi) evləndi. Rusudanın qızı Tamar (Gürcü xatun) isə Səlcuqlu sultanı II Qiyasəddin Keyxosrov ilə evlənmişdi.
Ruşat Müdərisov
Ruşat Salih oğlu Müdərisov (tatar. Рушат Салих улы Мөдәрисов, rus. Рушат Салихович Мударисов; 24 fevral 1974) — dram aktyoru, 1993-cü ildən "Nur" Ufa Dövlət Tatar Teatrının aktyoru, Başqırdıstan Respublikasının Xalq artisti (2019). == Həyatı == 24 fevral 1974-cü ildə BMSSR-in Buzdək rayonunun Sabay kəndində anadan olmuşdur. Ruşatın atası Saleh mahnı oxumağı sevirdi, anası isə qarmon çalırdı. Uşaqlıqdan Ruşat, atası kimi, müğənnilik ilə məşğul idi, həvəskar məktəb teatr qrupunun fəal iştirakçılarından idi. Rayonda və kənddə keçirilən mədəni tədbirlər, konsertlər, müxtəlif şou və müsabiqələrdə iştirak etmişdir. Məzun ilində təzədən açılan Nur Teatrı üçün xüsusi kursa yazıldı. Ufa Dövlət İncəsənət İnstitutu teatr fakultəsinin aktyorluq şöbəsinin ilk xüsusi qrupunu bitirmişdir, o qrup ilk tatardilli kurs idi. İkinci kursdan (1993-cü il) kollektiv tamaşalarda iştirak etməyə başladı.