Qriqori Bar-Ebrey
Qriqori Bar-Ebrey (klass. süry. ܓܪܝܓܘܪܝܘܣ ܒܪ ܥܒܪܝܐ, lat. Bar Hebraeus), həmçinin Əbülfərəc bin Harun (ərəb. أبو الفرج بن هارون, lat. Abulfaragius; 1226[…], Malatya – 30 iyul 1286 və ya 1286, Marağa, Şərqi Azərbaycan ostanı) — arami yazıçı, alim, həkim, 1264–1286-cı illərdə Süryani Pravoslav Kilsəsinin mafrianı.
== Həyatı ==
Qriqori Bar-Ebrey 1226-cı ildə, indiki Türkiyənin Malatya şəhərində bir həkim ailəsində anadan olmuşdur. O, tibb, astronomiya, fəlsəfə, teosofiya, ritorika, tarix, qrammatika üzrə əsərlərin müəllifidir. Bar-Ebreyin ədəbi irsi çox böyükdür. Əxlaqi və satirik xarakterli "Əyləncəli hekayələr kitabı"nın müəllifidir.