Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Radiologiya
Radiologiya (lat. radius "şüa" + λόγος — "elm") — diaqnostika (radiodiaqnostika) və müalicə (radioterapiya) üçün şüalanma metodlarını öyrənən, həmçinin şüalanmanın insan orqanizminə olan təsirini öyrənən tibb sahəsidir. Bu elm sahəsi ilə bir çox alimlər məşğul olmuşdurlar: Vilhelm Rentgen, Bekkerel, Mariya Küri və Pyer Küri və s. Küri cütlüyünün əlləri radioaktiv nümunələrlə davamlı təmasda olduğundan yaralarla örtüldü və bu, tibbi praktikada radiumun istifadəsi fikrini stimullaşdırdı. Pyer Küri isə bu həqiqəti 5 iyun 1905-ci ildəki Nobel nitqində vurğuladı. Başlanğıcda, radiologiya tibbi tədqiqat məqsədli vizual məlumat əldə etmək üçün rentgen maşınları və ya digər oxşar cihazların yaydığı elektromaqnit enerjisindən istifadə imkanlarını araşdıran tibb elminin bir istiqaməti idi. X-şüalarının istifadəsini özündə ehtiva edən radiologiya sahəsi rentgenologiya adlanır. Bu gün tibbi təsvir artıq rentgen şüalarının istifadəsi ilə məhdudlaşmır, həmçinin yüksək tezlikli dalğalar, maqnit sahələri və digər şüalanmadan istifadə edən tədqiqatları da özündə saxlayır.