Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • REJİSSURA

    сущ. режиссура: 1. деятельность, работа режиссера 2. руководство постановкой спектакля, фильма 3. собир. руководители постановки (спектакля, фильма).

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • rejissura 2021

    rejissura

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • REJİSSURA

    [fr.] режиссура (1. режиссёрвал; режиссёрдин кӀвалах; 2. тамашадин, фильмдин къурулушдиз регьбервалун; 3. режиссёрар, регьберар (тамашадин, фильмдин к

    Tam oxu »
    Azərbaycanca-ləzgicə lüğəti
  • REJİSSURA

    ...[XIX əsrin ikinci yarısında] Azərbaycan teatrının professional rejissurası yox idi. C.Cəfərov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • режиссура

    ...Деятельность, работа режиссёра. Заняться режиссурой. Привлечь к режиссуре молодых сценаристов. 2) Осуществление, постановка режиссёром спектакля, фил

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • РЕЖИССУРА

    мн. нет 1. режиссѐрвал. 2. режиссѐрар.

    Tam oxu »
    Rusca-ləzgicə lüğət
  • РЕЖИССУРА

    ж мн. нет 1. rejissorluq; 2. rejissor tərtibatı; 3. собир. rejissorlar.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • REJİSSOR

    I сущ. режиссёр (художественный руководитель театральной, кинематографической постановки).; постановщик. Tamaşanın rejissoru режиссер постановки II пр

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • СОРЕЖИССЁР

    м ikinci rejissor (başqa bir rejissorla bir yerdə tamaşa tərtib edən rejissor).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • REJİSSORLUQ

    ...сенят, везифа; 2. тамашадин, фильмдин къурулушдиз регьбервалун; режиссура).

    Tam oxu »
    Azərbaycanca-ləzgicə lüğəti
  • РЕЖИССЁР

    n. producer; director, stage manager.

    Tam oxu »
    Ləzgicə-ingliscə lüğəti
  • РЕЖИССЕР

    ...къачуна, уьмуьрдин чӀехи рекьел экъечӀай... лезги театрдин режиссѐр ва республикадин лайихлу артист тир Мирзабегов Мирзабегал ва гьахьтин маса кье

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • режиссёр

    ...кинофильма, радиопередачи и т.п.; постановщик. Режиссёр спектакля. Режиссёр приходил на первую репетицию с готовым планом постановки.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • РЕЖИССЁР

    n. producer; director, stage manager.

    Tam oxu »
    Ləzgicə-ingliscə lüğəti
  • REJİSSOR

    [fr. regisseur, lat. rego-idarə edirəm] режиссёр (кинодин картина ва я театрдин тамаша туькӀуьрдай, гьазуруниз рехъ къалурдай, регьбервалдай кас).

    Tam oxu »
    Azərbaycanca-ləzgicə lüğəti
  • rejissor

    yönetmen

    Tam oxu »
    Azərbaycanca-türkcə lüğət
  • rejissor

    is. teatr. kino. metteur m en scène ; réalisateur m ; ~ köməkçisi régisseur m

    Tam oxu »
    Azərbaycanca-fransızca lüğət
  • rejissor

    rejissor

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • РЕЖИССЁР

    м rejissor.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • REJİSSOR

    I. i. producer II. s. producer; ~ köməkçisi assistant-producer, stage manager

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
  • REJİSSOR

    REJİSSOR [Dursun:] Deyir mən rejissoram belə deyirəm (C.Cabbarlı); ŞƏBİHGƏRDAN (köhn.) Rejissor (yaxud şəbihgərdan) daim iştirak edənlər arasında gəzi

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • РЕЖИССЕР

    режиссѐр (кинодин картина ва я театрдин тамаша туькIуьрдай, гьазуруниз рехъ къалурдай, регьбервалдай кас).

    Tam oxu »
    Rusca-ləzgicə lüğət
  • РЕЖИССЕР

    rejissor

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • REJİSSOR

    1. режиссер; 2. режиссерский;

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • REJİSSÓR

    ...kinematoqrafiya quruluşunun bədii rəhbəri; quruluşçu. Tamaşanın rejissoru. Rejissorun göstərişi.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • режиссёрство

    -а; ср. = режиссура 1), 2) Репетиции спектакля шли под режиссёрством Станиславского. Взяться за режиссёрство. Заняться режиссёрством.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • QURULUŞÇU

    ...руководящее постановкой спектакля, фильма и т.п.). Filmin quruluşçu rejissoru режиссёр-постановщик фильма

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • отрежиссировать

    ...Придать законченную сценическую форму спектаклю, фильму с помощью режиссёра; осуществить режиссуру. Отрежиссировать спектакль народного театра. Отреж

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • REJİSSORLUQ

    ...sənəti, vəzifəsi. 2. Tamaşanın, filmin quruluşuna rəhbərlik; rejissura. [Əmrulla:] Əsərin rejissorluğu Gülsabah xanıma tapşırılır. C.Cabbarlı.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • quruluşçu rejissor

    Audiovizual əsərlərin quruluşçusu və teatr, sirk, kukla, estrada, televiziya tamaşası və digər tamaşanın quruluşunu həyata keçirən və ya bu cür tamaşa

    Tam oxu »
    Terminlər lüğəti
  • rejissor-multiplikator

    rejissor-multiplikator

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • aktyor-rejissor

    aktyor-rejissor

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • REJİSSORLUQ

    1. режиссерство; звание, обязанности режиссера; 2. режиссерский;

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • STAGE-MANAGER

    n rejissor

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • КИНОРЕЖИССЕР

    кинодин режиссѐр.

    Tam oxu »
    Rusca-ləzgicə lüğət
  • ŞƏBİHGƏRDAN

    şəbihgərdan bax rejissor

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • режиссйор

    режиссёр : режиссёрдин - режиссёрский.

    Tam oxu »
    Ləzgicə-rusca lüğət
  • DIRECTOR

    ...idarə heyətinin üzvü; direktor; board of ~s idarə heyəti; 2. rejissor: assistant ~ rejissor köməkçisi

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • кинорежиссёр

    -а; м. Режиссёр, постановщик кинофильма.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • filmin quruluşçu rejissoru

    Filmin yaradılması ilə bağlı yaradıcılıq və istehsalat işini idarə edən və filmin bədii-ideya mənasını müəyyənləşdirən peşəkar yaradıcı şəxs

    Tam oxu »
    Terminlər lüğəti
  • РЕЖИССЁРСКИЙ

    прил. rejissor -i[-ı]; rejissorluq -i-ı; режиссёрские обязанности rejissor vəzifəsi; режиссёрское искусство rejissorluq məharəti (sənəti).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • TRAKTÓVKA

    [rus.] Şərh, izah. Pyesin rejissor traktovkası.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • PRODUCER

    n 1. istehsalçı, istehsal edən; 2. quruluşçu rejissor

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • неблагосклонность

    ...неблагосклонный; -и; ж. Неблагосклонность критика, критики. Неблагосклонность мнения режиссёра об актёре.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • metteur

    m, -se f tərtibatçı; ~ en scène rejissor

    Tam oxu »
    Fransızca-azərbaycanca lüğət
  • сорежиссёр

    -а; м. Режиссёр, работающий совместно с другим режиссёром.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • KİNOREJİSSÓR

    [yun. kine və fr. regisseur] Kinofilmlərin quruluşçusu olan rejissor.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • РЕЖИССИРОВАТЬ

    несов. 1. rejissorluq etmək, rəhbərlik etmək (tamaşaya); 2. rejissor olmaq (tamaşaya).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • видеорежиссёр

    -а; м. см. тж. видеорежиссёрский Режиссёр, занимающийся созданием видеопродукции.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • КУКОЛЬНИК

    м 1. kukla, gəlin ustası; 2. dan. kukla teatrının artisti və ya rejissoru.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
OBASTAN VİKİ
Rejissor
Rejissor (fransızca régisseur, idarəetmə deməkdir) — tamaşa, film, estrada konsert proqramlarının, sirk səhnələrinin qoyuluşuna rəhbərlik edən şəxsdir. İlk rejissor kimi Sesil Balunt de Mill sayılır. O, ilk dəfə olaraq tamaşalara öncədən baxış keçirmiş, film ulduzlarını reklam etmiş, ən başlıcası isə o ilk dəfə olaraq çəkiliş meydançasında meqafonla görünmüşdür. Rejissorun əsas vəzifələri bunlardan ibarətdir: Əsərin müəlliflə birlikdə dramaturji cəhətdən hazırlığı Aktyorların seçilməsi Texniki avadanlığın seçilməsi, xərclərin hesablanması və istehsalın planının tutulması Səhnələr ardıcıllığı üçün çəkilişin hazırlığı Səhnələr üçün yerlərin seçilməsi Kütləvi səhnələrin və xüsusi effektlərin təyini Əsas aktyorlarla danışıqların aparılması Əsər üçün musiqi konseptinin işlənməsi Çəkilişin aparılması (işin həcminin təyini) Arxiv materiallarının seçilməsi Çəkilmiş filmin incə emalı Son variantın hazırlanması Filmin reklam edilməsində istehsalçılarla birlikdə çıxış etmək == Xarici keçidlər == Aydın Dadaşov. Rejissorluğun üslub problemləri. Bakı: "Elm və təhsil", 2010.
Proqram rejissoru
Proqram rejissoru – Proqramın hazırlanması mərhələsindən başlamış tamaşaçılara təqdim olunmasına qədər olan bütün proseslərə cavabdeh olan şəxsdir. O, proqrama, komandaya və proqramda iştirak edən insanlara plana müvafiq olaraq video və audio materialların canlı, lent və ya film şəklində yayımlanması üçün rejissorluq edir. Onun vəzifəsi, texniki vasitələrdən istifadə etməklə bədii keyfiyyəti yüksək səviyyədə olan məhsul yaratmaqdır. Çəkilişin elementləri və texnikası haqqında dəqiq biliyə malik olmalıdır. Televiziya proqramları işləri komanda işi olduğundan, o, komandanı yaxşı idarə etməli və eyni zamanda da komandanı yüksək səviyyədə motivasiya etməyi bacarmalıdır. Çəkilişin yüksək səviyyədə olması üçün, lazım olan şəraitin yaradılması məqsədilə tabeliyində olan işçilərinin rəylərini və tövsiyələrini dinləməlidir.
Teatr rejissoru
Rejissor (fransızca régisseur, idarəetmə deməkdir) — tamaşa, film, estrada konsert proqramlarının, sirk səhnələrinin qoyuluşuna rəhbərlik edən şəxsdir. İlk rejissor kimi Sesil Balunt de Mill sayılır. O, ilk dəfə olaraq tamaşalara öncədən baxış keçirmiş, film ulduzlarını reklam etmiş, ən başlıcası isə o ilk dəfə olaraq çəkiliş meydançasında meqafonla görünmüşdür. Rejissorun əsas vəzifələri bunlardan ibarətdir: Əsərin müəlliflə birlikdə dramaturji cəhətdən hazırlığı Aktyorların seçilməsi Texniki avadanlığın seçilməsi, xərclərin hesablanması və istehsalın planının tutulması Səhnələr ardıcıllığı üçün çəkilişin hazırlığı Səhnələr üçün yerlərin seçilməsi Kütləvi səhnələrin və xüsusi effektlərin təyini Əsas aktyorlarla danışıqların aparılması Əsər üçün musiqi konseptinin işlənməsi Çəkilişin aparılması (işin həcminin təyini) Arxiv materiallarının seçilməsi Çəkilmiş filmin incə emalı Son variantın hazırlanması Filmin reklam edilməsində istehsalçılarla birlikdə çıxış etmək == Xarici keçidlər == Aydın Dadaşov. Rejissorluğun üslub problemləri. Bakı: "Elm və təhsil", 2010.
Film rejissoru
Film rejissoru, film direktoru, direktor və ya kinorejisor hər hansı bir kinoya və ya seriala rəhbərlik edərək onun çəkilişləri işlərini öz üzərinə götürən şəxsə deyilir. Ümumi qəbul edilmiş tərifə görə, teatr və ya kino rejissoru “aktyorların rollarını bölüşdürən və tamaşanı təşkil edən, ərsəyə gətirilmiş əsərdə bütün müvafiq rolların ahənginə və düzülüşünə cavabdeh olan şəxsdir”. Kinorejisoru bəzən rejissor da adlandırırlar. Kinorejissor filmin bədii və dramatik strukturunu ssenari əsasında tərtib edir. == Vəzifələri == Həmçinin kinorejisor; teletamaşa, serial və kino kimi çəkilişlərin olduğu audiovizualları idarə edir;Filmin ümumi bədii mahiyyətini müəyyənləşdirir;Ssenaridə müəyyən olunduğu kimi, filmin məzmun və süjet axınına nəzarət edir və onu təşkil edir.Aktyorların ifalarını həm mexaniki, həm də dramatik şəkildə idarə edir;Filmin çəkiləcəyi yerlərin müəyyənləşdirilməsi və təşkili işlərini həyata keçirir;Texniki detalların təşkili və idarə edilməsi;Rejissorun film üçün nəzərdə tutduğu bədii baxışı müəyyən edən hər hansısa digər bir fəaliyyət;Rejissorlar zaman-zaman rejissorluq etdikləri filmlərin ssenarilərini də yazırlar.
Kino rejissoru
Film rejissoru, film direktoru, direktor və ya kinorejisor hər hansı bir kinoya və ya seriala rəhbərlik edərək onun çəkilişləri işlərini öz üzərinə götürən şəxsə deyilir. Ümumi qəbul edilmiş tərifə görə, teatr və ya kino rejissoru “aktyorların rollarını bölüşdürən və tamaşanı təşkil edən, ərsəyə gətirilmiş əsərdə bütün müvafiq rolların ahənginə və düzülüşünə cavabdeh olan şəxsdir”. Kinorejisoru bəzən rejissor da adlandırırlar. Kinorejissor filmin bədii və dramatik strukturunu ssenari əsasında tərtib edir. == Vəzifələri == Həmçinin kinorejisor; teletamaşa, serial və kino kimi çəkilişlərin olduğu audiovizualları idarə edir;Filmin ümumi bədii mahiyyətini müəyyənləşdirir;Ssenaridə müəyyən olunduğu kimi, filmin məzmun və süjet axınına nəzarət edir və onu təşkil edir.Aktyorların ifalarını həm mexaniki, həm də dramatik şəkildə idarə edir;Filmin çəkiləcəyi yerlərin müəyyənləşdirilməsi və təşkili işlərini həyata keçirir;Texniki detalların təşkili və idarə edilməsi;Rejissorun film üçün nəzərdə tutduğu bədii baxışı müəyyən edən hər hansısa digər bir fəaliyyət;Rejissorlar zaman-zaman rejissorluq etdikləri filmlərin ssenarilərini də yazırlar.
Televiziya rejissoru
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Quruluşçu rejissor
Quruluşçu rejissor və ya Kinematoqraf (bəzən qısaca DOP ) adətən vizual elementlərin vacib olduğu film, foto və ya video çəkilişlərində ssenariyə müvafiq olaraq, kameradan istifadə etməkdə, işığı tənzimləməkdə və çəkilişlər zamanı lazım olan effekti yaratmaqda rejissora köməklik göstərən texniki və bədii quruluş işçisidir.
İkinci rejissor
İkinci rejissor, Rejissor köməkçisi və ya Köməkçi rejissor — rejissora köməklik göstərən, yazı blanklarını hazırlayan, yazışmalara nəzarət edən, çəkilişlər üçün lazım olan icazələri alan, proqram layihəsini və kamera kartlarını hazırlayan insandır. Çəkiliş məşqləri zamanı çəkilişin mərhələlərini və digər əmrləri hazırlayır. Redaktə mərhələsində rejissora köməklik göstərir. Proqramın vaxtını əvvəlcədən müəyyənləşdirir. Rejissor tərəfindən verilmiş olan digər vəzifələri və tapşırıqları yerinə yetirir.
Tele-rejissor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Tele rejissor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Akif Rüstəmov (rejissor)
Rüstəmov Akif Zəbi oğlu — Azərbaycan rejissoru, ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Akif Rüstəmov 27 oktyabr 1945-ci ildə Bakıda anadan olub. M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib (1968). "Azərbaycanfilm" kinostudiyasında çəkilən bir çox filmlərin II rejissorudur. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Uşaqlığın son gecəsi (film, 1968) Sevil (film, 1970) Gün keçdi (film, 1971) Qızıl qaz (film, 1972) Nəsimi (film, 1973) Dədə Qorqud (film, 1975) Dərviş Parisi partladır (film, 1976) Şir evdən getdi (film, 1977) Babək (film, 1979) Birisigün, gecəyarısı... (film, 1981) Nizami (film, 1982) Gümüşgöl əfsanəsi (film, 1984) Bağ mövsümü (film, 1985) Burulğan (film, 1986) Təxribat (film, 1989) Qonaq-qaralı ev (film, 1992) O dünyadan salam (film, 1991) Ölüm növbəsi (film, 2009) Mənim ağ şəhərim (film, 1993) Nə gözəldir bu dünya... (film, 1999) Güllələnmə təxirə salınır!...
Aleksandr Makovski (rejissor)
Aleksandr Makovski — Azərbaycan rejissoru, ssenarist. == Filmoqrafiya == Bayquş (film, 1924) (tammetrajlı bədii film) — aktyor Müxtəlif sahillərdə (film, 1926) (tammetrajlı bədii film) — rejissor köməkçisi Mədənçilər İttifaqının 20 illiyi (film, 1927) (qısametrajlı sənədli film) — rejissor köməkçisi Bizim əsas yolumuz (film, 1928) (tammetrajlı sənədli film) — rejissor Üç dəniz ölkəsinin spartakiadası (film, 1928) (qısametrajlı sənədli film) — rejissor Mürsəlli daşqını (film, 1929) (qısametrajlı sənədli film) — rejissor Şərqə doğru (film, 1930) (tammetrajlı sənədli film) — rejissor; ssenarist Nikita İvanoviç və sosializm (film, 1931) (tammetrajlı bədii film) — rejissor; ssenarist Azərbaycan (film, 1931) (tammetrajlı sənədli film) — rejissor Milis (film, 1933) (qısametrajlı sənədli film) — rejissor İki yoldaş (film, 1934) (qısametrajlı bədii film) — rejissor Üç dəniz ölkəsinin spartakiadası (film, 1928) (qısametrajlı sənədli film) — bədii rəhbər == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
Aleksandr İvanov (rejissor)
Aleksandr Qavriloviç İvanov (31 iyul (12 avqust) 1898, Boroviçi qəzası[d], Novqorod quberniyası[d] – 20 avqust 1984, Leninqrad) — rejissor. == Həyatı == Aleksandr Qavriloviç İvanov 12 avqust 1898-ci ildə Novqorod Quberniyasında anadan olub. Peterburq Ticarət məktəbində (1909-1916), “Kinosever” kinostudiyasının kurslarında (1925, Sankt-Peterburq) təhsil alıb. “Sovkino” kinostudiyasında (Sankt-Peterburq) rejissor assistenti (1925-1927), quruluşçu rejissor (1927-1948), “Lenfilm”də rejissor (1948-1967), bədii rəhbər (1967) kimi çalışıb. Azərbaycan kinosunda da fəaliyyət göstərmişdir. Latviyanın əməkdar artisti (1947), SSRİ xalq artisti (1964) adlarını qazanıb. Aleksandr İvanov 20 avqust 1984-cü ildə vəfat edib.
Arif Babayev (rejissor)
Arif Hacı oğlu Babayev (25 sentyabr 1928, Bakı, Azərbaycan SSR – 26 avqust 1983, Bakı) — Azərbaycan kinorejissoru, televiziya rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). Azərbaycan kinosunda "müəllif" kinosunun nümayəndələrindəndir. == Həyatı == Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışmışdır. 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkmişdir.26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir. Rejissor haqqında 2000-ci ildə "Kinorejissor Arif Babayev" sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilmişdir. Rejissor Vasif Babayevin qardaşıdır. == Ad və mükafatlar == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı (29.06.1964) İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalında "İnsan məskən salır" filmi üçün "ən yaxşı debütə görə" Diplom (1968) Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında "Uşaqlığın son gecəsi" filmi üçün Gənclik üçün ən yaxşı filmə görə Mükafat (1969) Bakıda VII Ümumittifaq kinofestivalında "Ömrün ilk saatı" filmi üçün fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə həvəsləndirici Diplom (1974) "Birisigün, gecəyarısı…" filmi üçün SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafat (1981) "Birisigün, gecəyarısı…" filmi üçün Azərbaycan Dövlət Mükafatı (1986) == Filmoqrafiya == Rejissor kimi Dostluq dili (film, 1959) (qısametrajlı sənədli film) Xəzərdə möcüzə (film, 1961) (qısametrajlı sənədli film) Xəzər sahilində şəhər (film, 1962) (qısametrajlı sənədli film) Şən əhvalatlar (film, 1963) (qısametrajlı sənədli film) Zirvə (1964) (qısametrajlı bədii film) Şəhərimizin uşaqları (film, 1964) (qısametrajlı sənədli film) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) "Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film) Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film) Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film) Molbertlə dünya ölkələrinə səyahət (film, 1965) (qısametrajlı sənədli film) Şəhər üzərində mahnı (film, 1965) (qısametrajlı sənədli film) Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film) İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film) Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film) Gün keçdi (film, 1971) (tammetrajlı bədii film) Ömrün ilk saatı (film, 1973) (tammetrajlı bədii film) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) Arxadan vurulan zərbə (film, 1977) (tammetrajlı bədii film) Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film) Birisigün, gecəyarısı... (film, 1981) (tammetrajlı bədii film)Ssenari müəllifi kimi Dostluq dili (film, 1959) (qısametrajlı sənədli film) Şəhərimizin uşaqları (film, 1964) (qısametrajlı sənədli film) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) "Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film) Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film) Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film) Şəhər üzərində mahnı (film, 1965) (qısametrajlı sənədli film) Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film)Aktyor kimi İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film) Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film)(rol: sakin) == İstinadlar == == Mənbə == Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
Arif Qazıyev (rejissor)
Arif Lətif oğlu Qazıyev (17 may 1938, İrəvan – 24 fevral 2022) — Azərbaycan televiziya rejissoru, ssenari müəllifi. == Həyatı == Arif Lətif oğlu Qazıyev 1938-ci il mayın 17-də İrəvanda anadan olub, Gəncədə yaşayıb. Orta təhsilini Gəncədə başa vurduqdan sonra böyük bəstəkar Fikrət Əmirovun təkidi ilə Bakıya gəlib və Teatr İnstitutunda təhsilini davam etdirib. Arif Qazıyev hələ uşaqlıqdan bir çox musiqi festivallarının, konsertlərin iştirakçısı olub. 1956-ci ildən Azərbaycan Televiziyasında fəaliyyətə başlayıb, görkəmli sənətkarlarla təmasda olub və televiziyada ilk kişi diktoru olub. Daha sonra televiziyanın nəzdində yaradılan Miniatür Teatrının aktyor truppasına keçib, bir müddət musiqi şöbəsində çalışıb. O, Georgi Tovstonoqovun rejissorluq məktəbini keçib. Arif Qazıyev 90-na yaxın musiqili filmin rejissoru və ssenari müəllifidir. 1967-ci ildə “Şur” muğamı əsasında çəkdiyi film böyük səs-küyə səbəb olub. Filmdə “Şur” muğamını oxuyan xanəndələr qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışıblar.
Asif Rüstəmov (rejissor)
Rüstəmov Asif Tofiq oğlu (20 oktyabr 1975) — Azərbaycan rejissoru. == Həyatı == Asif Rüstəmov 20 oktyabr 1975-ci ildə anadan olub. İqtisad Universitetində (1992-1995), ADMİU-da (2000-2004), AVANTİ kurslarında təhsil alıb (2003-2004). Azərbaycanfilm kinostudiyasında (2002-2004), Lider TV-də (2004-2005), ButaFilm-də (2005), İctimai TV-də (2005-2006) çalışıb. Kinoatelye 24K studiyasının təsisçisidir. Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi ABŞ-nin Los-Anceles şəhərində keçirilən SEEfest Film Festivalında "Ən yaxşı tammetrajlı debüt film" mükafatına layiq görülmüşdür.
Böyükağa Məmmədov (rejissor)
Böyükağa Zeynal oğlu Məmmədov — "Salnamə" sənədli filmlər studiyasının sabiq direktoru (2009–2014), Prezident təqaüdçüsü (2018-ci ildən). == Həyatı == Böyükağa Məmmədov 3 iyul 1951-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə 150 saylı Bakı şəhər orta məktəbini bitirib. Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olub. İnstitutu bitirəndən sonra öz arzusu ilə Qərbi Sibirə, Rusiya Federasiyasının Omsk vilayətinə təyinat götürür. Bir-neçə il Omsk şəhərinin televiziyasında rejissor işlədikdən sonra, 1976-cı ildə vətənə dönüb Azərbaycan Dövlət Teleradio Komitəsində rejissor vəzifəsində çalışmağa başlayıb. Bu zaman B.Məmmədov SSRİ Mərkəzi Dövlət Teleradio Komitəsinin sifarişi ilə çəkilən "Novatorlar", "Çətin əlaqələr", "Ordubad", "Qobustan", "Kəlbəcər", "Ardıc kolu", "Arif Məlikov", "Məhəbbət əfsanəsi", "Bu Cavaddır", "Rüstəm İbrahimbəyov - xülasə, yaxud başlanğıc", "Naxçıvan" adlı sənədli filmlərin rejissoru olub. B.Məmmədov respublikada birinci müstəqil studiyalardan sayılan, 1991-ci ildə təsis edilmiş "215 KL" eksperimental studiyasının yaradıcılarından biri olmuşdur. Burada çəkilən "Qayıdış" çoxseriyalı sənədli filmindəki rejissor işinə görə o, Azərbaycan Respublikası "Araz" Dövlət mükafatına layiq görülmüşdür. 1994-cü ildə B.Məmmədov müstəqil "215 KL" studiyasının idarə heyətinin sədri seçilir.
Cavanşir Məmmədov (rejissor)
Cavanşir Musa oğlu Məmmədov (17 oktyabr 1915, Lənkəran, Lənkəran qəzası – 1997, Moskva) — Azərbaycan operatoru və rejissoru. == Həyatı == Cavanşir Musa oğlu Məmmədov 17 oktyabr 1915-ci ildə Lənkəranda anadan olub. 1937-ci ildə Aşqabad Kino Texnikumunu bitirmişdir. 1997-ci ildə Moskvada vəfat edib. == Fəaliyyəti == Kinoda operator şagirdi (1932), operator köməkçisi, operator assistenti (1934), II dərəcəli operator (1935), II operator (1938), xronikal filmlər üzrə I dərəcəli operator dərəcələrinə yüksəlib. 1937-ci ildə Aşqabad kinostudiyasında operator işləyib. Müharibə illərində Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. 1950–1960-cı illərdə Bakı kinostudiyasında 12 sənədli film çəkib. 1960-cı ildən Mərkəzi Elmi-Kütləvi Filmlər Studiyasında ("Sentrnauçfilm") "Kino Səyahəti" almanaxının yaradıcılarındandır. Kinojurnallar üçün mindən çox süjet çəkib.
Cavid İmamverdiyev (rejissor)
Cavid Sudeyf oğlu İmamverdiyev — Azərbaycan rejissoru, "Tərəqqi" medalı laureatı (2016). Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru == Həyatı == Cavid Sudeyf oğlu İmamverdiyev 1972-ci ildə ]]Bakı şəhəri]]ndə anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Gənc yaşlarından mətbuatda fəal iştirak edən Cavid İmamverdiyev “Bakılı oğlanlar” komandasının yaradıcılarından biri olmuş, 1991-ci ildən BŞ ŞHK-nun baş inzibatçısı vəzifəsində işləmişdir. 1992-ci ildə “Bakılı oğlanlar” komandasının tərkibində ŞHK-nun çempionu, 1995-ci ildə Çempionlar Kubokunun sahibi və 2000-ci ildə XX əsrin çempionu adına layiq görülmüşdür. 1993-1995-ci illər ərzində “Kim? Nə? Harada?” («Что? Где? Когда?»), “Breyn-rinq” və “İlk baxışdan məhəbbət” («Любовь с первого взгляда») verilişlərinin istehsalçısı olan Rusiyanın “Oyun” Teleşirkətində icraçı prodüser vəzifəsində işləmişdir.
Cəmil Quliyev (rejissor)
Cəmil Elşad oğlu Quliyev (3 iyul 1963, Bakı, Azərbaycan SSR) — Azərbaycan kinorejissoru, ssenari müəllifi, "Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru (2019-2020), Azərbaycan Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” kanalının sabiq baş direktoru (2011-2013), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi (2012), İctimai Televiziyanın sabiq baş direktoru (2013-11.5.2018), Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri (2018-2019), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni laureatı (2018), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru. == Həyatı == Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A. Alov və V. Naumovun emalatxanası) bitirib. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib. 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998- 2006-cı illərdə həmin Universitetin “Kino və televiziya sənəti” kafedrasının müdiri və dosenti olub. Hal-hazırda həmin universitetin professorudur. 2000-2005-ci illərdə Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb.
Dinq Şen (rejissor)
Ding Sheng (çin. 丁晟; 1970, Sindao, Şantun) — Çin film rejissoru və ssenaristi. Şantun, Sindao şəhərində anadan olmuş, əsərlərinə Kiçik Böyük Əsgər, Polis Hekayəsi 2013 və Dəmiryol Tigers (2016) hər iki filmin onun rejissoru olduğu və Ceki Çanın rol aldığı filmlər daxildir.
Elvin Mirzəyev (rejissor)
Mirzəyev Elvin Hacı oğlu (18 sentyabr 1974, Bakı) — Azərbaycan rejissoru və aktyoru. == Həyatı == Elvin Mirzəyev 1974-cü ildə Bakıda anadan olub. 1994-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun fortepiano şöbəsini, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. 1996–2003-cü illərdə Bakı Kamera Teatrında rejissor, aktyor, 2003-2004-cü illərdə Space TV, 2004-2006-cı illərdə isə ANS TV-də işləyib. 2006-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinin təsisçisi və rejissoru olub. 2008-ci ildən 2012-ci ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rejissoru olub. 2013-cü ilin oktyabr ayından öz "TREM TV Production" kinoşirkətini yaradır. Bu şirkətin bazasında "Qağayı" və "Əli və Nino" bədii televiziya seriallarını, bir sıra sənədli filmlər və kliplər çəkir. 2016-cı ilin oktyabr ayından İrəvan Azərbaycan Dövlət Teatrının rejissorudur. 2023-cü il yanvar ayından Alternativ SƏHNƏ Teatrının baş rejissorudur.
Emil Abdullayev (rejissor)
== Həyatı == Emil Abdullayev 1989-cu il iyunun 30-da Bakı şəhərində dünyaya gəlmişdir. 1995—2006-cı illərdə Səməd Abdullayev adına 290 saylı orta məktəbdə təhsil almışdır. 2006—2011-ci illərdə “Odlar Yurdu” universitetində qiyabi ali təhsil alan Emil Abdullayev 2008— 2009-cu illərdə hərbi xidmətdə olmuşdur. 2009—2011-ci illərdə isə Türkiyədə “3D Akademi”-də təhsil almış və təhsilini xüsusi fərqlənmə diplomları ilə bitirmişdir. == Karyerası == Emil Abdullayev 2011-ci ildə "M Group Production" şirkətində rejissor kimi işə başlamış və 2012—2014-cü illərdə ANS teleakanalında yayımlanan “Bu da bu” yumoristik telelayihənin quruluşçu rejissoru kimi fəaliyyət göstərmişdir. 2014-cü ildə "My name is İntiqam" komediya filminin quruluşçu rejissoru olmuşdur. Eyni zamanda filmin bütün montajını da özü etmişdir. (Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir.) Emil Abdullayev My name is İntiqam filminin quruluşçu rejissoru olmaqla, Azərbaycan kino tarixində ən gənc uzunmetrajlı film çəkmiş rejissor kimidə tarixə düşüb 2015—2016-cı illərdə “Azad Azərbaycan” və “İlk Media” şirkətinin məhsulu olan və "Bozbash Pictures"in istehsalı olan “Axırıncı yol” macəra komediyasının quruluşçu rejissoru olmuşdur. (Xatırladaq ki, Axırıncı Yol filmi Azərbaycan müstəqil olduqdan sonra kinoteatrlarda yerli və xarici filmlər arasında 30 gün ərzində 100.000 baxış sayı toplamış yeganə filmdir.) Eyni zamanda "Axırıncı Yol" macəra komediyasının bütün montajını da Emil Abdullayev özü etmişdir.
Etibar Babayev (rejissor)
Etibar Babayev (tam adı:Babayev Etibar Kamal oğlu; 1967, Bakı – 2 iyul 2020, Bakı) — "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi == Həyatı == 1967-ci ildə Bakıda anadan olmuşdur. AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışmışdır. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olmuşdur. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunmuşdur. Bir neçə bədii və sənədli filmin ideya müəllifi və layihə rəhbəri olmuşdur. "Ana və poçtalyon", "Xocalı yol gözləyir" filmləri olmuşdur. 2 iyul 2020-ci ildə Bakı şəhərində koronavirusdan dünyasını dəyişmişdir. == Tətlifləri == 10 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Əməkdar incəsənət xadimi adı ilə təltif olunmuşdur.
Fariz Əhmədov (rejissor)
Fariz Asif oğlu Əhmədov (d. 15 dekabr, 1983, Bakı) — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2020-ci ildən). == Həyatı == Fariz Əhmədov 15 dekabr 1983-cü ildə Bakıda anadan olub. ADMİU-nun Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasında (2001-2005) və Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində təhsil alıb (2007-dən). Professional Kinorejissorlar Gildiyasında koordinator (2003-2005), Beynəlxalq Audiovizual Festivalda koordinator (2003-2005), ANS TV-də rejissor (2005-2006) kimi çalışıb. Hazırda AzTV-də rejissordur. Fariz Əhmədov "Kiçik Əmanət" (2005, 5 dəq, film haqqında film), UNICEF üçün "Gənclik və Sülh" mövzusunda 1 dəqiqəlik sənədli filmin (2003) müəllifidir. 2010-cu ildə Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə daxil olmuş və 2012-ci ildə həmin ali təhsil ocağının magistr pilləsini bitirmişdir. 2012-ci ildə "Azanfilm" animasiya filmləri studiyasının direktoru təyin edilmişdir. 2020-ci ildən "Azərbaycanfilm" kinostudiyasının direktorudur.