Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məliklər
Məliklər (Şabran) — Azərbaycan Respublikasının Şabrannun inzibati ərazi vahidində kənd. Məliklər (Sisyan) — Zəngəzurda kənd.
Reliker
Relikviya – məşhur müqəddəslərin və şəhidlərin geyindikləri geyimlərin qalıqlarının, istifadə etdikləri əşyaların və əksər hallarda sümüklərdən ibarət reliklərin saxlanıldığı qutu. Relikviyaların mərmərdən və ya əhəng daşından olanlarının dam örtüyünə oxşayan bir qapağı olur və sarkofaq forumuna oxşadılaraq istehsal olunurdular. Digər materiallarla istehsal olunan relikeviyalar isə daha çox düzbucaqlı, kvadrat, oval və ya kilsə modelləri şəklində istehsal olunurdular. Əsasən sadə olan əsərlərdə bəzən bəzək materialı kimi xaçdan istifadə olunurdu.
Əliklər
Əliklilər və ya İlaqar — "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri == Ədəbiyyat == Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.
Məliklər (Sisyan)
Məliklər - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Kəndin digər adı Məlikli olmuşdur. Toponim məliklər (məlikli) etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 4. V. 1939-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Spandaryan qoyulmuşdur. 1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir.
Məliklər (Şabran)
Məliklər — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Məliklər kəndi Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Uzunboyad kəndi olmaqla, Uzunboyad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 326 nəfər təşkil edir.