Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rafute
Rafute (ラフテー) – Yaponiyanın Okinava mətbəxinə aid donuz qabırğasından hazırlanan yemək. Rafute dərisi soyulmamış donuz qabırğasının soya sousunda və qəhvəyi şəkərdə pörtlədilməsi ilə hazırlanır. Yaponiya inancına görə ömrü uzadan yeməkdir. Rafute Okinava Krallıq Mətbəxinin yeməklərindən biri olmuşdur. Havay adalarında rafute "şoyu donuz əti" adı ilə tanınır. və boşqablarda qəlyanaltı kimi servis edilir. Rafuteni Havay adalarına 1900-cü illərin əvvəlində Okinava immiqrantları gətirmişdilər. Etnik okinavalılar Havay adalarının paytaxtı Honolulu şəhərində bir çox restoran işlətmişdilər.
Redut
Redut bir regionu, məntəqəni və ya ərazini müdafiə etmək üçün inşa edilmiş və silahlarla gücləndirilmiş hərbi istehkamdır. İlk dəfə XI əsrdən sonra istifadə edilmiş redutlar Birinci dünya müharibəsindən sonra əhəmiyyətini itirmişdir. Redut (fr: redoute, latınca reductus - uzaq, sığınacaq), çoxməqsədli müdafiə məqsədi ilə hazırlanmış, qala divarları və xəndəklərlə əhatə edilmiş, əsasən (lakin mütləq deyil) torpaqdan olan qapalı tipli müstəqil bir istehkamdır. == Məqsədi == Redutlar, strateji baxımdan əhəmiyyətli bir regionun, məntəqənin, yolun və ya şəhərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün ərazini hər tərəfdən nəzarət altında saxlamağa imkan yaradan dominant bir təpəsində və ya dağ yamacında inşa edilmiş hərbi obyektlərdir. Tikilməsinin əsas məqsədi şəhərin müdafiəsinin ön tərəfində bir müdafiə xətti yaradaraq düşmənin hücumlarının qarşısını almaqdır. Bir növ şəhərlərin müdafiəsinin forpostudur. Redutlar memarlıq məsələləri nəzərə alınmadan, əsasən möhkəmlik və təhlükəsizlik əsasında inşa edilmişdirlər. Əsas binası və giriş yolları ümumiyyətlə torpaqdan hazırlanmış bəndlərlə müdafiə edilirdi. Tikildikləri yerin vəziyyətinə görə planlaşdırıldıqları üçün bir-birlərinə bənzəməmələrinə baxmayaraq, ümumiyyətlə şəkillərinə görə ulduzvari redutlar, torpaq redutlar, hilalvari redutlar, yay formalı redutlar kimi təsnif edilmişdirlər.
Rebut
Yenidənyazma və ya rebut (ing. Reboot) — eyni personajlardan və ideyalardan istifadə edən, lakin seriyada əvvəlki əsərlərdə baş tutan hadisələrə məhəl qoymayan, yeni süjet xətti yaradan bədii əsərin (film, kompüter oyunu, komiks və s.) yeni versiyası. Yenidənyazma seriyadakı köhnə girişlərin süjetini ləğv etmədiyi təqdirdə, bu, yumşaq yenidənyazma adlanır və hər halda, bir çox cəhətdən hekayəni sıfırdan başladır. Yenidənyazmanın əsas məqsədi yeni fanatlar cəlb etmək və gəliri artırmaq üçün seriyanı "canlandırmaq"dır. Beləliklə, yenidənyazma köhnəlmiş seriyanı xilas etmək cəhdi kimi qiymətləndirilə bilər. Bundan əlavə, seriyanın sıfırdan başlaması qazanc baxımından kifayət qədər təhlükəsiz layihədir, çünki tanınmış personajların olduğu əsərin artıq mövcud fanatları var və buna görə də tamamilə orijinal əsərdən daha az risklidir.
Renate Linqor
Renate Linqor — Qadın futbolu üzrə dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı == Həyatı == Renate Linqor Almaniyanın Karlsrue şəhərində doğulub. == Karyerası == === Klub karyerası === O, futbol oynamağa 1981-ci ildə "SV Blankenloch" klubunda başlayıb, 1983-cü ildən "Karlsrue SC" klubunun gənclərdən ibarət komandasında çıxış edib. Almaniya Bundesliqasında peşəkar karyerasına 14 yaşında "SC Klinge Seckach" klubu ilə müqavilə imzaladıqdan sonra başlayıb. Almaniyanın bir sıra aparıcı klublarından təklif almasına baxmayaraq, o, adıçəkilən klubda 1997-ci ilə qədər çıxış edib. Həmin il Renate Linqor "FFC Frankfurt" klubunda mərkəz yarımmüdafiəçi mövqeyində oynamağa başlayıb. Linqor 2 dəfə UEFA Kubokunun qalibi (2002, 2006), 5 dəfə Almaniya çempionu (1999, 2001, 2002, 2003, 2005), 5 dəfə Almaniya Kubokunun qalibi (1999, 2000, 2001, 2002, 2003) olub. 2007-2008-ci il mövsümündən sonra futbolçu karyerasını başa vurub. === Milli karyerası === 1995-ci ildə Almaniya milli komandasına dəvət olunan Renate Linqor buna qədər Almaniyanın 20 yaşlı futbolçulardan ibarət yığmasının tərkibində 19 oyunda meydana çıxıb. 2006-cı ildə Marta (Braziliya) və Kristin Lilli (ABŞ) ilə bərabər Dünyada İlin Ən Yaxşı Qadın Futbolçusu adına Renate Linqorun da namizədliyi irəli sürülüb. Linqor Milli komandada 2 dəfə dünya çempionu (2003, 2007), 2 dəfə Avropa çempionu (2001, 2005) və 2 dəfə Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2000, 2004) olub.
Revue Archéologique
Parisdə nəşr olunan La Revue Archéologique, ən qədim, ən uzunmüddətli elmi jurnallardan biridir. İlk dəfə 1844-cü ildə ortaya çıxan bu jurnal nə bir institutun, nə də hər hansı bir məktəbin orqanı deyil, hazırkı redaktoru Marie-Christine Hellmannın rəhbərliyi altında tam müstəqilliyə malikdir. La Revue Archéologique ildə iki dəfə nəşr edilir. Maraq mərkəzi köklərindən bəri Klassik qədim dövr olaraq qalır, ancaq maraq dairəsi Qədim Yaxın Şərq, Anadolu, Etrusk İtaliyası və Orta Asiyaya qədər uzanır.
İosif Reutt
İosif Antonoviç Reutt-(1786-1855), polkovnik, 42-ci eger polku komandiri, 1826-cı il iyul ayının 22-dən sentyabrın 6-na qədər İran qoşunları mühasirəsinə düşmüş Şuşa qalasının komendantı idi. == Həyatı == İosif Antonoviç Reutt 1786-cı ildə Qrodne quberniyasında anadan olmuşdu. Reutt cəllad xislətli general idi. O, Yeger polkunda xidmət etdiyi zaman bu xislətə yiyələnmişdi. Bu polk öz sərtliyi ilə imperiya ordusunda tanınırdı. İperatorun bilavasitə nəzarəti altında fəaliyyət göstərirdi. Maraqlıdır ki, həmin hərbi hissənin demək olar bir çox zabitləri Azərbaycanın canına zəli kimi darışmışdılar. Reutt hərbi hissənin 42-ci polkunun komandiri idi. Bu hissə Azərbaycan torpağında ağılasığmaz hərəkətlər etmişdi. Yalnız Qarabağ bölgəsində bu polkun doqquz rotası saxlanılırdı.
Reut çayı
Reut (rum. Răut [рэ́ут], idiş רעװעט‎ [рэ́вэт]) — Moldova ərazisində olan çay, Dnestrın sağ qolu. == Ümumi məlumat == Uzunluğu — 286 км. Su toplayıcı sahəsi — 7760 км². Yatağın orta eni — 30 м. Çay dərəsinin orta eni — 7 км. Su sərfi — 8-15 м³/s. Çayın hidroloji rejimi sabit deyil. Yaz və yay su səviyyəsinin dəyişmə rejimi mövcuddur. Çay öz başlanğıcını Redyu-Mare kəndi yaxınlığından götürərək cənub-şərq istiqamətində axır.
İbn Bətutə
İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (25 fevral 1304–1377) — ərəb səyyah və tacir. == Həyatı == == Fəaliyyəti == Digər ərəb səyyahlarından fərqli olaraq, olduğu ölkələrin əhalisi haqqında daha çox maraqlanmışdır. 22 yaşında Mərakeşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində olmuş, daha sonra Fələstin Məkkəyə getmişdir. Məkkədən geri Fələstinə qayıdan İbn-Bətutə Kiçik Asiyanı keçərək Rusiyaya daxil olmuş və Sibirə yollanmışdır. Rusiyadan İstanbula qayıdaraq Orta Asiyaya, buradan isə Əfqanıstandan keçməklə Hindistana yola düşmüşdür. Hindistanda dövlət xidmətinə götürülən səyyah 1342-ci ildə Çində olur. Daha sonra Maldiv adalarında, Mərakeşdə, təkrar İspaniya, Saxarada olmaqla 1377-ci ildə vəfat edir. İbn Bətutə orta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərdə olan yeganə səyyah olmuşdur. Onun qarşıya qoyduğu əsas məqsəd XIV əsrin ikinci yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi. İbn Bətutə 1342-ci ildə dəniz yolu ilə Ərəbistana qayıtmış, özü ilə olduğu ölkələr haqqında zəngin məlumatlar gətirmişdir.
Rəftə (Soyuqbulaq)
Rəftə (fars. رفته‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (9 ailə).