Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Press F to pay respects
"Press F to pay respects" (azərb. Hörmət göstərmək üçün F düyməsini basın‎) — Oyunun 2014-cü ilin noyabrında buraxılmasından sonra, oyundaxili dəfn mərasimi anında yersiz görünən məcburi interaktiv elementinə görə bir çox tənqidçi və video oyun oyunçusu tərəfindən lağ edildi. O vaxtdan internet şərhçiləri tərəfindən xoşagəlməz hadisələrlə bağlı rəğbət və ya etiraf etmək üçün "F" düyməsindən istifadə olunur. == Haqqında == Call of Duty: Advanced Warfare kompüter oyununda interaktiv səhnə (QTE) zamanı ekranda "Hörmət əlaməti olaraq basın" F işarəsi görünür. Hadisələr dəfn mərasimidə hekayə formatında keçir. Sıravi personajlardan biri olan Cek Mitçel Cənubi Koreyada döyüşlər zamanı həlak olan ən yaxın dostunun, eyni zamanda hərbçinin dəfn mərasimində iştirak edir. Dəfn mərasimində iştirak edən digər əsgərlər növbə ilə bağlı tabuta yaxınlaşır və əlləri ilə qapağa toxunaraq mərhumun xatirəsini ehtiramla yad edirlər. Dəfn səhnəsinin müəyyən bir nöqtəsində, interaktiv alət oyunçuya xatırlatma edir. Klaviaturadakı F düyməsini basarsanız interaktiv obyektlərlə qarşılıqlı əlaqə üçün nəzərdə tutulmuş qəhrəman da tabuta yaxınlaşacaq və əlini qapağın üstündə tutacaq. Oyunçu xatırlatmanı görməməzliyə gələ bilər, bu zaman xarakter sadəcə olaraq eyni yerdə qalacaq və tabuta yaxınlaşmayacaq; bir dəfədən artıq "xatirə" edə bilmərsiniz.
Resept
== Dərmanşünaslıq == Dərmanşünaslıq dərmanlardan bəhs edən elmdir.O əczaçılıq və farmakologiya kimi iki böyük elm sahəsini özündə birləşdirir. == Reseptura == Dərmanşünaslıq elminin mühüm sahələrindən və vacib tərkib hissələrindən biri də reseptura fənnidir. Hələ ən qədim zamanlardan müalicə üçün təyin olunmuş dərmanın adını, miqdarını, tətbiq üsulunu və və qaydalarını və digər məlumatları göstərmək zərurəti yaranmışdır ki, bunu da həmin dövrlərdə müəyyən yazı işarələri vasitəsilə göstərməyə çalışmışlar. Tədricən bu sahə inkişaf etmiş və, beləliklə də, hazırda reseptura adlandırdığımız mühüm bir dərmanşünaslıq fənninin təməli qoyulmuşdur. Dərmanşünaslığın dərman maddələrinə reseptlərin yazılması və dərmanların hazırlanılması qaydalarından bəhs edən sahəsi reseptura adlanır. == Dərmanşünaslığın tarixi == Tarixi məlumatlardan məlum olur ki, reseptura həqiqətən də ən qədim elmlərdəndir. Belə ki, bizim eramızdan hələ 2000–3000 il əvvəl artıq qədim misirlilərin, primitiv şəkildə olsa da, öz resepturası mövcud imiş. O zamanlar reseptləri xüsusi işarələrlə yazırmışlar.Bu işarələr yalnız həkimə və əczaçıya məlum imiş. Belə işarələrdən bəzilərinin maraqlı mənası olmaqla, bunlar dərmanşünaslıqda qəbul olunmuşdur. Məsələn, su, duz, turşu ,mis, spirt, gümüş, sabun, qızıl xüsusi işarələrlə, eləcə də başqa maddələr və dərman vasitələri digər müəyyən işarələrlə göstərilərmiş.
Everything You've Come to Expect
Everything You've Come to Expect — The Last Shadow Puppets qrupunun 1 aprel 2016-cı ildə Domino Records tərəfindən buraxılan ikinci albomu. Albom 2014-cü ildə London, Paris və Los-Anceles şəhərlərində qrupun həmmüəllifləri Aleks Törner və Mayls Keyn tərəfindən yazılmışdır. Prodüserliyini Malibuda qrupun üzvü Ceyms Ford qonaq musiqiçi Mett Helders və yeni basçı Zak Daues ilə birlikdə etmişdir. Aranjimanlar əvvəlki albomda olduğu kimi yenidən Ouen Pallett tərəfindən edilmişdir. Üz qabığında 1969-cu ilin noyabrında Cek Robinson tərəfindən çəkilmiş Tina Törnerin rəqs etdiyi zaman çəkilmiş şəkli yer almışdır. Şəkli illüstrator Metyu Kuper dəyişdirərək ona qızılı rəng verib. Everything You've Come to Expect qrupun əvvəlki albomundan fərqli olaraq daha çox maksimalist səviyyədə hazırlanıb. Mahnılar əsasən barokko-pop, mavi göz soul və psixodelik pop janrındadır. Albom desert rock, postpank, fank, disko və italyan film saundtrekləri də daxil olmaqla müxtəlif yerlərdən təsirlənib. Mahnıların sözləri hedonizm, romantika, özünə dəyər və iki gənc kişinin gecə həyatı haqqındadır.
Rəstəcə
Rəstəcə — Azərbaycan Respublikasının Ucar rayonunun Qarabörk inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 1083 nəfərdir. == Görkəmli şəxsləri == Nadir Süleymanov. == Toponimikası == Oykonim iran dillərinə məxsus rəstəhrusta (kənd, böyük kənd) və cəlca (yer) sözlərindən düzəlib, “böyük kənd yeri” mənasındadır. == Din == Kənddə Rəstəcə kənd məscidi dini icması fəaliyyət göstərir.
San-Visente-del-Raspeç
San-Visente-del-Raspeç (isp. San Vicente del Raspeig) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 40,55 km² hissəsini əhatə edir. 2015-cu ildə hesablamalara görə əhali 63307 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 6 km uzaqlıqda yerləşir. == Əhalisi == 2008-ci il yanvarın 1-dən siyahıya alınmaya görə San-Visente-del-Raspeç ərazisinin əhalisi 51,507 nəfər idi. Universitetdə oxuyan və şəhərdə yaşayan tələbələrin siyahıya alınması zamanı şəhərdə və ikiqat qeydiyyatdan keçmiş miqrant əhalisinin sayı 2005-ci ildə 64.000 çatmışdır.. Şəhərdəki fəal əhali artımı, şəhərin Alikante ilə birlikdə bir metropol sahəsi ilə birləşməsinə başlandıqdan sonra, 70-80-ci illərdə şəhərin genişlənməsinə və inkişafına səbəb oldu. San-Visente əhalisinin 6,09% -i əsasən Latın Amerika və digər Avropa ölkələri vətəndaşlarıdır. == Nəqliyyatı == Yol əlaqələri barədə şəhər çox əhəmiyyətli yollarının kəsişməsində yerləşir və şəhərin Alikante və Alikante-Elçe hava limanlarının sahilləri ilə əlaqələri var.