Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Remakes (albom)
Remakes – Azərbaycan müğənnisi Aygün Kazımovanın yığma albomu. Alboma 9 mahnı daxildir. Albom Xalq artisti Aygün Kazımovanın əməkdaşlıq etdi SS Production şirkətinin prodüserliyi ilə işıq üzü görmüşdür. == Hazırlanması == Alboma 2001-ci ildən 2020-ci il də daxil olmaqla Aygün Kazımovanın ifasında SS Production şirkətinin prodüserliyi ilə təqdim olunan mahnıların yeni versiyaları daxildir. Albomdakı Günah adlı ifa, Aygün Kazımovanın 2016-cı ildə ifa etdiyi Yalana Bax adlı mahnısının remiks versiyasıdır. Mahnının remiksini Azərbaycanlı DJ Jay Aliyev etmişdir. Albomdakı Пусть adlı mahnı, Pop Divanın S.U.S. sinqlının rusca versiyasıdır.
Tereza Raken
Tereza Raken — XIX əsr fransız naturalist nəsrinin simalarından biri olan Emil Zolyanın (1840-1902) romanı. Roman müxtəlif dillərə tərcümə edilib. == Məzmun == Ehtirasın doğurduğu cinayət və qatillərin cinayətdən sonrakı psixoloji sarsıntıları, peşmançılıq və özünə haqq qazandırmaq cəhdi roman boyu oxucunu arxasınca aparır. Romandakı sevgi iki insanın bir-birinə öyrəşməyi öyrəşməyi üzərində qurulub. Xalası oğlu xəstəhal Kamillə xalası xanım Rakenin istəyi əsasında evlənməyə məcbur olan Tereza ərinin dostu Loranın simasında sevginin və ehtirasın gerçək dadını çıxarmaq istəyir, amma arada divar kimi olan Kamil bu yaxınlığa böyük maneədir. Məşuqlar Kamilli aradan götürməklə azadlığa qovuşacaqlarını güman edirlər,lakin hər şey əksinə olur. Kamilin kabusu onları bir an belə rahat buraxmır.