Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəskin revmatik qızdırma
Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1-5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir.KRQ - A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır. == Tarixçəsi == ‘Rheumatism’, ‘rheuma’, ‘Bouillaud’s Disease’, ‘Poliarthritis Subacuta Rheumatism’, ‘Poliarthritis Acuta’, ‘Poliarthritis Rheumatica Acuta’,‘Rheumatismus İnfectiosus’, ‘ Rheumatismus Cerus’, ‘Morbus Rheumaticus Specificus’ kimi tarixi adları olmuşdur. KRQ - miladdan öncə 500-cü ildən bəri bilinən bir xəstəlikdir. Hipokrat "Xəstəliklər haqqında dörd kitab" əsərində belə yazmışdır : "Artrit zamanı halsızlıq meydana gəlir, şiddətli bir ağrı vücudun bütün oynaqlarını tuta bilir və bu ağrılar bəzən çox şiddətli, bəzən həlimdir, bir oynaqdan digərinə sıçraya bilir." Artriti ilk dəfə təsvir edən Guillaume de Baillou ( 1538 -1616) dur. Thomas Sydenham (1624-1668) 1686 ci ildə Sydenham xoreyasını təsvir etmiş, amma artrit ilə xoreyanı əlaqələndirə bilməmişdir. Charles Wells 1812 ci ildə ilk olaraq artrit və xoreya arasında əlaqəni təsvir etmiş və ilk olaraq subkutan nodullardan (dərialtı düyünlərdən) bəhs etmişdir. 18 ci əsrin ortalarında Gerard van Swieten "bəzən oynaqlarda ağrı qurtarır, sinədə ağrı başlayır, çırpıntı olur" deyərək revmatizm ilə ürək xəstəlikləri arasında əlaqə qurmağa cəhd etmişdir. William Cullen 1760 ci illərdə revmatizm xəstələrində "sürətli, dolğun və sərt nəbz" əlamətinə diqqət çəkmiş amma revmatizm və ürək xəstəlikləri arasında əlaqəni ilk təsvir edən Wells olmuşdur. David Pitcairn ilə birlikdə 1778 ci ildə bunu nəşr etdirmişdir. 1809 cu ildə David Dundas ürək xəstəliyindən ölən 9 revmatizm xəstəsindən 6 sını təşrih etmişdir və hamısında ürəyin genişləndiyini, birində perikardiyal mayedə artım olduğunu və bəzilərində perikardın ürəyin səthinə yapışıq olduğunu müşahidə etmişdir.
Revmatizm
Revmatizm — Orqanizmin birləşdirici toxumalarını zədələyən və ürək qüsurlarına gətirib çıxaran xəstəlik.Çox vaxt prosses diz,topuq,dirsək oynaqlarında gedir.Zədələnmiş oynaqlar şişir dəri isə qızarır.Rematik prosses nəticəsində ürəyin zədələnməsi Remakardid adlanır.
Revmatoid artrit
Revmatoid artrit ən çox yayılmış və ağır oynaq xəstəliklərindən biridir. Artrit müxtəlif yaşlarda inkişaf edə bilər. Lakin əsasən artrit 30 yaşından sonra inkişaf edir. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik daha tez-tez inkişaf edir. Alimlərin məlumatlarına görə, revmatoid artrit əhalinin 1-2%-ndə qeyd olunur. Bu xəstəliyin inkişaf etmə səbəbləri sona kimi araşdırılmayıb. Belə hesab olunur ki, xəstəliyin inkişafında irsiyyət müəyyən rol oynayır. Lakin əksər hallarda bu xəstəlik bir neçə mənfi amillərin (irsiyyət, stress, infeksiya və s.) təsiri nəticəsində inkişaf edir. Revmatoid artrit autoimmun xəstəlikdir. Normada insanın immun sistemi hüceyrələri limfositlər orqanizmə düşən yad ziyanlı hüceyrələri (bakteriyalar, viruslar və s.) məhv etməlidir.
Travmatik şok
Travmatik şok — faza formasında gedən patoloji prosesdir. Qan dövranının, tənəffüsün, maddələr mübadiləsinin, mərkəzi sinir sisteminin, humoral tənzimin pozulmasının müşayiəti ilə reflektor yolla zədəyə qarşı cavabıdır. Qanitirmə, soyuq, yorulma, aclıq və bu kimi başqa zədələyici amilin uzun vaxt təsiri şokun daha tez və ağır gedişinə mənfı təsir göstərir. Döş qəfəsinin, qarın boşluğunun üzvlərinin, onurğa sütununun, çanağın, kəllənin zədələnmələri zamanı və yanıqlarda daha tez-tez şok müşahidə edilir.Şok — ing. shock sözündən olub, zərbə, sarsıntı deməkdir. Şok, kəskin ağrıya qarşı orqanizmin sinir–reflektor reaksiyasıdır. Şok zamanı əsas həyat fəaliyyəti olan üzvlər: qan hərəkəti, tənəffüs, maddələr mübadiləsi pozulur. Lakin əsas yeri sinir sisteminin fəaliyyətinin pozulması tutur. Şok ağır zədələnmələrdə, geniş sahəli yanıqlarda, uyğun olmayan qanı köçürən zaman baş verir.Şok iki sinir sistemi arasında bir-birinə zidd olan qıcıqlanma ilə tormozlanma arasında gedən konfliktlər nəticəsində əmələ gəlir. Travmaya uğramış sahədə zədə almış periferik sinirlər qıcıqlanır və impulslar mərkəzi sinir sisteminə gedərək beynin qabıq altı maddəsinə, sonra beyin yarım kürələrinə çatır.
Travmatik çəkilmə sindromu
Travmatik çəkilmə sindromu (isv. uppgivenhetssyndrom) Vətənlərini tərk etmək məcburiyyətində qalan yüzlərlə uşaq və böyüklər yatmaq üçün yataqlarına uzanırlar və yataqdan qalxa bilmirlər. Bu sindromlu insanlar hərəkət edə, yeyə, içə, danışa və ya cavab verə bilmirlər. Dünyanın yalnız müəyyən yerlərində yaranan travmatik çəkilmə sindromunun arxasındakı həqiqət tam olaraq bilinmir. Bu sindromlu insanların ümumi ortaq bir cəhəti var. Sindroma tutulan şəxslər zorakılıqla köç etmək məcburiyyətində qalan və bu səbəbdən travma görmüş immiqrantlardır. Onların əksəriyyəti keçmiş SSRİ və Yuqoslaviya ölkələrindən gələrək İsveçə yerləşənlər olub. Ailələri deportasiya edilməklə hədələndiyi zaman bu insanlar komaya girirlər. Sindromdan qurtulmağın yeganə yolu, immiqrantların İsveçdə qalmasına icazə vermək üçün yaşayış icazəsi qərarıdır. Yaşayış icazəsi alan ailələr, uşaqlarına yaşayış icazəsi ilə birlikdə gələn məktubu oxuduqlarında uşaqlar tədricən oyanmaya başlayır.
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom)
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. == Tarixi == Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). == Kliniki əlamətləri == Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). == Yaranma səbəbəi == Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. == Uzunmüddətli sıxılma sindromu dövrə ayrılır == Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.