Pyotr Qavrilov
Pyotr Mixayloviç Qavrilov (rus. Пётр Миха́йлович Гаври́лов; 17 (30) iyun 1900 və ya 30 iyun 1900 – 26 yanvar 1979, Krasnodar, Krasnodar diyarı, RSFSR, SSRİ) — Brest qalasının müdafiəsində göstərdiyi şücaətə görə tanınmış sovet zabiti idi.
O, etnik Kryaşen idi. 44-cü moto atıcı alayın komandanı olan Pyotr Qavrilov, 31 gün müqavimətdən sonra – 1941-ci ilin 23 iyulunda almanlar tərəfindən əsir götürülmüşdür. O, müharibə bitəndən sonra buraxılmışdır.
Rəsmi sovet məlumatına əsasən, əsirlikdən buraxılandan sonra o, eyni rütbədə orduya qaytarılmışdır. Onun partiya üzvlüyü, öz üzvlük biletini itirdiyinə və əsirlikdə qaldığına görə bərpa edilməmişdir. O, 1946-1947-ci illərdə Sibirdə yapon hərbi əsirləri üçün olan düşərgənin rəhbəri olmuşdur. Sonra isə, o Krasnodara köçmüşdür.
1956-cı ildə o, müharibənin ilk günündən bəri görə bilmədiyi həyat yoldaşını və övladlığa götürdüyü oğlunu yenidən tapmışdı.