Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ribere
Ribere (fr. Ribeyret, oks. Ribeiret) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05117. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 105 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 69 yaşda (15-64 yaş arasında) 36 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 52,2%, 1999-cu ildə 68.2%) idi. Fəal olan 36 nəfərdən 34 nəfər (19 kişi və 15 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Lisbern burnu
Lisbern burnu (ing. Cape Lisburne) — Alyaskanın Lisbern yarımadası, Çukot dənizi sahillərində yerləşən burun. Burun Poit-Houl qəsəbəsindən 64 km şimal-şərqdə yerləşir. Alyyaska Milli Dəniz qoruğu ərazisinə daxildir. İnyupiklər burunu "Uivaq" adlandırırlar. Avropalılardan isə burunu ilk aşkarlayan Ceyms Kuk olmuşdur. 21 avqust 1778-ci ildə burunu Lisbern olaraq adlandırmışdır. İnyupiklər burunbun ilk sakinləridirlər. Burunda vaxtı ilə epidemiya olmuş və çoxlu insan həlak olmuşdur. Bu səbəbdən əhali Ümid burnuna köçmüşdür.
Niko Rosberq
Niko Rosberq (27 iyun 1985, Visbaden) — Almaniyalı Formula 1 pilotu.2016-cı ilin dünya çempionu. == Bioqrafiya == Niko Rosberq 1985-ci il iyunun 27-də Qərbi Almaniyadakı Vizbaden şəhərində 1982-ci ilin Formula 1 üzrə dünya çempionu finlandiyalı Keke Rosberqlə onun alman həyat yoldaşı Sinanın ailəsində anadan olub. Uşaqlığının böyük hissəsini Monakoda keçirib və burada alman dilindən əlavə, ingilis, fransız, italyan və ispan dillərini mükəmməl öyrənib. Atası ona karyerası boyu daha çox lazım olacaq dillərə diqqət ayırması üçün qəsdən fin dilini öyrətmir. Həm Almaniya, həm də Finlandiya vətəndaşlığı olan Niko erkən karyerasının müxtəlif dövrlərində hər iki ölkənin bayrağı altında yarışır. Lakin FİA buna icazə vermir, Niko da Almaniyanı seçir. Niko 2014-cü il iyulun 11-də uşaqlıqdan tanıdığı Vivian Sibold ilə ailə qurub və 2015-ci il avqustun 30-da onların Alaya adlı qızları dünyaya gəlib. Niko Monakoda yaşayır və Monakonun knyazı II Alber ilə yaxşı münasibətləri var. O, bir müddət əvvəl Mercedes-in rəsmi səfiri olduğunu açıqlayıb. == Sürücülük karyerası == Niko altı yaşından kartinqə başlayır.2000-ci ildə isə Lyuis Həmilton ilə komanda yoldaşı olur.2002-ci ildə German Formula BMW seriyasına keçir və titul qazanır.
Frank Riberi
Frank Riberi (fr. Franck Bilal Ribéry, fransız deyilişi [fʁɑ̃k ʁibeʁi]; 7 aprel 1983[…], Bulon-Sür-Mer) — Fransa futbolçusu. == Həyatı == Fransa millisinin və "Bayern" (Münhen) klubunun futbolçusu, 2012/2013-cü ilin Avropanın ən yaxşı futbolçusu seçimiş və Qızıl topa əsas namizədlərdən biri Frank Riberidir. 1983-cü ildə anadan olub. İki yaşında avtomobil qəzası keçirib. Qəza vaxtı maşının pəncərəsindən atılan Riberinin üzərində cərrahiyyə əməliyyatı aparılıb. İndi onun bədənində həmin qəzanın nişanələri hələ də qalır. 1996-cı ildə 13 yaşında olarkən Lill Futbol Akademiyasına daxil olur, lakin nəzəri bəhslərə marağı olmadığından 3 il sonra akademiyadan qovulub. Məqalədə onun necə müsəlman olması barəsində də məlumat var. Frank müsəlmanlığı əlcəzairli həyat yoldaşı Vahibənin təşəbbüsü ilə 2005-ci ildə qəbul edib və adını dəyişdirərək, Bilal qoyub.
Risser əlaməti
Risser əlaməti – qalça darağının ossifikasiya dərəcəsi ¼ olmaqla bölünür. Əgər I dərəcədə (apofiz ossifikasiyası 0–25%) uşağın boyatması ilə bağlı skolioz ağırlaşırsa, IV dərəcədə (ossfikasiya 75–100%) skoliozun artması zəif olacaq, apofiz qalça darağı ilə tam birləşdikdə (V dərəcə) skolioz artmayacaq.
Teresa Ribera
Teresa Ribera Rodriges (19 may 1969, Madrid) — ispan hüquqşünası, universitet professoru və siyasətçi, Pedro Sançesin hökumətində Ekoloji Keçid və Demoqrafik Çağırış naziri (2020) və baş nazirin üçüncü müavini (2021). O, 2018-ci ildən, Mariano Raxoya qarşı uğurlu etimadsızlıq səsverməsi təşəbbüsünün ardınca baş nazir Pedro Sançesin hakimiyyətə gəlməsindən sonra İspaniyanın Ekoloji Keçid Naziri vəzifəsində çalışıb, 2020-ci ildə baş nazirin dördüncü müavini, 2021-ci ildə isə üçüncü müavini vəzifəsinə təyin edilib. Ribera 2008–2011-ci illər arasında baş nazir Xose Luis Rodriges Sapateronun hökumətində İqlim Dəyişiklikləri üzrə Dövlət Katibi vəzifəsində çalışıb və 2014–2018-ci illər arasında Parisdə yerləşən Davamlı İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru olub. == Həyatı == Ribera Madrid Komplutense Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib, daha sonra Konstitusiya Araşdırmaları Mərkəzində konstitusiya hüququ və siyasi elmlər üzrə daha bir dərəcəyə yiyələnib. O, Madrid Muxtar Universitetinin İctimai hüquq və hüquq fəlsəfəsi kafedrasının dosenti olmuşdur və 2012-ci ildən Dövlət Mülki İnzibatçılarının Ali Qurumunda məmurdur. Ribera dövlət idarəçiliyində İspaniyanın İnkişaf Nazirliyində koordinasiya müdiri və Ətraf Mühit Mühafizəsi üçün Köməkçi Katibinin Kabinetində texniki müşavir kimi müxtəlif texniki vəzifələrdə çalışıb. O, 2004–2008-ci illərdə İqlim Dəyişikliyi İdarəsinin baş direktoru olub və 2008–2011-ci illərdə prezident Sapateronun hökuməti dövründə İqlim Dəyişikliyi üzrə dövlət katibi (Kənd Təsərrüfatı və Balıqçılıq, Qida və Ətraf Mühit Nazirliyində) vəzifəsini icra edib. == Fəaliyyəti == Ribera Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin Qlobal Liderlik Şurası (UNSDSN), Dünya İqtisadi Forumunun qlobal iqlim dəyişikliyi üzrə məsləhət şurası və BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının (UNFCCC) "Dəyişiklik üçün Momentum" tədbir proqramı da daxil olmaqla bir neçə məsləhət şurasının üzvüdür. Ribera 2013-cü ilin sentyabrında Parisdə yerləşən Dayanıqlı İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutu (IDDRI) ilə əməkdaşlığa başlamış və 2014-cü ilin iyununda onun rəhbərliyini öz üzərinə götürmüşdür. Təşkilat davamlı inkişaf, iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, ərzaq təhlükəsizliyi və urbanizasiya prosesinin idarə edilməsi ilə bağlı strateji məsələlərin təhlili ilə məşğuldur.
Jusepe de Ribera
Jose de Ribera (Jativa, İspaniya ; 17 Fevral 1591 - Napoli, İtaliya ; 3 sentyabr 1652) XVII əsrdə bütün karyerasını İspaniyada, sonra Romada və daha sonra Neapolda inkişaf etdirən rəssam və çap ustası idi. Qısa boyuna görə və köklərini bildirdiyi üçün əsərlərinə İspan, Valensiya və Setabense kimi imza atdığına görə və italyanlaşan adı Jusepe Ribera və Lo Spagnoletto (" El Españolito ") ləqəbi ilə də tanınırdı. Bəzən bunun üçün Latın terminologiyası 'Josephus Ribera'dan istifadə etdi.
Mariya Xose Ribera
Nils Riberq Finzen
Nils Rüberq Finzen (dan. Niels Ryberg Finsen; 15 dekabr 1860 – 24 sentyabr 1904) — Danimarkalı fizioloq və alim. 1903-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı. == Həyatı == Nils Finzen 1860-cı ildə Farer adalarında doğulmuşdur. İlk təhsilini orada aldıqdan sonra, Danimarkanın Herlufeholm şəhər məktəbinə qəbul edilmişdir. Lakin dərsə davamiyyəti zəif olduğundan valideynləri onu İslandiyaya göndərmişlər. Burada dərslərini yaxşı oxuyan Finzen, həm də əla atıcı kimi tanınmışdır. Lakin gələcək alim fiziki cəhətdən zəif olduğundan tez-tez xəstələnərmiş. Buna görə də o, həmin zamandan etibarən günəş şüalarının insan orqanizminə müsbət təsirini müşahidə etməyə başlamışdır. Finzen açıq havada daha çox vaxt keçirəndə özünü yaxşı hiss etməsi barədə sonralar yazırdı: "Buludlu havada günəşin çıxması ilə ətraf aləmin necə canlandığına fikir verin.
Riser-Larsen dənizi
Riser–Larsen dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində Şahzadə Mod Torpağı bölgəsində yerləşir. Lazarev dənizi və Kosmonavtlar dənizi ilə əhatələnmişdir. Sahəsi 1.113.300 km², böyük hissəsində dərinlik 3000 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Dəniz haqqında ilk məlumatlar F. F. Velinhauzenə məxsusdur. Bu dənizin öyrənilməsində Sovet arktik ekspedisiyası böyük rol oynamışdır. Cənub okeanın bu hissəsi məhz onlar tərəfindən 1962-ci ildə müstəqil dəniz olması təstiqlənmişdir. Sahillərində elmi stansiya yoxdur. Daxili rayinlarda isə Yaponiyaya məxsus Asuk elmi-tətqiqat stansiyası fəaliyyət göstərir. Dəniz Antarktida araşdırmaçısı olan norveçli Y. Riser-Larsenin şərəfinə adlandırılmışdır.