AYRIQ
AYSEL
OBASTAN VİKİ
Aysberq
Aysberq (alm. Eisberg‎, "buz dağ") və ya Buzdağı — okeanlarda üzən çox iri buz parçaları. Planetin quru hissəsinin böyük bir sahəsi-Antraktida və Qrenlandiya buzla örtülmüşdür. Antraktidanın ümumi sahəsi 15,1 mln.km²-i buzla örtülmüşdür. Qrenlandiyanın isə sahəsinin təqribən 84,5% 1,8 mln.km² buzla örtülüdür. Adanın ortasında buz örtüyünün qalınlığı 3000 m-ə yaxındır,orta qalınlığı isə 300 m-ə qədərdir. Buzla örtülmüş quru sahələrin su balansının gəlir hissəsini yağıntılar təşkil edirsə, çıxar hissəsini buxarlanma və buz axını təşkil edir. Aysberqlər materik buzlarından qopmuş iri buz parçalarıdır. Aysberqlər şirinsulu buzlardan ibarət olub iki yerə bölünür: piramidal, maysvari.Aysberqin qət etdiyi məsafə onun ölçüsündən asılıdır. Qrenlandiya buzlarından qopan aysberqlərin ildə 400 km-ə qədəri Nyufaundlend adası enliyinə qədər gəlir.
Aysberq nəzəriyyəsi
Aysberq nəzəriyyəsi (ing. Iceberg theory) — Amerika yazıçısı Ernest Heminquey tərəfindən irəli sürülmüş nəzəriyyə. Heminquey gənc bir jurnalist olaraq qəzetlərdəki hesabatlarını çox az kontekst və ya şərh ilə dərhal baş verən hadisələrə yönəltməli idi. O, qısa hekayələr yazmağa başladıqdan sonra da əsas mövzuları açıq şəkildə müzakirə etmədən səth elementlərinə diqqət yetirərək, bu minimalist üslubu saxladı. Heminquey inanırdı ki, hekayənin daha dərin mənası zahirdə aydın görünməməli, üstüörtülü şəkildə parlamalıdır. == Arxa fon == Bir çox digər yazıçılar kimi Heminquey də daha əvvəl jurnalist kimi çalışıb. Orta məktəbi bitirdikdən sonra o, The Kansas City Star qəzetində müxbir kimi işə başlamışdır. O öz yazılarında hadisələri arxa planı istisna etməklə təsvir edirdi. Heminquey 1920-ci illərin əvvəllərində Parisdə yaşayarkən “Toronto Star” qəzetinin xarici müxbiri kimi ondan çox məqalədə Türkiyə–Yunanıstan müharibəsini işıqlandırıb. Onun bioqrafiyasını yazmış Ceffri Meyersin izah etdiyi kimi, "o, diqqətin konsentrasiyasına və intensivliyinə nail olmaq üçün yalnız ani hadisələrdən obyektiv şəkildə məlumat verirdi – səhnədən daha çox diqqət mərkəzi".
Qara aysberqlər
Qara aysberqlər— Qara aysberqlər haqqında ilk məlumatları 1733-cü ildə məşhur ingilis dənizçisi C. Kuk vermişdir. Antarktida sahillərində onlara tez-tez rast gəlinir, Yeni Zellandiya alimləri bu nəticəyə gəlmişlər ki, aysberqlərin qara rəngli Cənubi Şetland adalarında vulkanların fəaliyyəti ilə əlaqədardır. Bu adalardan olan buzlar vulkan külünün qalın layları ilə örtülür, onlar sonradan hətta dəniz suları ilə yuyulmur. Bəzən qara buzlaqlardan qayalar ayrılaraq okeana düşür və qara aysberqlər formasında üzür.

Digər lüğətlərdə

вы́вощиться метастази́ровать онани́стка релева́нтный сва́тать чёсанки железный за́навес закуса́ть нака́лывать обкуса́ть понаты́кать присва́тать anabasis bailee blood-warm cabbie depreciable desperate dialogic guardianship kinematograph ski jumping spring roll искровец маклачество